adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Mart 2019 14:56
17377
DÜNYA

ABŞ-in VENSUELAYA HƏRBİ MÜDAXİLƏSİ REALLAŞIR...

ABŞ-ındövlət katibi Mayk Pompeonun son bəyanatlarınıVenesuela rəngli inqilabın nəticələrinin növbəti hesabatı kimi də dəyərləndirməkolar. Bu olkədə baş verənlərə nəzər saldıqda prosesin açıq şəkildə təşkil olduğunu , Qərbinetirazçılara "humanitar yardımına” və rəsmi bəyanatları ilə daha da qızışdırıcırol oynadığı açıq-aydın görünməkdədir.

Digərölkələrdə baş verən alınan və ya alınmayan"rəngli inqilablardan” fərqli olaraq Venesuelada Birləşmiş Ştatlar buinqilabın birbaşa təşkilatçısı və rejissoru olduğunu gizlətməməsi nəzəri cəlbedir. Ona görə də Vaşinqton "öz evinin ətrafında məğlub olmasını sınıra bilmirvə geri çəkilməyi qəbuledilməz addım kimi qiymətləndirir.

Artıqkütləvi etiraz nümayişləri getdikcə zəifləməkdədi. Hətta Xuan Quaydonun ABŞ vəQərb ölkələri tərəfindən müvəqqətiprezident kimi qəbul edilməsi belə gözlənilənnəticəni vermir. ABŞ-ın və dəstəkləyicilərinin bütün səylərinə baxmayaraq,Venesuela hakimiyyəti ölkə üzərində nəzarətinisaxlamaqda davam edir.

Neçəmüddətdir ölkə xaricində olan Quaydonun xarici ölkə səfirlərinin əhatəsində ölkəyəqayıtması sönməkdə olan etiraz aksiyalarınanisbətən təkan versə də, Venesuelanın demək olar ki, 80 faizini elektrik enerjisi ilə təmin edən"El Quri” elektrik stansiyasının sıradan çıxarması nəticəsində xaos yaşanması və bunun nəticəsində ölkənin su təminatında problemlərin yaranması da, xəstəxanalarda xəstələrindünyalarını dəyişməsi faktı daağır nəticələrə gətirib çıxarması daVenesuelada həyatı dayandıra bilmədi.

ABŞ-ındövlət katibi Mayk Pompeo Karakasın hələdə ayaq üstə dayana bilməsində rəsmi Moskvanı, konkret olaraq ABŞ-ın qadağasanksiyalarına baxmayaraq, hələ də Venesuelanın dövlət korparasiyası PDVSA-danneft almaqda davam edən "Rostneft”-igünahlandırır. Dövlət katibi rusların bu hərəkətləri ilə Madura hakimiyyətinə "xilasedici dairə”atdığını bəyan edir. Bununla da o, Vaşinqtonun son cəhdlərinin iflasauğradığını etiraf etmiş olur. HəttaQuaydonun yenidən ölkəyə qayıtması iləetiraz dalğalarının daha da güclənəcəyinə ümid edən Ağ Ev anlayır,onların bu cəhdləri də Maduro hakimiyyətinə istənilən təyziqi göstərə bilmir.

ABŞ üçünvəziyyət getdikcə daha da gərginləşir. Regionda nüfuzunun itirilməsi onun üçün ağır gəlir. Quaydonun ölkəprezidentinin vəzifələrini yerinə yetirməsi faktının dəstəklənməsini, düşünülmədən atılmış addım olmasını anlayır.Vaşinqton geri çəkilməyə yerinolmadığını da görür. Ona görə dəimkanlarının tükəndiyini artıq hiss edərək Maduronun devrilməsi üçün hərbimüdaxilə edilməsinin yeganə variant olduğunu bilir.

Pompeonun bu ölkədən bütün diplomatlarının geriçağırılması bəyanatı da Karakas üçün bu təhlükənin reallaşdığını göstərməkdədi.

İndi əsassual – Venesuela bu hegemon dövlətin caynağından qurtulmaq üçün çıxış yolu tapabiləcəkmi?

RüstəmHACIYEV