adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Aprel 2017 14:39
3239
HADİSƏ

Abşeronda bitum sexi yanıb

Abşeronda yanğın qeydə alınıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2000 m2 olan bitum sexinin içərisində həcmi 1 m3 və 7 m3 olan bitum çənləri və 20 m2 sahəyə dağılmış bitum yanıb.

Sex və sexin içərisində olan hazır məhsullar yanğından mühafizə olunub.

Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.