Emal edilməmiş almazın daşınma qaydası müəyyənləşdi

Azərbaycanda emal edilməmiş almazın daşınma qaydası müəyyənləşib.
Adalet.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları”na dəyişiklik edilib.
Beləliklə, emal edilməmiş almazın idxal və ixracı zamanı emal edilməmiş almazlar kənar müdaxilədən qoruyan və müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik təhlükəsiz bağlamalarda daşınmalı, bağlamalara müvafiq eyniləşdirmə vasitələri (plomblar, möhürlər, ştamplar və s.) tətbiq olunmalıdır.
Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahlı ekipajı tərəfindən ödənişsiz qaydada həyata keçirilir.
Bu Qərar Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.
Digər Xəbərlər

Bu televiziyalara ayrılan vəsait azalır

Hərbçilərin ev kirayəsi haqqının ödənilməsinə bu qədər vəsait ayrılacaq

XEYRƏDDİN QOCA RAMİZ MEHDİYEVƏ NƏ DEDİ?

Dərmanların adlarının xidmətlər zərfinə daxil edilməsi meyarları təsdiqləndi

Nazirlər Kabineti texnoloji biznes inkubatoru rezidentləri ilə bağlı qərar verdi

"Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları" dəyişdi

Bir sıra müəssisələrdə qida normaları təsdiqləndi
