Ukrayna Ryazan vilayətini vurdu

Ukraynanın dron hücumları nəticəsində Rusiyanın Ryazan vilayətində böyük yanğın başlayıb. Regionun rəhbəri Pavel Malkovun sözlərinə görə, Pilotsuz uçuş aparatının qalıqlarının obyektlərin birinə düşməsi nəticəsində yanğın başlayıb.
İlkin məlumatlara görə, müəssəyə ciddi maddi ziyan dəyib, xəsarət alan yoxdur.
Rusiya tərəfi həmişə olduğu kimi, müəssədə dron zərbəsi nəticəsində yanğın baş verməsini və müəssənin hansı sahə üzrə fəaliyyəti barədə məlumat vermir.
Rüstəm Hacıyev