23 Oktyabr 2025 12:09
102
DÜNYA

Budapeşt görüşü təxirə salınır?

Axios portalının jurnalisti Barak Ravid, Ağ Evin nümayəndəsinə istinadən bildirir ki, RF-nın prezidenti Vladimir və ABŞ prezidenti Donald Tramp arasında yaxın günlərdə görüşün keçirilməsi nəzərdə tutulmayıb.

 Xatırladırıq ki, bu günlərdə iki dpvlət başçısının telefon görüşməsi zamanı prezidentlər bu həftə Budabeştdə görüşməklə bağlı razılaşmışdılar. 

 Rusya xarici işlər naziri Sergey Lavrov, bu məlumatı təəcüblə qarşılayıb və bildirib ki, guya görüşün vaxtının dəyişdirilməsi ilə bağlı məlumatı yoxdur.

 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə, bəyan edib ki, prezidentlərin güman edilən görüşlərinin vaxtı hələ müəyyənləşməyib.

 Rüstəm Hacıyev