Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdülər - YENİLƏNİB
İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.
Adalet.az xəbər verir ki, Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırladı.
Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə etdi.
O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı.
Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etdi.
Dövlətimizin başçısı da öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəmizə səfərini məmnunluqla xatırladı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini dedi.
Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edildi, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirildi, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olundu.
Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyəti vurğulandı.
Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlandı, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edildi.
Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunuldu, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparıldı.
13:15
Bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.
Adalet.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
21 Iyul 2026 18:26
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb - TAM MƏTN
21 Iyul 2026 18:04
Qafarova Çin KP nümayəndələri ilə görüşdü
21 Iyul 2026 17:20
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
21 Iyul 2026 16:50
“Bu layihələr Almaniya ilə əməkdaşlıq üçün xüsusi perspektivlər açır”
21 Iyul 2026 16:25
"Alman şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb" - İlham Əliyev
21 Iyul 2026 16:12
"Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var" - Dövlət başçısı
21 Iyul 2026 16:12
"İmzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq" - Prezident
21 Iyul 2026 16:11


Bakı -°C

