Zelenski ilə Endi Bernemin görüşü razılaşdırılıb
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Endi Bernemlə ilk telefon danışığını aparıb.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesablarında bildirib.
"Endi Bernemlə danışmaqdan və onu Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlaması münasibətilə təbrik etməkdən məmnun oldum. Ukraynaya və xalqımıza olan dəstəyin bundan sonra da güclənəcəyini çox yüksək qiymətləndirirəm. Ukrayna və Britaniya dövlətlərarası əlaqələr tarixində ən güclü tərəfdaşlığı qura bilib və biz onun ancaq genişlənməsi istiqamətində işləməyə davam edəcəyik", - Zelenski qeyd edib.
O vurğulayıb ki, tərəflər yaxın vaxtlarda keçiriləcək görüş zamanı gələcək əməkdaşlığı, xüsusən də Avropa antiballistik koalisiyası çərçivəsində birgə işi müzakirə etmək barədə razılığa gəliblər.
Digər Xəbərlər
09 Avqust 2026 21:00
Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
09 Avqust 2026 20:41
Xmeymim və Tartus bazaları təlim mərkəzi olur - Suriya və Rusiya razılaşdı
09 Avqust 2026 19:45
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu
09 Avqust 2026 18:32


Bakı -°C

