adalet.az header logo
  • Bakı -°C
21 Iyul 2026 16:06
123
DÜNYA
A- A+

Türkiyədə yeni siyasi partiya quruldu - CHP əsas müxalifət olmayacaq

Cümhuriyyət Xalq Partiyası (CHP) ilə vidalaşan Özgür Özel yeni müxalifət partiyasının qurulduğunu açıqlayıb. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

CHP lideri vəzifəsindən uzaqlaşdırılan və sonradan millət vəkilləri tərəfindən Qrup Lideri seçilən Özgür Özel, Türkiyə Böyük Millət Məclisində keçirilən qrup iclasında vida mərasimi üçün kürsüyə çıxıb. 

Özel yeni bir partiya qurduğunu rəsmi olaraq elan edib: "Yeni yaradılan partiyamızla Türkiyə Böyük Millət Məclisində böyük fərqlə əsas müxalifət partiyasına çevrilirik. CHP qrup kürsüsünə vida edərkən, heç vaxt əsas müxalifət qrup kürsüsündən imtina etmirik". 

O, 82 millət vəkilinin də onunla birlikdə "Yeni Partiya"ya qoşulacağını deyib.