BMT Ukraynanın mülki əhalisi üçün ən ölümcül silahı açıqlayıb
Ukraynanın mülki əhalisi arasında 2026-cı ilin mart ayında zərərçəkənlərin sayı fevral ayı ilə müqayisədə 49% artıb.
Adalet.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Hüquqları üzrə Monitorinq Missiyasının hesabatına istinadən UNIAN məlumat yayıb.
"Ötən ay ərzində Ukraynanın mülki əhalisi üçün ən ölümcül silah qısamənzilli dronlar olub", - hesabatda deyilir.
Qeyd olunub ki, mart ayı ərzində müşahidəçilər ən azı 211 nəfərin həlak olduğunu, daha 1 206 nəfərin isə yaralandığını qeydə alıblar.
Müşahidəçilərin sözlərinə görə, uzaqmənzilli silahların (raketlərin və pilotsuz uçuş aparatları) ümumi tələfatın 36%-nə səbəb olub (61 ölü və 448 yaralı):
"Rusiya ordusu qısamənzilli dronlarla 66 nəfəri öldürüb və daha 369 insan yaralanıb. Cəbhə xəttinə yaxın ərazilərdə pilotsuz uçuş aparatları dinc sakinlər üçün əsas təhlükə olaraq qalır.
Ümumilikdə, BMT-nin məlumatına görə, 2026-cı ilin birinci rübündə Ukraynada 556 nəfər həlak olub, 2 731 nəfər isə yaralanıb. Bu göstəricilər 2025-ci ilin analoji dövrünə aid məlumatları 20% üstələyir".
Digər Xəbərlər
11 Aprel 2026 11:36
“Putin bu qanuna ona görə ehtiyac duyub ki...”
11 Aprel 2026 11:02
Paşinyanın kortejində qəza - 1 ölü, 12 yaralı
11 Aprel 2026 09:29
Pentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb
11 Aprel 2026 09:28
Tramp: İranın nüvə silahı olmamalıdır
10 Aprel 2026 23:58
"İsrailin siyasəti Hitlerin siyasətindən fərqlənmir" - Ərdoğan
10 Aprel 2026 23:37
Trampdan İrana 24 saat vaxt: "Razılaşma olmasa, ən güclü silahlarla vuracağıq"
10 Aprel 2026 23:31
Kraliçanın 100 illik yubileyi keçiriləcək
10 Aprel 2026 20:04


Bakı -°C

