Evin yıxılsın, Amerika!
Sən İranı nə gün qoydun, ay Amerika! Dünyanın bir nömrəli " vor zakon"usan! Əvvələr sənin qabağını SSRİ kəsirdi və onu da müxtəlif yollarla dağıtdın!
Tay qabağını kəsən yoxdu. Az -çox hərdən bir Çin və Rusiya atılıb- düşür, onları da hədə- qorxu ilə yerində oturdursan! Əgər yerləri varsa, heç deyəsən, onların yeri də yoxdu. Və beləcə min illik dövlətçilik tarixi olan İranı viran günə qoydun! Sənin İrana atdığın raketlər, bombalar tək şəhərləri dağıtmadı, günahsız insanları qanına qəltan elədi.
O , məktəbli qızların günahı nəydi! Bomba atıb , onları öldürdün. Sənin atdığın bombaların, raketlərin ətraf kəndlərimizdə eşidildi və onun təsiri Bakıda da hiss olundu. Havadan zəhər- zəhrimar yağır... Hələ də bu işlərdən baş çıxarmaq olmur. Guya atəşkəs oldu. Elə aprelin 8- də də İranın bir neçə strateji obyekti bombalandı.
Allah evini yıxsın, Amerika! Sən kimi çox istəyirsən , rədd ol , çıx get, Yaxın Şərqdən! Qoy bu yazıq müsəlmanlar rahat yaşasın, rahat nəfəs alsın!!!
Emil FAİQOĞLU


Bakı -°C

