"Qlobal Bakı Forumunun XIII toplantısı 400 nəfəri bir araya gətirəcək" - Hikmət Hacıyev
Bu gün Bakıda keçiriləcək Qlobal Bakı Forumunun XIII toplantısında 400 nəfərin iştirakı nəzərdə tutulub.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
O qeyd edib ki, Qlobal Bakı Forumunun XIII toplantısı "Dəyişən dünyada parçalanmaların aradan qaldırılması" mövzusu ilə başlayır.
H.Hacıyev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqi ilə çıxış edəcək:
"Hazırda dünyada bir çox uçuşların ləğv olunduğu və səyahət xəbərdarlıqlarının artdığı bir vaxtda belə beynəlxalq konfrans üçün təxminən 400 iştirakçını bir araya gətirmək ciddi səy və koordinasiya tələb edir. Bu toplantının uğurla təşkil olunması və dialoq, müzakirə üçün platformanın yaradılması çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir. Bu, həm də beynəlxalq ictimaiyyətin Azərbaycana regionun diplomatik mərkəzlərindən biri kimi göstərdiyi etimadı əks etdirir".
Digər Xəbərlər
12 Mart 2026 11:48
"Sülhdən sonra Orta Dəhlizin genişləndirilməsində ürəkdən çalışırıq" - Dövlət başçısı
12 Mart 2026 11:33
İlham Əliyev XIII Qlobal Bakı Forumunda - YENİLƏNİB
12 Mart 2026 11:24
"Dünyanın dialoqa ehtiyac var" - Jelka Tsviyanoviç
12 Mart 2026 11:14
“Müctəba Trampla öz şərtləri əsasında masa arxasına keçə bilər”
12 Mart 2026 10:56
"Ermənistanla sülh yalnız kağız üzərində deyil" - Prezident Birgə Bəyannamədən danışdı
12 Mart 2026 10:36
"Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi" - İlham Əliyev
12 Mart 2026 10:34
"Sülhdən daha yaxşı heç nə yoxdur" - Prezident
12 Mart 2026 10:28


Bakı -°C

