ABŞ, Almaniya və Fransa "Abzas media"nı qanunsuz maliyyələşdirib - XİN
"ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri "Abzas media"nın qanunsuz maliyyələşdirilməsində iştirak edib"
Adalet.az xəbər verir ki, bu barədə ABŞ-nin və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılarkən bildirilib.
Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.
Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.
Digər Xəbərlər
18 Mart 2026 09:10
İlham Əliyevlə Fridrix Merts arasında telefon danışığı olub
17 Mart 2026 19:00
Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək
17 Mart 2026 13:51
"Qanunun bu maddəsinin əleyhinəyəm" - Deputat
17 Mart 2026 13:32
Milli Məclis Prezident və birinci xanımı təbrik edib
17 Mart 2026 11:42
Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya etdi
17 Mart 2026 11:38
"Dron uçuşunu böyük panikaya çevirməyə cəhd edənlərin..." - Siyavuş Novruzov
17 Mart 2026 11:37
Razi Nurullayev: Əlillik təyinatı prosesi vətəndaşlara çətinlik yaradır
17 Mart 2026 11:31


Bakı -°C

