adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Aprel 2019 15:52
15673
ƏDƏBİYYAT

Abbas Abdullanın “üçlüyü”

Tanınmış şairimiz,xeyirxah bir insan olan qocaman dostum Abbas Abdulla ilə məni hələ ötən əsrin 70-сiillərində unudulmaz Ələkbər Salahzadə tanış etmişdi. Abbas bəy Ələkbər müəllimlətələbəlik illərində ADU-nun filologiya fakültəsindəqrup yoldaşı olmuşdular. Və Ələkbər müəllim o zamanlar indi öz haqqdünyalarına qovuşmuş İsaİsmayılzadə, Camal Yusifzadə ilə birgə Abbas müəllimləgörüşlərinə məni də dəvət edərdi.

Sonra iş elə gətirdiki, mən indiki Bakı Slavyan Universitetinin yuxarı kurslarında oxuyanda AbbasAbdulla bizə Azərbaycan ədəbiyyatından seminar məşğələləriaparası oldu. О zaman Abbas müəllim "Ədəbiyyat və incəsənət" qəzetindəçalışırdı. Abbas müəllimin о seminar məşğələsi cədvəl üzrə həftənin bazarertəsi, ilk dərs saatına düşürdü. Abbas müəllim qoşa saatın birinci yarısı başaçatan kimi mənə bir qovluq verib redaksiyaya getməyi, redaksiyada kimə olursaolsun qovluğu çatdırmağı tapşırardı. Yəqin ki, bu qovluqda onun bazar günü evdəhazırlıdığı materiallar idi. Hə, Abbas müəllim qovluğu mənə verəndən sonra əlinicibinə atıb şax bir üçlük çıxarar, nəm-nün edib geri qaytarmaq istəsəm də:

- Taksi ilə get-qayıt,- deyərdi, - növbəti dərsə gecikmə!

İnstitumuzun qabağından keçən, biletpulu qəpik olan trolleybus o vaxt dəniz qırağında yerləşən redaksiyaya on-onbeş dəqiqəyə çatırdı. Bəzən redaksiyaya piyada gedib qayıdardım. Abbasmüəllimin "üçlüyü" cibimdə qalardı. О zaman aylıq tələbə təqaüdümüz28 manat idi, hər həftə üç, ay ərzində isə 12 manat pul. Əlbəttə, Abbasmüəllimin о üçlüyünün hesabına dostlarla oturub məclisdə sağlıq deyəndə səxavətliAbbas müəllimin şərəfinə də badə qaldırardıq. Sonralar "Ulduz” jurnalında məsulkatib olanda (nəsr şöbəsinin müdürü Mövlud Süleymanlı) mənim "Buğaəhvalatı" adlı hekayəmi qlavlitdən keçirmişdi, hərçənd ki, о hekayəsonralar ədəbi tənqidin atəşinə tutulmuşdu.


Aradan illər keçəndən sonra Abbas Abdulla 80-ciillərdə "Ulduz”a baş redaktorluq edəndə jurnalınbir sayında şəkilim və haqqımda məlumatla birgə birdən-birə üç hekayəkmi dərc etmişdi.Deyim ki, jurnalda о zaman nəsr şöbəsinin müdiri Seyran Səxavət idi. Cavan birmüəllifin birdən-birə üç hekayəsinin dərci o illərdə heç də adi iş deyildi.

Respublikamız öz suverenliyini əldə etdikdən sonra AzərbaycanınTürk Cümhuriyyətində, İstanbulda Abbas bəy baş konsul olarkən köhnə dostlarıİstanbula dəvət də etmişdi.

Abbas müəllimin dəvətinəəməl etmək qismətim olmasa da, sonralar mən onu bizim Şabrana oğlumun toyməclisinə dəvət etdim və Abbas müəllim də dəvətimi məmuniyyətlə qəbul edibköhnə dostlarla o toy məclisində iştirak etdi. Məclisin tamadası, respublikamızınxalq artisti Əjdər Həmidov Abbas Abdullanı rəqsədəvət edib hörmət və ehtiram əlaməti olaraq rəqs havalarının adlarınıbir-bir sadalayaraq hansı havaya oynayacağını xəbər alandaAbbas müəllim qətiyyətlə:

- Saxla, saxla, - dedi, - mən həmişə bir havayaoynamışam. Mənim bir havam olub!..