A YORDU, YORDU, YORDU, GÖRƏK KİM KİMİ YORDU?..

Bir ayına az qalıb ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin 19 yük maşını Ermənistan-Azərbaycan sərhədində Laçın dəhlizinin girişində dayanıb gözləyirər. Təbii ki, Azərbaycan hökuməti bu maşınları haqlı olaraq Xankəndinə buraxmır və buraxmayacaq da.
Bu adam balası olmayanlara adam balası kimi başa salmışıq ki, Xankəndinə yardım aparmaq istəyirlərsə, buyursunlar Ağdam-Xankəndi yoluyla və digər alternativ yollarla aparsınlar. Adam balası olmadıqlarından bu alterantiv yolları seçmək əvəzinə çığırıb-bağırırlar ki, Azərbaycan Qarabağ ermənilərini blokadada saxlayır.
35 ildi Ermənistan Naxçıvanı blokadada saxlayır, Avropada bir it küçüyü də səsini çıxarmayıb və 35 ildi biz buna dözürük. Qoy indi Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti də, Ermənistan da 35 il gözləsin.
Bizdə gözəl bir mahnı var: «A yordu, yordu, yordu, görək kim kimi yordu?»
35 il bizi yora bilməyiblərsə, indi də yora bilməyəcəklər.
Digər Xəbərlər

Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilir

Azərbaycanda cərimələrə 10 faizlik güzəşt tətbiq ediləcək

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq
