“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
“AzerGold” QSC 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrinə, müharibə iştirakçılarına, müharibə veteranlarına və sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə bayram sovqatları təqdim edib.
Aksiyalar çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, veteranlar, eləcə də sosial dəstəyə ehtiyacı olan aztəminatlı ailələr ziyarət edilib.
Sosial aksiyalar “AzerGold” QSC-nin aktiv hasilat və geoloji kəşfiyyat fəaliyyəti həyata keçirdiyi ərazilərin yaxınlığında yerləşən kənd və qəsəbələri əhatə edib. Bu çərçivədə Daşkəsən rayonunda, Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah, Əlincə və Xoşkeşin kəndlərində yaşayan müvafiq kateqoriyadan olan sakinlər ziyarət olunublar. Görüşlər zamanı ailələrə Cəmiyyətin bayram təbrikləri çatdırılıb, ümumilikdə 500 ailəyə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.
Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə yerli əhalinin sosial rifahının yaxşılaşdırılması və həssas əhali qruplarının dəstəklənməsi istiqamətində mütəmadi olaraq müxtəlif sosial təşəbbüslər həyata keçirir. Bu təşəbbüslər çərçivəsində cari il ərzində bayram və əlamətdar günlər münasibətilə Cəmiyyət tərəfindən 1 390-dan çox ailəyə sosial dəstək göstərilib.
Digər Xəbərlər
07 Noyabr 2026 18:00
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
07 Noyabr 2026 17:37
Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib
07 Noyabr 2026 16:33
Bakıda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ
07 Noyabr 2026 14:05
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
07 Noyabr 2026 14:04
Prezidentin "general-mayor" retbəsi verdiyi rektorun DOSYESİ
07 Noyabr 2026 14:01
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib - FOTOLAR
07 Noyabr 2026 12:55
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
07 Noyabr 2026 11:59


Bakı -°C

