“Azərbaycan-Komboca əməkdaşlığı Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin inkişafına töhfə verir”
Azərbaycan müxtəlif ölkələrlə, o cümlədən Cənub-Şərqi Asiya coğrafiyası ilə əməkdaşlığı genişləndirir. Kamboca Krallığı ilə əlaqələr də bu xüsusda mümhüm əhəmiyyət kəsb edir. 1994-cü il dekabrın 28-də diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində iki ölkə arasında siyasi dialoq, parlamentlərarası əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün mühüm zəmin formalaşıb.
Ötən gün Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyev rəsmi görüş zamanı mövcud siyasi münasibətləri yüksək qiymətləndirərək “biz yaxşı dost və tərəfdaşıq”söylədi.
Səfər çərçivəsində ticarət, investisiya, təhsil, turizm, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi. Ticarət və investisiya sahəsində konkret təkliflərin hazırlanması üçün birgə işçi qrupunun yaradılması barədə razılıq da bu baxımdan əhəmiyyətlidir.
Azərbaycan–Kamboca münasibətlərinin inkişafında parlament diplomatiyası xüsusi yer tutur. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi, deputatların qarşılıqlı səfərləri və beynəlxalq parlament platformalarında təmasları əlaqələri möhkəmləndirir.
Milli Məclisin sədri Sahibə Qafarovanın 2025-ci il sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Khuon Sudary ilə görüşündə parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə parlamentlər arasında imzalanmış anlaşma memorandumunun, qarşılıqlı səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın rolu qeyd edilib.
Prezident İlham Əliyev də 2026-cı il oktyabrın 12-də parlamentlərarası əlaqələrə toxunaraq bildirdi ki, “parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir”.
Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə Kambocanın göstərdiyi dəstəkdir. Bu fakt Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi və Azərbaycanın beynəlxalq parlament diplomatiyasının inkişafı baxımından əhəmiyyətlidir.
Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat və logistika bağlantılarında oynadığı rol, Kambocanın isə Cənub-Şərqi Asiya regionundakı mövqeyi ikitərəfli əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Ticarət dövriyyəsinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, birgə istehsal layihələri və turizm sahəsində əməkdaşlıq münasibətlərin iqtisadi dividendlər yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mövcud imkanlardan istifadə üçün qarşılıqlı məlumat mübadiləsinin və biznes əlaqələrinin genişləndirilməsi vacibdir.
Humanitar sahədə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Kamboca arasında təhsil əlaqələrinin tarixi mövcuddur. Kambocalı tələbələrin Azərbaycanda təhsil alması ənənəsinin bərpası, universitetlər arasında əməkdaşlıq və gənclərin mübadilə proqramları xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Bundan əlavə, beynəlxalq təşkilatlarda dialoqun davam etdirilməsi və mina təhlükəsi kimi ortaq problemlərlə bağlı təcrübə mübadiləsi əməkdaşlığın praktik istiqamətlərindəndir.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
13 Oktyabr 2026 14:21
Azərbaycan-Kamboca: Yeni hədəflər, real imkanlar
13 Oktyabr 2026 09:44
Milli-mənəvi dəyərlər, intizam və ideoloji təhlükəsizlik
13 Oktyabr 2026 08:42
Sağlam ictimai mühitin formalaşmasına xidmət
13 Oktyabr 2026 08:30
Azərbaycan–Kamboca münasibətləri: yeni əməkdaşlıq imkanları və strateji perspektivlər
10 Oktyabr 2026 08:06
İqtisadi və siyasi əlaqələrin inkişafı
09 Oktyabr 2026 08:49
I Türkoloji Qurultay kontekstində Türk dünyasının ortaq terminoloji məkanı və Azərbaycan dilinin rolu
09 Oktyabr 2026 08:44
Buna yol verə bilmərik
09 Oktyabr 2026 08:06


Bakı -°C

