9 restoran və şadlıq sarayı CƏRİMƏLƏNDİ
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Adalet.az-a verilən məlumata görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov rayonları ərazisində fəaliyyət göstərən “Gülüstan”, “Sofiya”, “Şəki”, Sumqayıt şəhərində “SV Beach”, “Sevgilim”, “Sultan”, Gəncə şəhərində isə “İdeal”, “Şəms”, “Şahzadə” ictimai-iaşə obyektlərindən havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.
Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən obyekt sahibləri cərimə edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti restoran və şadlıq saraylarının sahiblərini havanı çirkləndirməməyə, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə çağırıb.
Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.
Digər Xəbərlər
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01
“İndi şəffaf, aydın, müqayisə oluna bilən, rahat hesablanan bir sxem qururlar”
21 Mart 2026 12:48
“Əmək haqqı sisteminin təkmilləşdirilməsinin bir neçə səbəbləri var”
21 Mart 2026 00:16
İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır
20 Mart 2026 12:05


Bakı -°C

