80 minlik “Pokemon” kartları oğurladılar
Fransanın şərqindəki Burquan-Jalyö şəhərində kolleksiya kartlarının satışı ilə məşğul olan mağazaya basqın edilib. Hadisə zamanı təxminən 80 min avro dəyərində “Pokemon” kartları oğurlanıb.
Adalet.az xəbər verir ki, AFP-yə danışan mağaza meneceri hadisənin səhər saat 04:00 radələrində qeydə alındığını bildirib.
Məlumata görə, dörd maskalı şəxs əsas qapıdan mağazaya daxil olaraq “Smogtrade” mağazasından yüzlərlə kolleksiya kartı götürüb. Siqnalizasiya sisteminin işə düşməsindən sonra isə onlar avtomobillə hadisə yerindən qaçıblar.
Oğurlanan kartların, demək olar ki, hamısı Yaponiyanın məşhur “Pokemon” franşizasına aid olub.
Son illərdə kolleksiyaçılar arasında yüksək qiymətə satılan “Pokemon” kartları Fransada və dünyanın müxtəlif ölkələrində oğruların diqqətini cəlb edir.
2024-cü ilin fevralında Fransanın Renn şəhərində təxminən 100 min avro dəyərində on minlərlə “Pokemon” kartını oğurladıqları üçün üç nəfər həbs cəzasına məhkum edilib.
Ötən ilin yanvarında isə İngiltərədə ixtisaslaşmış bir mağazadan təxminən 87 min avro dəyərində “Pokemon” kartları oğurlanıb.
Həmin ilin fevralında isə nadir “Pikachu” kartlarından biri hərracda 14,3 milyon avroya satılaraq rekord müəyyənləşdirib.
Hazırda Fransanın Burquan-Jalyö şəhərindəki mağazadan oğurlanan kartlarla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
09 Sentyabr 2026 07:35
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
09 Sentyabr 2026 06:59
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
09 Sentyabr 2026 06:44
2027-ci illə bağlı Vanqanın PROQNOZU
08 Sentyabr 2026 12:47
Oyuncaq avtomobillə Bakı yollarında şütüdü - VİDEO
08 Sentyabr 2026 07:56
Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
08 Sentyabr 2026 07:38
Nuhun gəmisinin sirri açılır? - Düz bucaqlar, dəhlizlər...
08 Sentyabr 2026 07:13
Sürücülər bu mahnılara qulaq asmasın
08 Sentyabr 2026 07:11


Bakı -°C

