73 nəfərin diplomu tanınmadı
Noyabr ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Adalet.az-a verilən məlumata görə, ötən ay üzrə 360 müraciətçinin 287-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 62, təhsilalma forması üzrə 7, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 104, Rusiyadan 101, Türkiyədən 75, Gürcüstandan 39, Birləşmiş Krallıqdan 5, digər ölkələrdən isə 36 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 50, iqtisadiyyat üzrə 45, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 20, beynəlxalq münasibətlər üzrə 16 müraciətçi qeydə alınıb.
Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.
Digər Xəbərlər
02 Oktyabr 2026 21:00
Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
02 Oktyabr 2026 17:40
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
02 Oktyabr 2026 12:20
Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55


Bakı -°C

