724 minlik körpü açılışda çökdü - VİDEO
İndoneziyada təxminən 724 min dollara (təxminən 1,2 milyon manat) tikilən asma körpü açılış mərasimi zamanı gözlənilmədən çöküb.
Adalet.az xəbər verir ki, hadisə Qərbi Yava əyalətinin Panqandaran bölgəsində yerləşən Marqaçinta kəndində baş verib.
Təxminən 60 metr uzunluğunda olan Ponqpet asma körpüsünün açılış mərasimi zamanı regional rəsmilər, hərbçilər və yerli sakinlər də daxil olmaqla 50-dən çox insan eyni vaxtda körpünün üzərinə çıxıb.
İzdiham körpüdən keçərkən dayaq kabellərindən biri əsas birləşmə nöqtəsindən ayrılıb. Bundan sonra konstruksiya bir tərəfə doğru əyilməyə başlayıb.
Yaranan panika zamanı bəzi insanlar körpüdən yıxılıb və yüngül xəsarətlər alıblar. Hadisə zamanı ölüm faktı qeydə alınmayıb.
Hadisədən sonra təhlükəsizlik məqsədilə körpünün istifadəsi dayandırılıb. Texniki yoxlama və təmir işlərinə başlanılıb.
Digər Xəbərlər
13 Sentyabr 2026 13:23
ABŞ müharibə etmək istəyirsə... - Pezeşkian
13 Sentyabr 2026 11:15
İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
13 Sentyabr 2026 11:06
“Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Qalmaqallı açıqlaması gündəm oldu
13 Sentyabr 2026 10:30
Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
12 Sentyabr 2026 18:00
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
12 Sentyabr 2026 16:55
Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
12 Sentyabr 2026 15:46
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
12 Sentyabr 2026 15:33


Bakı -°C

