Yardımlı Xeyriyyə Cəmiyyəti tələbə adını qazanan məzunları mükafatlandırdı - FOTOLAR
20 sentyabr 2025-ci il tarixdə Dövlət Suverenliyi Günü münasibətilə Sumqayıt şəhərində yerləşən “Bakı” şadlıq sarayında Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə tədbir keçirildi.
Çıxış edən Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli Dövlət Suverenliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Tələbə adını qazanan məzunlara gələcək təhsil illərində uğurlar arzulayan M.Seyidbəyli Yardımlı Xeyriyyə Cəmiyyətinin şagird və tələbələrə diqqət və qayğısının hər zaman davam edəcəyini vurğuladı: “Tələbələrdən tək istəyimiz universitet illərini uğurla başa vurmaq, elimizə-obamıza, millətimizə, dövlətimizə layiqli mütəxəssis kimi yetişməkdir. Cəmiyyət olaraq hər zaman yanınızdayıq, problemlərinizin həll olunmasında əlimizdən gələn dəstəyi göstərəcəyik”.
Bu möhtəşəm bayram günündə 2024/2025-ci tədris ilində Yardımlı rayonu üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin tələbə adını qazanan məzunları, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Tələbələr onlara bəslənən ümidləri əməli işləri ilə doğruldacaqlarını, ixtisasları üzrə elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər, kadrlar olacaqlarını qeyd etdilər. Görüşdə iştirak edən elm və mədəniyyət adamları, xeyriyyəçi iş adamları tələbələri səmimi qəlbdən təbrik etdi, onlara yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar, cansağlığı və xoşbəxtlik arzuladılar.
Sonda tələbə adını qazanan məzunlar hədiyyələrlə, fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırıldı.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

