adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 May 2019 14:37
20700
ƏDƏBİYYAT

65 illik ömür növrağı

SəmədağaSurxayevin ömür yolundan sətirlər

"Bir adamın qiyməti onun elmi,biliyi qədərdir”.

(Məhəmməd peyğəmbər)

Bu gəldi-gedər dünyaya göz açırıq vəsonu bilinməyən, bəzən zirvəyə, bəzən də uçuruma aparan ömür yollarındaaddımlayır,bitib-tükənməyən arzularla yaşayırıq. Çətinliklərə sinə gərərək,daşlı-kəsəkli,enişli-yoxuşlu cığırlardan başlanan çətin yolları qət edənlərzirvələrə qalxıb arzularına çatırlar. Belə yolun yolçuları vətənin tərəqqisinə,millətinin maariflənməsinə xidmət edən xeyirxah işləri, mütərəqqi əməlləri iləonu tanıyanlar tərəfindən seçilərək sayılır, böyük nüfuz sahibi kimi hörmətqazanırlar. Belə insanlardan biri də Azərbaycan Dövlət Pedaqoji UniversitetininQuba filialının "Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasınındosenti Surxayev Səmədağa Məmmədli oğlunun maraqlı və ləyaqətli ömür yolundansöz açmaq istəyirik.

Səmədağa Surxayev 1954-cü ildə Qubarayonun Xınalıq kəndində anadan olmuşdur. 1971-ci ildə Xınalıq kənd səkkizillik,1973-cü ildə Qırmızı Qəsəbə orta məktəbini bitirərək əskəri xidmətəyollanmışdır. 1975-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra bir müddətBakı mebel kombinatında çalışmışdır. Elmə həvəs göstərən S.Surxayev 1977-ci ildəAzərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Hazırda Azərbaycan Dövlət AqrarUniversiteti adlanır) Zoomühəndislik fakültəsinə daxil olmuş və 1982-ci ildə həminfakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Bəzi üstünlüklərini- təhsildə fərqlənməsini,intizamlıvə savadlı olmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin təyinatı əsasındaelə həmin institutun "Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi”kafedrasına müəllim təyin olunur. S.Surxayev bir müddət kafedrada assistent vəzifəsindəaçlışmaqla bərabər elmi iş götürərək dissertant kimi tədqiqat işləri də aparmışdır.

1989-cu ildə Səmədağa müəllim"Murrah camış cinsinin və onun Qafqaz camışları ilə mələzlərinin bioloji təsərrüfatxüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, işlədiyimüddətdə respublika və xarici ölkə jurnallarında 100-ə yaxın elmi məqaləsiniçap etdirmiş, tədrislə bağlı 5 metodik vəsait, 7 fənn proqramı, 4 dərs vəsaiti,bir dərslik, bir monoqrafiya və heyvandarlığın müxtəlif sahələrinin inkişafı iləəlaqədar 8 elmi tövsiyəni tələbələrin istifadəsinə vermiş və 2 səmərələşdiricitəklifi istehsalata tətbiq etdirmişdir. O,uzun müddət elmi, elmi-pedaqoji fəaliyyətiilə məşğul olmuş və 1993-cü ildə dosent vəzifəsinə seçilmişdir. Namizədlik elmiişini davam etdirərək "Azərbaycan camışının murrah camış cinsi əsasında təkmilləşdirilməsi”mövzusunda doktorluq dissertasiya işini yekunlaşdırmış və müdafiəyə təqdimetmişdir. Elmi işin nəticələri hər il fakültə elmi konfranslarında aprobasiyaolunmuşdur.

S.Surxayev "Xəzdərili vəhşiheyvanlar” (Bakı, "Nərgiz” nəşriyyatı, 2000) adlı dərsliyin, Azərbaycan camışcinsinin bioloji təsərrüfat xüsusiyyətləri, genetik seleksiya üsulları ilə qiymətləndirilməsivə təkmilləşdirilməsi yolları”(Bakı, "Elm”, 2000) adlı monoqrafiyanın,"Maldarlıqda ət məhsuldarlığının yüksəldilməsi və qiymətləndirilməsi”(Bakı,1992) və "Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üsulları” (Gəncə,2009) kimi dərs vəsaitlərinin, "İnək və düyələrin süni mayalandırılması” (Gəncə,2004), "Arıçılıq” (Gəncə, 2004) və "Süd istehsalının texnologiyası” (Gəncə,2004) kimi fermerlər üçün vəsaitlərin, çoxlu elmi-nəzəri publisistik məqaləninmüəllifidir.

Səmədağa müəllimin təqribihesablamalara görə ötən bu 37 ildə ali təhsil verdiyi tələbələrin sayı 10 mindənçoxdur. Bu, fədakar bir insan ömrünün sərf etdiyi əməyin görünən tərəflərindəndir.

Bəli, o özünün elmdən,bəşəri-millikamal xəzinəsindən əldə etdiklərini gənclərə səxavətlə,təmənnasız öyrədən,onlarıvətəndaş,şəxsiyyət,ziyalı kimi formalaşdırmağa çalışan xoşbəxt bir insan hesabedir.

Səmədağa müəllim uzun illərdir ki,mülkü müdafiə və tibbi biliklərin əsasları, həyat bilgisi, uşaq anatomiyası vəfiziologiyası,ekologiya və təbiətdən səmərəli istifadə sahələrində axtarışlaraparır, bu fənlərin tədrisinin elmi-metodiki cəhətdən daha yaxşı təşkiliproblemləri, xüsusilə təlim metodları,qavramanın didaktik-psixoloji aspektləri,dərslərin səmərəli təşkili və s. onun maraq göstərdiyi, araşdırdığı məsələlərdəndir.

Daim arayıb-axtaran, yüksəlişin,inkişafın yolunu yalnız elmi araşdırmalarda görən Səmədağa müəllim1989,1990,1991,1992 və 1994-cü illərdə Orenburqda, Alma-ata və Bişkekdə,Ümimittifaq konfranslarının, 1991-ci ildə Bolqarıstanın Varna şəhərində Beynəlxalqcamışçılıq, 2003-cü ildə Gəncə şəhərində beynəlxalq Gəncə - Kars baytarlıqsimpoziumlarının iştirakçısı olmuşdur.

Səmədağa Surxayevə görə müəllim təkcəyeni təlim texnologiyalarını mənimsəməməli və onları öz işində tətbiq etməkləkifayətlənməməlidir. O, daim tədqiqatçı, yaradıcı və ən başlıcası öz peşəsinin,tədris etdiyi fənlərin gözəlliklərini, incəliklərini tələbələrə çatdırmaqla həminfənlərə qarşı onlarda maraq yaratmalıdır. Odur ki, Səmədağa müəllim dərslərdəgörkəmli alimlərin tədris etdiyi fənlərlə bağlı fikrlərindən fənlərarasıinteqrasiyadan, tədris resurslarından,əlavə ədəbiyyatdan və s. istifadə edir.Bu halda tələbələr yorulmur, dərs daha fəal keçir.

Səmədağa müəllim Çin mütəfəkkiriKonfutsinin bir fikrini öz fəaliyyətində əsas götürür :alicənab müəllim şagirdiöyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasınca dartmır, onda maraqoyadır, məcbur etmir, ona yol göstərir, lakin yolu sərbəst getməyə imkan verir.Nə qədər ki, o tələblərdə maraq oyadır, təsvir etmir, deməli, tələbənin bilikqazanması asanlaşır. Nə qədər ki, o şagirdə yol açır,deməli ona düşünmək imkanıverir. Müəllimlə tələbə arasında müstəqilliyin yaranması, tələbəyə bilikqazanmanın aşılanması və düşünmək imkanının verilməsi,- məhz bunlar müəllimlikməharətidir”.

Səmədağa Surxayev uzun müddət ali məktəblərdə kadr hazırlığında fəaliştirak etdiyinə və səmərəli yaradıcı fəaliyyətinə görə 7 may 2010-cu il tarixdəKənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.

Səmədağa müəllim, xalqa,vətənəfədakar xidmətinizlə, cəmiyyət üçün saysız-hesabsız faydalı vətəndaşlaryetişdirməyinizlə, nəsillərə örnək ola biləcək nümunəvi pedaqoji fəaliyyətinizlədigər başqa, həm də daha böyük mükafatlara iayiqsiniz. Əziz dost, xoşbəxtliyinizondadır ki, əsl mükafatınız xalqdan, el-obadan, respublikanın ayrı-ayrı təsərrüfatlarındaçalışan yetirmələrinizdən gəlir. Sizə olan hörmət və məhəbbətdən böyük mükafatnə ola bilər?...

Bu gün Səmədağa müəllimhəm də gözəl ailə başçısı kimi böyük qürur hissi keçirir. O, ömür-gün yoldaşıNicabət xanımla iki qız və bir oğul övladı böyüdüb ərsəyə çatdırmış, onlarıev-eşik sahibi etmişdir. Böyük qızı Könül xanım Müəllimlər İnstitutunun Gəncəfilialını ibtidai sinif müəllimi ixtisası üzrə bitirərək hazırda Quba rayonunQaraçay kənd tam orta məktəbində işləyir. Oğlu Ramin Gəncə Aqrar İnstitutunu "Yerquruluşu və torpaq kadastrı” ixtisası üzrə bitirib. Hazırda 5 saylı Xaçmazlayihə Tədqiqat İdarəsində sahə rəisi vəzifəsində çalışır.

Sonbeşik qızı Ramilə xanım isə Gəncə musiqi kollecinin məzunudur vəhazırda Qaraçay kəndində yaşayır. Evdar qadındır. Səmədağa müəllim həm də gözəl-göyçək6 nəvə babasıdır. Onlar babalarının şərəfli ömür yolunun davamçıları olacaqdır.

65 yaş nədir ki, Səmədağamüəllim! Fəqət dönüb geri baxanda zəngin elmi-pedaqoji fəaliyyət məqalə və məruzələr,dostlar və tanışlar, tədrisin təbliği ilə bağlı bitib-tükənməyən çıxışlar və s.Ümumən, hər saatı, hər səhifəsi yaradıcılıqla dolu bir ömür görünür və fikirləşirsənki, yaşanmış ömrə dəyər. İnsanlıq vəzifələri də bizcə, Səmədağa müəllim tərəfindənyerinə yetirilmişdir.

Mən Səmədağa müəllimdən gələcək planları, arzu və istəkləri haqqındaməlumat verməyini xahiş etdim. O dedi :

-Mən xoşbəxtəm, ona görə xoşbəxtəm ki, ömrümünişgüzar çağlarını ulu öndərimiz Heydər Əliyevin quraraq bizə miras qoyduğu müstəqilAzərbaycan Respublikasında yaşayır və onun daha da inkişaf edib dünya ölkələriarasında layiqli yer tutmasına xidmət edirəm. Ümummilli liderimizin müdrik vətarixi siyasətini bu gün ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlhamƏliyev cənablarının rəhbərliyi altında işləmək məsuliyyətli olduğu qədər dəxoşdur və şərəflidir. Bu günə qədər vətənimizin çiçəklənməsi, xalqımızınmaariflənməsi və tərəqqisi naminə əlimdən gələni əsirgəməmişəm və bundan sonrada millətimə xidmət edəcəyəm.

Bəli,biz də, öz növbəmizdə dostumuz,qardaşımız, həmkarımız Səmədağa müəllimə uzunömür, cansağlığı,həmişə zirvə yüksəkliyi və hər zaman pirani müdrikliyiarzulayırıq.

İnsan da əzizdir,alim də əziz,

Həm insan, həm alim doğuldunuz Siz.

ŞixəmmədSeyidməmmədov,

Azərbaycan Yazıçılar Birliyinin üzvi, "Araz” və

"Qızıl qələm” mükafatları laureatı.