adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Yanvar 2017 00:37
25229
MARAQLI

5 milyon masson və gizli təşkilatlar

Dünyada baş verən qəzalarda hər gün minlərlə insan ölür. Bu hadisələr ya terraklarolur, ya da üstü pərdəli qəzalar. Səhnəni idarə edən gizli təşkilatlar isə bu məsuliyətinnecə deyərlər, üstündə oturub. Çoxlarına məlumdur ki, müxtəlif ölkələrdə müxtəlifsəpkilərlə baş verən kütləvi qırğınlar və texnogen fəlakətlərin arxasında kimlərvə ya hansı qüvvələr dayanır. Adı var özü yoxdur misalı yerinə düşər. Çünki"Roma klubu", "illüminatlıq" "Almaniya Marşal fondu"və bir çox təşkilatlar birlikdə "Dünya Hörümçək Toru" adı altında vahidhökumət yaratmaq məqsədini güdürlər. Digər bir məqam da var ki, masson anlayışıöz ətrafında 5 milyona yaxın üzvünü birləşdirib. İngiltərə,İrlandıya və UELS-də yarım milyon ABŞ-da isə 2 milyondan çox şəxs massondur. Bunlarınsırasında alınmış dünya ulduzları, aktyorlar, pula pul deməyən biznesmenlər toplaşıb.Onların fəaliyyəti istiqaməti məşhur kinostudiyalar, cizgi film şirkətləri və yaberand markalar subliminal mesaj adlandırılan 25 kadr emblemi ilə insanların şüuraltınasızılır. Lakin bizim bundan heç ruhumuz da incimir. Məqsəd isə ondan ibarətdir ki,xalqların əsas müqəddəratını həll edəcək gücdə olan siyasi prosesləri daha rahatşəkildə həyata keçirməkdir. Heç bir maneə olmadan. Gizli qüvvələr üçün vətəndaşfaktoru ən böyük maneədir. Məhz insanların şüur altına əxlaq və mənəvi cəhəddənzidd olan şəkilləri yeritməklə onların əhli-kef timsalını yaradırlar. Hətta bəziinkişaf etmiş ölkələrdə belə subliminallıq və əxlaqi zidd verilişlər dayandırılıb.Hansı ki, həmin verilişləri dünya izləyir. Məhz Avstraliya, Kanada kimi ölkələrdə"Walt disney"in məhsulları sayılan cizgi filmləri qadağan edilib. Maraqlıdır,gizli təşkilatların fəaliyyət dairəsi o qədər genişdir ki, bu qlobal problemlərdəntutmuş sadə uşaq əyləncələrinə qədər əhatə edir. Bu təşkilatların yaranma tarixiçox sadə və sıradan görünsə də dünyanı virana qoymaq kimi iyrənc məqsədlər heç dəsadə deyil, əksinə mürəkkb və qarışıqdır. Nəzəri cəhətdən onlar haqqında informasiyalargündəlik həyatımızda sızır, lakin praktik şəkildə onların gerçək üzünü görmək haradasamümkünsüzdür. Dünyanı oyuncaq kimi oynadan bu gizli təşkilatlar haqqında danışaq...

Dünyada əsasən beş belə təşkilatmövcuddur.

Bilderberq klubu

Bilderberq klubu dünyada əngüclü gizli siyasi klublardan biri hesab olunur və bu təşkilatın ildə bir dəfə toplantısıkeçirilir. Toplanıt zamanı hər hansı protokol tərtib edilmir və jurnalistlər butoplantılara buraxılmır.

Bu toplantıya ancaq şəxsi dəvət əsasında ola bilər ki, o zaman datoplantıda aparılan diskussiyalar barəsində kənarda danışmaq qadağan olunur. Buməsələyə ciddi nəzarət olunur. Məhz bununnəticəsidir ki, fəaliyyət göstərdiyi gündən bu günədək klubun hər hansı müzakirəetdiyi məsələ haqqında ictimaiyyətin heç bir məlumatı olmayıb və gizli saxlanılıb.

Bu klubun builki 64-cü qapalı toplantısı bu ilin 9-12 iyununda AlmaniyanınDrezden şəhərində Taschenbergpalais otelində keçirilib.

Bu toplantıda Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardın,ABŞ-ım sabiq Dövlət katibi Henri Kissincerin, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq şefi Devid Petreusun, NATO-nun Avropadakı BirləşmişSilahlı Qüvvələrinin sabiq komandanı FilipBridlavın, Britaniya Mİ-6 kəşfiyyat orqanınınsabiq rəhbəri Con Soersin iştirak etdiyi bildirilir.

Bohem klubu

Bu klubun ancaq kişi üzvləri1899-cu ildən başlayaraq hər il iyul ayında Kalforniyadakı "Bohemian Grove" istirahət mərkəzinə toplanırlar. Buklubun sıralarında sabiq prezidentlər, tanınmış iş adamları, incəsənət xadimləri,mediamaqnatlar yer alıb.

Beynəlxalq münasibətlər üzrəŞura

Bu özəl qurumdur və Amerikada fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri xarici siyasət məsələlərini araşdırmaqdır. Buməqsədlə ayda iki dəfə Foreign Affairs jurnalını buraxırlar.

Bu qrumda beş minə yaxın adamçalışır ki, bunlar arasında yüksəkrütbəli məmurlar, iş adamları, jurnalistlər, mediamaqnatlar, tanınmış siyasilər yer alıb.

Bu təşkilat Amerikanın əngüclü beyin mərkəzi hesab olunur.

Üçtərəfli komissiya

Bu təşkilat isə 1973-cü ildəDevid Rokfeller tərəfindən yaradılıb. Buklubda əsasən Şimali Amerikadan, Qərbi Avropadan, Yaponiya və Cənubi Koreyadan olan siyasilər, iş adamları, elm adamları fəaliyyətgöstərirlər.

Bu Üçtərəfli komissiyanınəsas missiyası dünyanın inkişaf etmiş bölgələrinin daha sıx əməkdaşlığını təşkiletməkdir. Hansı ki, bu inkişaf etmiş ölkələrin beynəlxalq münasibətlər sistemindəümumi liderlik öhdəlikləri var.

Keçmiş respublikaçı senatorBarri Qolduotter "Üzürsüz" kitabındatəşkilatın fəaliyyəti haqqında danışaraq bildirib ki, biz dörd hakimiyyəti bir arayagətirmək istəyirdik: "Siyasəti, maliyyəni,intellektual və dini hakimiyyəti bir araya gətirmək istəyirdik ki, bununlada dünya iqtisadi gücünü formalaşdırıb siaysi hakimiyyəti idarə edək".

Enerji məsələləri üzrə işçiqrup (Commercial Energy Working Group)

Bu təşkilatın ABŞ-da güclülobbi qrupu mövcuddur. Onların konkret olaraq kimin maraqlarını müdafiə etməsi iləbağlı hər hansı bilgi yoxdur. Çünki onların nə saytları, nə də ki, sosial şəbəkələrdəakkuantları mövcuddur.

Bu təşkilatın əsasən Vaşinqtondakı "Sutherland Asbill& Brennan" hüquq firması vasitəsi ilə fəaliyyət göstərir.

Bu təşkilatın əsas fəaliyyətidünyadakı enerji bazarındakı nəzarəti əldə saxlamaqdır. Ancaq bu təşkilatlara hansıtransmilli enerji təşkilatların, mütəxəssislərin adları bəlli deyil.

"Roma klubu”

Bu beynəlxalq ictimai və analitik bir təşkilatdırvə italyan sənayeçisi Aurelio Peççi tərəfindən yaradılıb. Bu təşkilat dünyada biosferin öyrənilməsinə və inkişaf etdirilməsinə öz müstəsna töhfəsini verib.

Eyni zamanda insanla təbiətarasında harmoniya nə yaradılması təbliğatında da müstəsna rol oynayıb.

Klubun əsas missiyası dünyadakı qlobal problemlərə diqqət çəkmək vəbununla bağlı hesabatlar hazırlamaqdır.

Bu məqsədlə klub genişmiqyaslısosial-iqtisadi sahəyə aid tədqiqatlar aparırlar. Klubun hazırladığı nəzəritədqiqatlar müxtəlif elmi sahələrdə metodktədqiqat əsəri kimi istifadə olunur.

Klubun ancaq yüz üzvü olabilər. Klub üzvü eyni zamanda hökumət üzvü,hər hansı ideologiyanın, siyasi qüvvənin və milli baxışın daşıyıcısı olmamalıdır.

"Komitet 300”

Artıq bir çoxları bu təşkilathaqqında çox eşidib və oxuyub da.…

Bəzi məlumatlara görə, butəşkilat 1897-ci ildən bəridir ki, dünyanı idarə edir. Təşkilatın əsas hədəfi dünyada vahid hakimiyyət formalaşdırmaqdır. Bu təşkilatıntədqiqatları gizli laboratoriyalarda həyata keçirlir və orada hazırlanır.

Bu təşkilatı dünyanın ən tanınmış siyasətçiləri daxildir. Corc Buşun, Devid Rokfellerinvə digər iri maliyyəçilərin bu təşkilatınüzvü olduğu bildirilir.

Bir çox mənbələr 1990-cı illərdəRusiyada liberal-demokrat islahatların Boris Yelçin tərəfindən həyata keçirilməsi məhz bu təşkilat tərəfindən verildiyi bildirilir.

Almaniya Marşal Fondu

Təşkilatın əsas hədəfi vahid,güclü Avropa formalaşdırmaqdır.

Doğrudur, əslində bu siyahıdayer almayan başqa təşkilatlar da var. Belədemək mümkündürsə, onlar dünya üzrə müxtəlif regionların işlərinə nəzarətedir. Əsas gizli təşkilatlar"WWW" çətiri altına yığışırlar.

Rüfət Soltan