adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 May 2022 13:09
2590
ŞOU-BİZNES

44 günlük müharibə vaxtı bizi təhqir edən, ermənipərəst rus müğənniyə ŞOK: Bakı konserti ləğv olundu - VİDEO

Rusiyalı müğənni Lyubov Uspenskaya azərbaycanlıları təhqir edib.

Məlumata görə, rusiyalı müğənni Lyubov Uspenskayanın oktyabrın 9-da Konqres Hollda konserti olacağı planlaşdırılmışdı. Uspenskayanın Bakıda konsert verəcəyindən xəbər tutan onlarla azərbaycanlı Mədəniyyət Nazirliyinə kütləvi şikayətlər ediblər.

Konsertinin ləğvinin əsl səbəbi isə müğənninin sosial şəbəkələrdə Azərbaycanı təhqir etməsi və ermənipərəst mövqeyi səbəb olub. O, sosial şəbəkələrdə yayılan videosunda 44 günlük müharibə zamanı azərbaycanlıları necə təhqir etdiyini danışıb və erməni sevgisini açıqca bildirib.

Videoda Uspenskayanın piano arxasında erməni mahnı ifa etməsi, daha sonra isə sözügedən dildə Bakıda da mahnı ifa etdiyini etiraf etməsi əks olunub.

"Qarabağ müharibəsinin ən qızğın vaxtı idi, Bakıya qastrol səfərinə getmişdim. Konsertdən sonra azərbaycanlılar məni nahar yeməyi üçün Bakının məşhur restoranlarından birinə apardılar. Biz orada o qədər spirtli içki qəbul etdik ki, "lül-qəmbər" olduq. Birdən qonaqlar dedilər ki, Lyuba, dur, bir mahnı ifa et. O qədər içmişdim, ağlımdan tamamilə çıxmışdı ki, haradayam. Başladım erməni dilində mahnı ifa etməyə. Musiqiçilər məni bir neçə dəqiqə müşayiət etdikdən sonra yerlərindən durub, çıxıb getdilər".



Daha sonra L.Uspenskaya həmin mahnını ifa etmək üçün yenidən piano arxasına əyləşib.

Sözügedən görüntülər sosial şəbəkə istifadəçilərinin, Azərbaycanın tanınmış şəxslərinin etirazına səbəb olub. Müğənni Eldar Qasımov, aparıcı Nərgiz Cəlilova və Xalq artisti Flora Kərimova onun addımı tənqid ediblər. Azərbaycanlılar L.Uspenskayanın Azərbaycana gəlib, burada oxuyub, pul qazanıb və daha sonra bu cür addım atmasının yolverilməz olduğunu dilə gətiriblər.

 

Adalet.az xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyi Lyubov Uspenskayanın konsertini ləğv edib. Konsertin biletlərinin iTicket platforması üzərindən satışı da dayandırılıb. Çünki sosial şəbəkədə ən çox ermənilərin ürək smayliki atıb, bəyəndiyi, yəni rus müğənni tərəfindən Azərbaycanlıların təhqir edildiyi həmin videonu Bakı sakini olan bir xanım Mədəniyyət Nazirliyinə təqdim edəndən sonra konsert ləğv olunub, bilet satışı dayandırılıb.

Qeyd edək ki, Bakıda "Jara-2018" Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu günü Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskayanın yaradıcılıq gecəsi keçirilib

Əntiqə Rəşid