adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
08 Avqust 2017 13:33
21650
MARAQLI

40 yaşlı kişi hər gün işə üzərək gedir - Video

Almaniyanın Münhen şəhərində Devid Benjamin adlı şəxs hər gün işə üzərək gedir.

40 yaşlı Benjamin ictimai nəqliyatdan istifadə etməkdən yorulduğunu və bunu daha əyləncəli nəqliyatla əvəz etdiyini deyib.

O, artıq iki ildir ki, işə evinin yaxınlığından axan İzar Çayı ilə üzərək gedir. İşdə geyindiyi paltarı və istifadə etdiyi noutbuku su keçirməyən çantada gəzdirir.

Benjamin deyir ki, üzgüçülük onun əsəb sisteminə müsbət təsir edir. O, artıq əsəblərinə hakim olmağı bacarığını söyləyib.

Münhen sakini çay boyu iki kilometr üzdükdən sonra işə çatır. Hər gün bu rejimə əməl edən Benjamin iş yerinə çatandan sonra paltarını dəyişərək fəaliyyətə başlayır.

Onu da qeyd edək ki, Benjamin çaya girməmişdən əvvəl təhlükəsizliyi ilə əlaqədar çayın axın sürətini və temperaturunu yoxlayır.(azvision.az)