33 il ərzində Azərbaycan Silahlı Qüvvələrinə vurulan ziyan açıqlandı
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam etdirilib.
Adalet.az xəbər verir ki, çıxış edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev elan edib ki, 1990-cı illərin əvvəllərindən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində müxtəlif iri və kiçik çaplı silahlar, sursatlar, artilleriya qurğuları, raketlərdən atəşlər açılmaqla edilmiş silahlı hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə arsenalına aid, 908 milyon manatdan artıq dəyərdə hərbi əmlaklar məhv edilib, yararsız hala salınıb və ya ələ keçirilib.
Digər Xəbərlər
21 Sentyabr 2026 18:54
“Azərsun Holdinq” “Yaşıl dağ” aksiyasını dəstəklədi
21 Sentyabr 2026 16:09
Fövqəladə Hallar Nazirliyində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib
21 Sentyabr 2026 16:08
1840,3 ha ərazi minalardan təmizlənib
21 Sentyabr 2026 13:41
Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi
21 Sentyabr 2026 12:36
Pensiyaçılara ŞAD XƏBƏR
21 Sentyabr 2026 12:08
"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Komitə sədri tıxacdan danışdı
21 Sentyabr 2026 10:52
“Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
21 Sentyabr 2026 10:09


Bakı -°C

