adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Sentyabr 2017 16:55
19165
MƏDƏNİYYƏT

24-cü Adana Film Festivali başladı

BeynəlxalqAdana Film Festivalı və ya Adana Qızıl Qoza Film Festivalı, hər il Adana şəhərindətəşkil edilən beynəlxalq bir film festivalıdır. Festivalda münsiflər heyəti,işçiləri və oyunçular tərəfindən seçilən filmlərə "Qızıl Qoza"mükafatı verilir.

Festivalilk olaraq 15-22 May 1969 tarixləri arasında Qızıl Qoza Film Festivalı başlığıaltında təşkil edildi. Beynəlxalq Adana Qızıl Qoza Film Festivalı olaraqadlandırılan festival, 2016-ci ildə Beynəlxalq Adana Film Festivalı olaraq dəyişdirildi.Festivala Beynəlxalq uzun metrajlı film, Tələbə Filmləri Yarışması, DünyaKinoları Nümunələri, Xüsusi Bölmə, Qısa Film Bölmələri daxildir. Bundan əlavə,2015-ci ildə ilk dəfə olaraq "Adana Ssenarisi Yarışması" da festivalınmüsabiqə bölmələrinə əlavə edilmişdir.


AdanaBöyükşəhər Bələdiyyəsi başqanı Hüseyn Sözlü və türk kinosunun unudulmayan aktrisası 66yaşındakı Selma Güneri, 24-cü Adana Film Festivalının açılışını Atatürkünbüstünə çələng qoyaraq etdi.

Festivalınilk günündə Adana Teatr Dərnəyinin "Teatrlar Festivalda” başlığıyla altındaatelye çalışmaları, kinematoqrafçı və istehsalçıların şouları, dublyaj şouları,küçədə film musiqisi, rəqs nümayişləri və canlı heykəl şouları gərçəkləşdi.

Qeyd edək ki, festival 1 həftə davam edəcək.