240 min dollarlıq təhlükəsizlik: Gizli zirehli model
240 min dollar dəyərində olan gizli zirehli Cadillac Escalade modeli nümayiş etdirilib.
Adalet.az xəbər verir ki, bu avtomobil zahirən adi lüks SUV təsiri bağışlasa da, əslində yüksək səviyyəli müdafiə texnologiyaları ilə təchiz olunub.
Məlumata görə, avtomobilin konstruksiyası B6 səviyyəli zirehlə gücləndirilib. Bu isə onun iri çaplı silahlardan açılan atəşə qarşı belə davamlı olduğunu göstərir. Avtomobildə gülləkeçirməz şüşələr, Kevlar və xüsusi polad qatlarla möhkəmləndirilmiş kuzov, eləcə də partlayış təsirlərinə qarşı qoruma sistemi mövcuddur.
Modelin əsas xüsusiyyəti onun "gizli zireh" konsepsiyası ilə hazırlanmasıdır. Belə ki, bütün qoruyucu elementlər avtomobilin daxilində yerləşdirildiyi üçün xarici görünüşdə heç bir fərq hiss olunmur. Bu isə avtomobili həm təhlükəsiz, həm də diqqət çəkməyən edir.
Qeyd olunur ki, bu tip nəqliyyat vasitələri əsasən yüksək vəzifəli şəxslər, biznesmenlər və xüsusi qoruma tələb edən şəxslər üçün nəzərdə tutulur. Bununla yanaşı, avtomobil yüksək komfort səviyyəsi, səs izolyasiyası və mobil ofis imkanları ilə də seçilir. /Musavat.com
Digər Xəbərlər
06 Aprel 2026 09:00
Yağışlı havada tıxaclı Bakı yolları - SİYAHI
04 Aprel 2026 19:52
Yeni Günəşlidə yolun bir hissəsi düzəldilib...
03 Aprel 2026 08:31
Bakıda tıxac olan yollar açıqlanıb
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34


Bakı -°C

