adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Noyabr 2014 16:10
18928
MARAQLI

2014-cü ilin ən yaxşı macəra Fotoları

Başgicəlləndirən şəkillər çəkmək çox asandır: sadəcə ekstrim vəziyyətlərini xoşlayan insanların sevdiyi yerlərə getmək lazımdır. Səyahət çoxlu macəra vəd edir, hətta fotoqraf özü qayalıq üzərində kanatla gəzmək istəmirsə belə.

"2014-cü ilin ən yaxşı macəra fotosu” (The Best Adventure Photography: Exposure 2014) sərgisindən 20 ən təsirli fotonu təqdim edir:

Ankoricdən olan soyuq qış həvəskarları –ABŞ, Alyaska

Namibiya səhrası üzərində yamac paraşütçüsü. Ehtimal olunur ki, sirli üzükləri yeraltı dərinliklərdə yaşayan termitlər qoyurlar

Dekabr, Tofino sahili. Sörfcü dalğa gözləyir

Sərv ağacları Texasda Kaddo gölünü labirintə çevirib. Burada asanlıqla azmaq olar

Havay adalarında Maui sahilində dalğalar üzərində sörfcü

Kəndirbaz Ben Plotkin-Svinq iki dağ zirvələri arasındakı kəndir üzərində balans saxlayır - ABŞ, "Şimali kaskadalar" Milli Parkı

Baydarkaçı Seymur çayında üzür - Kanada

Portlandın cənubunda buz şəlaləsi – ABŞ, Oreqon ştatı. Bura heç təhlükəsiz yer deyil. Belə ki, daima buz qırıntılarından yayınmaq lazım gəlir

Quş uçan yüksəkliklərdə yüz mil məsafəyə velosiped yarışı - Leadville, ABŞ

Dulut şəhəri yaxınlığında buzlaq kənarında konkisürmə - ABŞ, Minnesota

Telluriddə alpinistlər - ABŞ, Kolorado ştatı

Paraşütçü uçurumdan tullanır - ABŞ, Kolorado ştatı

Forks şəhəri yaxınlığında, Olimpiya yarımadasında uğursuz qızılbalıq ovu – ABŞ

Alpinist donmuş Helmskem şəlaləsinə qalxır.

ABŞ-da dağ zirvəsindən tullanan idmançı.

Xizəkçi İmput dağının zirvəsindən sürüşür – Kanada.

Şimal buzlaqları haqqında sənədli film çəkilişi zamanı.

Katrina Van Veyk Oreqon ştatında Şimali Ampkua çayı ilə üzür. Şəlalə ildə yalnız bir neçə həftə meydana gəlir –Kanada.

ABŞ-ın Yuta ştatında Dağ velosipedi çempionatda 10 metr kanyonun üzərindən tullanış.

Yosemite Milli Parkında - ABŞ, Kaliforniya.

AzNews.az