adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Fevral 2019 16:00
20237
MƏDƏNİYYƏT

200-dən çox incəsənət nümayəndəsi müstəqil teatr üçün müraciət etdi


Ölkəmizin ilk müstəqil teatrı olan ADO maliyyə çətinliklərindəndolayı məkanını itirə bilər. Teatrın rəhbəri Elman Bədəlovun Adalet.aza verdiyiaçıqlamaya görə, yaranmış problemlə bağlı 200-dən çox incəsənət nümayəndəsimədəniyyətnaziri Əbülfəs Qarayevə açıq müraciət edib.

Müraciətdədeyilir: "Cənab Nazir! ADO Teatrı ölkəmizdə artıq 6 ildir ki, fəaliyyət göstərir.Bu illər ərzində teatr, çoxlu sayda yerli və beynəlxalq layihələrdə uğurlaiştirak edib. Hazırda isə, teatr Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 245ünvanında yerləşən məkanını itirmək təhlükəsi ilə üz-üzə qalıb, icarə haqqınıödəməkdə çətinlik çəkir.

ADOteatrının məkan probleminin həll olunması istiqamətində müvafiq addımlaratmağınızı sizdən xahiş edirik. Hesab edirik ki, adı çəkilən teatrın fəaliyyətinindavam etməsi – Azərbaycanın müasir mədəniyyətinin formalaşmasında müsbət roloynayacaq”.

FəxrəddinManafov, Ramiz Novruz, Afaq Bəşirqızı, Bəsti Cəfərova, Vidadi Həsənov, GülzarQurbanova, Bəhram Bağırzadə, Mehriban Ələkbərzadə, İlqar Cahangir, Taleh Yüzbəyov,Aqşin Yenisey, Qan Turalı, Aqşin Evrən, Mirmehdi Ağaoğlu, Pərviz Cəbrayıl, AyxanAyvaz, Zahir Əzəmət , Cəlil Cavanşir, İlqar Rəsul , Qəşəm Nəcəfzadə, RəbiqəNazimqızı və başqa tanınmış simalar müraciətə qoşulublar.