adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Aprel 2020 08:19
110982
MÜSAHİBƏ

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

"Böyük Ermənistan" yaratmaq xülyasındanruhlanan erməni qəsbkarları son ikiyüzildə azərbaycanlılara qarşı açıq şəkildəgenişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Belə aksiyalardan biri və əndəhşətlisi isə 1918-ci il 31 martda baş verən soyqırımıdır. Təəssüf ki, sovetdönəmində ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşındanqismən silinməyə və hadisələrə başqa mahiyyət verərək unutdurulmağa çalışıldı.Amma xalqın yaddaşını tamamilə məhv etmək üçün gərək öncə həmin xalqı məhvedəsən. Xalqımız tamamilə məhv olmadığı ücün təbii ki, yaddaşı da yerindədir və o günləri qəzəb hissi ilə anır. Adalet.azxəbər verir ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlətsəviyyəsində də Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Odur ki, 31mart hadisələri elm adamları, xüsusən tarixçilər tərəfindən diqqətləaraşdırılır. Həmsöhbətim Azərbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adınaŞərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professorSolmaz Rüstəmova-Tohididir .

O, "Bakı. Mart1918-ci il. Azərbaycan qırğınları sənədlərdə”,"1918-ci il Quba hadisələri - Azərbaycanın müsəlman əhalisinin kütləviməhv edilməsi planlarının tərkib hissəsi kimi. Müsəlmanların soyqırımısənədlərdə. Sənədlər toplusu”, "1918-ciil Azərbaycanlıların soyqırımı foto və sənədlərdə”, "Şamaxı. 1918-ci ilmart-iyul. Azərbaycanlıların soyqırımı sənədlərdə (2 cilddə)”, "Göyçay, Cavad,Ərəş (Azərbaycanlıların soyqırımı sənədlərdə)”, "Qarabağ-Zəngəzur – 1918(Azərbaycanlıların soyqırımı sənədlərdə)” "Əlimərdan bəy Topçubaşov. Bakıhadisələrində erməni faktoru – 1905-1906 və 1918-ci illər (Paris arxivininsənədləri)” "Cümhuriyyətin "Azərbaycan” adlandırılması və onun tarixiəhəmiyyəti” kitabları ilə 1918-ci ildə baş verən hadisələr-qaranlıq qalanmövzular haqqında ictimaiyyətə daha geniş və sanballı məlumatlar verib.

-Solmaz xanım, 1918-ci il dedikdə, ilk hansı hadisələrxatırlanır?

- 1918 bir-birini sürətlə əvəz edən və Azərbaycanxalqının taleyində həlledici sayılan hadisələr- istər əlamətdar, istərsə dəfaciəli – baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Həmin hadisələrinən yüksək zirvəsi, sözsüz ki, 28 may 1918-ci il tarixi – Azərbaycanın dövlətmüstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr – 1918-ci ilsentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindənazad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, 1918-ci il dekabrın7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrındaAzərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı vəİngiltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün Şərqdəilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçiliyinin –Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoyulur.

-Amma sadaladığınız əlamətdar hadisələrindən əvvəl qanlı hadisələr başverir...

- Bakıda mart hadisələrinin törədilməsi ümumilikdəAzərbaycan xalqına yönəldilmiş böyük bir soyqırımın başlanğıcı olur. Təsəvvüredin ki, bir neçə gün ərzində şəhərin və onun ətraf kəndlərinin dinc müsəlman –azərbaycanlı əhalisi görünməmiş dəhşətli cəza növlərinə – talan və ölümlərə,əzilmək, əsir alınmaq, qarət edilmək – bir sözlə, amansızlıqla özbaşınalıq edənbolşevik-daşnak hərbi qüvvələri tərəfindən hər şeyin və hər kəsin məhvedilməsinə məruz qalır. Fövqəladə Təhqiqat Komissiyasının protokollarına görə,yalnız Bakıda 11 min nəfər qətlə yetirilib. Mənim 1918-ci il qırğınları iləbağlı kitablarımda həmin rəqəmlər var. Həmçinin, vurulmuş maddi zərəri dəgöstərmişəm. Bizim bəzi tədqiqatlarda düzgün olmayan rəqəmlər var.

Məsələn, Qubada 167 kənd dağıdıldığı halda, çox yerdə122 rəqəmi gedir. Yaxud Şamaxıda 7 min nəfərin öldürüldüyü bildirilir. Halbukiyalnız Şamaxı şəhərində 8-10 min nəfər, 110 kəndində isə 10.341 nəfər qətləyetirilib. Gördüyünüz kimi, Şamaxıda 18-20 min nəfərədək insan erməni silahlılarıtərəfindən qətlə yetirilib. Beləliklə, deyə bilərik ki, hadisələr zamanı 50 minnəfərə yaxın azərbaycanlı öldürülüb. Hələ Göyçay və Cavad qəzalarına dairsənədləri təzəliklə Fransadakı arxivlərdən tapmışam. Zəngəzur və Qarabağlabağlı sənədlər isə hələ araşdırılmayıb. Hərçənd komissiya həmin ərazilərdəŞamaxıdakı kimi işləyə bilməyib. On minlərlə insan isə epidemiya zamanı həlakolub. Bəli, Qızıl Ordunun kiçik dəstəsinin atəşə tutulması ilə başlayan marthadisələrinin, şübhəsiz ki, dərin kökləri və səbəbləri vardır.

-Solmaz xanım, zaman 1918-ci il. Nə baş verir?

- 1918-ci ili analiz etmək ücün bir az əvvələ getmək,qanlı zəncirin başlanğıcına dönmək lazımdı: XIX əsrin əvvəllərində başlanmışRusiya-İran, Rusiya-Türkiyə müharibələri və onların nəticələri: 1813, 1828,1829-cu illər Gülüstan, Türkmənçay, Adrianopol müqavilələri, Azərbaycan,Gürcüstan, Türkiyənin tarixi ərazilərinin bölünməsi, geniş regionların qəsbedilməsi və yerli müsəlman əhalinin mühacirəti, nəhayət, ermənilərin İrandan vəTürkiyədən əzəli Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix vəAxalkalaki) torpaqlarına köçürülməsi erməni əhalisinin həyatında əsaslı izqoydu. Bu yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə dəRusiya İmperiyasında ermənilərin nisbətən daha qabaqcıl və üstün vəziyyəti dədaxil olmaqla, erməni milli şüurunda yüz illərlə bəslənən öz müstəqildövlətçiliyini yaratmaq ideyasını artıq yetişməkdə olan erməni millətçiliyininsiyasi devizinə çevirdi. "Böyük Ermənistan” onun "yaradıcılarının” planlarınagörə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının (Qafqazın, dəqiq deyilərsə,Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə etməli idi ki, bu dahakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş erməni əhalisi arasındaartıq müəyyən münasibətlərin başlanmasını şərtləndirirdi. Qatı millətçi ermənipartiyaları olan "Qnçaq” (1887), "Daşnaksütun” (1890) və digərləri qarşıdakıonilliklər ərzində bütöv xalqın taleyində həlledici rol oynayacaqdı. "Hələ1907-ci il proqramı qəbul edilənə xeyli qalmış "Daşnaksütun” güclü, intizamlı,konspirativ təşkilata çevrildi. XX əsrin əvvəllərindən başlayaraq erməniemissarlarının, agentlərinin və erməni əhalisinin Türkiyədən Cənubi Qafqazaaxını xüsusilə güclənir. Artıq beyinlərə işləmiş bir ideyaya çevrilən "Böyük Ermənistan”şüarı ətrafında birləşən bu insan axını təşkilatlandırılmış hərbi bölmələryaratmaqla fəal surətdə silahlanmağa başlayır. Bu dəstələrin ilk vəzifəsi yeniErmənistan dövlətinin yaradılması üçün nəzərdə tutulmuş ərazilərdə yaşayanyerli türk-azərbaycanlı əhalini fiziki cəhətdən məhv etmək olur.

-1905-1907-ciillər erməni-azərbaycanlı münaqişəsi başlanır...

-1905-ci ilin fevralında Bakıda erməni və müsəlman əhalisi arasındabaşlanan silahlı münaqişələr az sonra erməni-azərbaycanlı qırğınlarına çevrildivə bütün Cənubi Qafqaz regionunu əhatə etdi. Bakı, Tiflis, İrəvan, Gəncə,Qarabağ, Zəngəzur və digər yerlərdə baş verənş və təxminən iki il davam edənqanlı toqquşmalar, habelə uzunsürən erməni-gürcü münaqişəsinin qarşısıhakimiyyət tərəfindən vaxtında alınmadı. Münaqişənin bilavasitə şahidi olmuşbir çox azərbaycanlı xadimlər bu qırğınlarda maraqları olan qüvvələrin məqsədvə planlarını daha dəqiq və konkret izah edirdilər. Məsələn, tanınmışazərbaycanlı ictimai xadim Xosrov bəy Dövlətov 1905-1907-ci illərin hadisələrihaqqında belə yazırdı: "…ermənilər ən ciddi şəkildə tərtib edilmiş proqram üzrəöz arzu və ideyalarının - Yelizavetpol və Tiflis quberniyalarının bütün dağlıq zolağını kəsib ayırmaq, Qars vilayəti ilə birlikdə Türk Ermənistanınabirləşdirmək və orada müstəqil erməni dövləti yaratmaq - həyata keçirilməsinəhazırlaşırdılar, lakin Osmanlı və Rusiya hökumətlərinin incə siyasəti vətəzyiqi sayəsində buna nail ola bilmədilər”.

-Ermənilər məkrliniyyətlərini dayandırmırdılar...Səhv etmirəmsə, İrəvan quberniyasından elə o illərdə azərbaycanlılardan çıxarıldı...

- Güclənmiş anarxiya, hakimiyyətsizlik və cəzasızlıq mühiti erməni millətçiqüvvələrinə azərbaycanlı əhalidən təmizlənmiş ərazilərdə erməni dövlətininyaradılması imkanları açırdı. Mübarizə davam edirdi, gələcək "BöyükErmənistan”ın taleyi həll edilirdi. Məsələn, 1918-ci ilin mart ayınadək təkcəİrəvan quberniyasının 199 kəndi ermənilər tərəfindən talan edildiyindən yerliazərbaycanlılar tərəfindən məcburi şəkildə boşaldıldı. Elə 1918-ci ilinəvvəlində ermənilər Bakıda kifayət qədər güclü siyasi, iqtisadi və ictimaimövqelərə malik idilər və şəhər həyatının demək olar ki, bütün sahələrindətəmsil olunurdular. Bakı şəhərinin və onun ətraf kəndlərinin bütün əhalisininsayına görə azərbaycanlı və rus əhalidən sonra ermənilər üçüncü yerituturdular.

-Təəssüf ki, hadisələrininkişaf xəttinin qarşısı alınmadı.Əksinə 1948—1953-cü illərdə azərbaycanlılarınErmənistan SSR-dən deportasiya olunması faktının lazımınca araşdırılmaması, buhadisələrə hüquqi-siyasi qiymət verilməməsi növbəti münaqişələri qacılmaz etdi.

-1988-ci ilin əvvəlində azərbaycanlılara qarşı erməni təcavüzünün yenimərhələsinin – Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar olaraq butarixin ayrı-ayrı səhifələri və aspektləri xüsusi aktuallıq kəsb etdi. İndiermənilərin azəbaycanlılara qarşı hər addımını, hər aksiyasını daha dəqiqliklə araşdırmaq, dünya ictimaiyyətinə çatdırmaq lazımdı.Təəssüflər olsun ki, 31 martqırğınından cəmi 70 il sonra Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətlivə faciəli səhifələrdən biri kimi daxil oldu. Bu tarixləri unutmayacağıq,unutdurmayacağıq!

Əntiqə Rəşid

(Müsahibə 2018-ci ildə baştutub)