adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Aprel 2020 10:02
47688
MARAQLI

1500 il qabaq İstanbuldakı vəba xəstəliyi ilə koronavirusun oxşarlığı

İspaniyada aparılan akademik araşdırma VI yüzillikdə Bizans İmperatorluğudövründə İstanbulda yaşanmış bubonik vəba xəstəliyi ilə koronavirus arasındaəlaqələrin olduğunu ortaya çıxartdı.

"El Pais” qəzetində yayılan xəbərə görə Bizans İmperatoru I Justinyanın dövründəyaşanan virus müddətində İstanbulda bugünkü yaşananlar arasında paralelləraparılıb. Nəticədə vəbanın yayıldığıhəmin dövrlərdə də "mütləq qadağalar və izolyasiya tədbirləri” görüldüyü məlumolub.

İspan alim Karbonel:

"Xəstə insanlar üçün karantin elan olunması məcburiyyət idi. Ancaq qalanadamlar da sağlamlıqları naminə izoliyasiya tədbirlərinə əməl etməli idilər.

Vəbanın 541-ci ildə Misirdə ortaya çıxdıqdan sonra təxminən 1 il sonraİstanbula çatdığı və 4 ay müddətində şəhərdə ölümcül təsir buraxdığı məlumdur.Tarixçi Prokopius "Müharibələri tarixi” adlı kitabında vəbanı "Həyəcan təbiliMisirdən yüksəldi, oradan da sürətli və ölümcül şəkildə yayıldı” deyə yazır.

"Bu xəstəlik dünyanın bir qismini, kişilərin bir qismini, ümumilikdə isəayrı-seçkilik etmədən bütün insanlığa hücum etdi.

Prokopius İstanbulun vəziyyətini izah edərkən də bunları deyib:

"Bizantiumda (İstanbul) insanlar qrup halında görmək mümkün deyildi. Xəstəolmayan hər kəs evlərinə çəkilmiş, ya xəstə doğmaları ilə məşğul olur, ya daölülərinə ağlayırdılar.

Bizanslı tarixçi şəhərdə iqtisadi vəziyyəti "küçədəki hərəkətlilik tamamilədayanmışdı, sənətkarlar əllərindəki işi yarımçıq qoyub getmişdilər” deyə izahedir.

"Bir çoxları onlara qulluq edən biriolmadığı üçün öldülər. İnsanlar əldən düşmüş həkimlər, tibb bacılarına daha çoxüzülürdülər, nəinki xəstələrə”.

Prokopirusundedyinə görə xəstəlikdən ölənlərin sayı 5-10 min arası təşkil ediri. Dəfnmərasimi olmadan bir çox adamı birlikdə basdırırdılar. Bizans imperatoru IJustinyanın da xəstələndiyi və sağaldığı bir virusdan 25 milyon adamın öldüyütəxmin edilir.

Dilimizə uyğunlaşdıran: Eminquey