14 şəhid verdiyimiz helikopter qəzasının necə baş verdiyi açıqlandı - VİDEO
Noyabrın 30-da Xızı rayonu ərazisində Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı ibtidai araşdırmaların ilkin nəticələri bəlli olub.
Bu barədə “Real TV”nin süjetində qeyd olunub.
Süjetdə qeyd olunur ki, qəza baş verən zaman helikopter yerə toxunuşlarının arası bir neçə saniyə olmaqla iki dəfə dəyib. Birinci çırpılmada bəzi hissələr, o cümlədən kiçik təkər, maşına məxsus pilləkən və raket bloku gövdədən ayrılaraq kənara düşüb.
Ehtimal edilir, məhz təkan polkovnik-leytenant Emil Cəfərov və kapitanı Ramin Ədilovu helikopterdən kənara atıb.
Daha sonra helikopterin pərinin fırlanmasının gücü, eləcə də torpaqla toxunuşdan sonra maşının gövdəsinin yerin üzəri ilə dartılaraq sürüşməsi ikinci təkana səbəb ola bilərdi. Bu isə yanacaq çənini yırtıb. Beləliklə, yanacaq bayıra axmağa başlayıb. Anı qığılcım nəticəsində yanğın baş verib. Torpaq səthinə ikinci çırpılma ilə baş verən yanğın partlayışla nəticələnib və 14 nəfər həlak olub.
Ətraflı süjeti təqdim edirik:
Digər Xəbərlər
10 Sentyabr 2026 19:21
Şəmkirdə istixanada YANĞIN - VİDEO
10 Sentyabr 2026 17:03
İmişlidə erkən nikahın qarşısı ALINDI
10 Sentyabr 2026 13:56
Həmin “zipline”da avqustda da ciddi problem olubmuş - VİDEO
10 Sentyabr 2026 10:43
Xəzərdə zəlzələ oldu
10 Sentyabr 2026 10:01
Qaxda qəza, sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı - VİDEO
10 Sentyabr 2026 09:33
“Şəki Yaylası”ndakı hadisə ilə bağlı cinayət işi açıldı - Qəzanın səbəbi açıqlandı
10 Sentyabr 2026 09:30
Şəkidə gənclər bədbəxt hadisədən öncə bu sənədi İMZALAYIBLAR
10 Sentyabr 2026 09:28


Bakı -°C

