11-ci “Fənlərin Dostluğu Olimpiadası” keçirildi

Dekabrın 5-də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Fənlərin Dostluğu Olimpiadası” keçirilib.
İdeya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq olan olimpiadanın builki buraxılışında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın 15 şəhər və rayonlarını təmsil edən təqribən 2000 şagird öz biyini sınayıb.
Karantin qaydalarına uyğun təşkil olunan olimpiada Bakı, Sumqayıt, Xırdalan şəhərlərində 9 imtahan binasında keçirilib.
Ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında təşkil olunan olimpiadada iştirakçılar 2 saat müddətində 50 sualı cavablandırıblar.
Olimpiadanın nəticələri 1 həftə sonra layihənin rəsmi elektron ünvanı olan www.inteqrasiya.az saytında təqdim olunacaq. Dekabr ayının sonuncu 10 günlüyündə isə FDO-11 qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.’
2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il XI buraxılışı keçirilən “Fənlərin Dostluğu Olimpiadası” layihəsinin məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
Xatırladaq ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Fənlərin Dostluğu Olimpiadası” XI buraxılışı Azərbaycan Texniki Universiteti, Hədəf STEAM Liseyi və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə keçirilir.
Digər Xəbərlər

İxtisas seçimi sabah başa çatır

Azərbaycanda 921 diplom tanınmadı - RƏSMİ

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə aid mövzular açıqlandı

600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

III qrup üzrə ixtisas seçimi edəcək şəxslərin NƏZƏRİNƏ!

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır

II qrup üzrə ixtisas seçimi müsabiqəsində 14 min 935 plan yeri nəzərdə tutulur
