11 aprel tarixi Azərbaycanda qeyri-iş günü olacaq
Azərbaycanda aprel ayının 11-i növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar qeyri-iş günü olacaq.
Adalet.az-ın məlumatına görə, Əmək Məcəlləsinin 105-1-ci (Səsvermə günü) maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir.
Aprel ayının 11-i həftənin çərşənbə gününə təsadüf edir.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01