adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Mart 2015 15:04
20887
ƏDƏBİYYAT

100 dəqiqəlik poeziya bayramı

Martın 19-danetibarən Bakıda keçirilən Beynəlxalq Poeziya Festivalı çərçivəsində Alman-Azərbaycan Mədəniyyət Mərkəzi olan Kapellhausda "100 dəqiqə şeir” adlıtədbir keçirildi. Adalet.az xəbər verir ki, poeziya şölənində dünyanın 8ölkəsini təmsil edən şairlərlə yanaşı, Azərbaycan ədəbi mühitinin tanınmışsimaları, eləcə də gənc şairlər iştirak edirdilər. Öncə tədbiri açıq elan edən AzərbaycanYazıçılar Birlyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədriSəlim Babullağlu qonaqları salamlayaraq 3 bayram: 21 mart – "ÜmumdünyaŞeir Günü”, 22 mart  BMT "ÜmumdünyaSu Resursları Günü”, eləcə də Novruz bayramı münasibətilə iştirakçıları təbrik etdi. S. Babullaoğlu qeyd etdi ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinintəşkilati dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyininiştirakı ilə keçirilən "Su mövzusunda” 1-ci Bakı Beynəlxalq PoeziyaFestivalının devizi olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Sözündə su kimi lətafəti var” misraları seçilib. Onun sözlərinə görə, apreldə festival materiallarıəsasında poeziya antologiyası hazırlanacaq. Həmin antologiyada dünyanın 20ölkəsinin ədəbiyyatından su mövzusunda seçmə şeirlər, ədəbi mətnlər və esseləryer alacaq. Müxtəlif şeir və mətnlər isə Azərbaycan dilinə Elçin Mirzəbəyli,Yusif Savalan, Tahirə Cəlilova, Fərid Hüseyn, Rəbiqə Nazimqızı, Şəfiqə Şəfa,Günel Şamilqızı, Könül Həsənqulu və Səlim Babullaoğlunun tərcüməsində yeralacaq.

Daha sonra çıxışedən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qonaqları hər 3 bayrammünasibətilə təbrik edərək festivalın gedişatına uğurlar dilədi, təşkilatidəstək verən qurumlara minnətdarlığını bildirdi. Xalq yazıçısı hətta Bakınınyağmurlu havasının belə sanki su mövzusunda keçirilən poeziya festivalını simvolizəetdiyini vurğuladı. Tanınmış türk şairi Ataol Bəhramoğlu fürsətdən istifadəedərək xalq yazıçısını bu günlərdə qeyd etdiyi ad günü münasibətilə təbrikedərək Türkiyə ədəbi mühiti adından hədiyyə təqdim etdi.

Öz növbəsindəAtaol Bəhramoğlu da Azərbaycan və Türkiyə ədəbi mühitinə verdiyi töhfələrəgörə, Mədədəniyyət və Turizm Nazirliyinin fəxri diplomu ilə təltif edildi.

Tədbirin bədiihissəsində qonaq və yerli şairlər bir-birindən gözəl şeirlərini səsləndirdilər.Finlandiyadan Tomi Kontio Kalevi, Ukraynadan Marianna Kiyanovska,  Rusiyadan Sergey Qlovyuk,  Belorusdan Tatyana Sivets, Serbiyadan MilisaLiliç, Özbəkistandan Saodat Muxammadova, İrandan Abbasəli Əhmədoğlu və Kamran Rəsulzadə ilə yanaşı yerlişairlərdən İlqar Fəhmi, Səlim Babullaoğlu, Qulu Ağsəs, Əjdər Ol, Yusif Savalan,Fərid Hüseyn, Günel Şamilqızı öz şeirlərini oxudular. Çıxış edən qonaq şairlərfəxri diplomlarla təltif olundular.

Tədbirdə,həmçinin, müasir şairlərlə yanaşı Azərbaycanın görkəmli şairləri – Rəsul Rza,Mikayıl Müşfiq və Əli Kərimlidən də mövzuya dair şeirlər səsləndirildi.

Tədbir Ataol Bəhramoğlunun tanınmış gitara ustası və ifaçı HalukÇətinin müşayiəti ilə oxuduğu şeirlərlə yekunlaşdı.

 

Sonda qonaqlar xalq yazıçısı Anarla birlikdə xatirə şəkliçəkdirdilər.

 

Xaqtırladaq ki, Festivalın gündəliyinə əsasən Quba və Xaçmazdaqiraətlər keçiriləcək, "Milli ədəbiyyatlarda su mövzusu” ətrafında elmi-ədəbidebatlar, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin gənclər birliyiilə görüş vəpoeziya axşamı, eyni zamanda turistik yerlərə gəzintilər təşkil olunacaq.


Festival martın 23-də yekunlaşacaq.