10 kq marixuananı satan şəxs tutuldu
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Mikayıl Bağırov narkotik vasitə olan marixuananı şərti alıcıya 125 manata satarkən saxlanılıb.
Adalet.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, davam etdirilən əməliyyat tədbirləri ilə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yuxarı Qiyamadınlı kənd sakini Qəzənfər İsmayılov da saxlanılıb. Polis əməkdaşlarının apardıqları profilaktik söhbətlər nəticəsində o, evində gizlətdiyi narkotik vasitəni təhvil verməyə razı olub. Yaşadığı evdə ayrı-ayrı yerlərdə torbalarda, kibrit qutularında və bükülü halda olan külli miqdarda narkotik vasitəni könüllü surətdə polis əməkdaşlarına təqdim edib.
Ekspertizaya təqdim olunan həmin narkotikanın ümumi çəkisinin 10 kiloqramdan artıq marixuana olması barədə rəy verilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Digər Xəbərlər
03 May 2024 10:48
Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanıldı
29 Aprel 2024 16:58