adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Noyabr 2016 09:15
12423
LAYİHƏ

QƏDİMLİYİN VƏ MÜASİRLİYİN HARMONİYASI - ŞƏKİ FENOMENİ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında cənab Prezidentin qeyd etdiyi kimi bu il dünya təcrübəsindən istifadə etməklə bütün rayon mərkəzlərində aztəminatlı əhalinin mənzil problemini həll etmək üçün sosial evlərin tikintisinə başlanacaq. Sosial evlərin tikintisi əlavə iş yerlərinin yaradılması, paralel olaraq 20-dək sahənin də , o cümlədən ,inşaat sektorunun inkişafına təkan verəcək. Bu məqsədlə şəhərdə 9 mərtəbəli, 4 bloklu 12 ədəd bina tikintisinə təkliflər verilmiş, dövlət fond torpaqlarından 5 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Baş Zəyzid kənd tam orta məktəbinin yeni binasının tikintisi üçün lazımi sənədləşmə işləri aparılaraq Təhsil Nazirliyinə təqdim edilmişdir.
2015-ci il sentyabrın -4 də Şəkidə baş verən zəlzələ nəticəsində kəndlərdə və şəhərdə xeyli sayda evlərə ciddi ziyan dəymişdir. Dəymiş ziyanın dəqiqləşdirilməsi və bərpa işlərinin aparılmasına , müvafiq sənədlərin hazırlanması üçün dəvət olunmuş layihə təşkilatı tərəfindən 2048 evə baxış keçirilmiş , hər bir evlə bağlı müvafiq qərar qəbul edilmişdir. Podratçı təşkilat tərəfindən keçən müddət ərzində ən çox təhlükəli vəziyyətdə olan ailələr üçün 202 ədəd yeni fərdi yaşayış evi tikilmiş , 234 evdə bərpa gücləndirmə işləri aparılmışdır. Hazırda zəlzələdən qəzalı vəziyyətə düşmüş şəhər 23 saylı uşaq bağçası üçün yeni binanın tikintisi məqsədilə sənədləşmə işləri yekunlaşmışdır. Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı" çərçivəsində sentyabrın 22-də Şəkidə daha bir layihənin - "Şəhər 11 saylı uşaq bağçasının təmiri" layihəsinin icrası uğurla başa çatdırılmışdır.
Müddət ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli iş görülmüşdür.Belə ki, Şəki şəhərində və kəndlərdə artıq yüklənməyə məruz qalan yarımstansiyaların yenisi ilə əvəz edilməsi istiqamətində 34 ədəd transformator quraşdırılmışdır. 2016-cı ilin 9 ayı ərzində 5796 mənzil təbii qazla təmin edilmişdir. Hazırda 6 yaşayış məntəqəsi üzrə qazlaşdırma işləri davam etdirilir.

Təhsil, səhiyyə,
mədəniyyət və turizm

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır . Sevindirici haldır ki, rayonun şagirdləri bir çox Respublika səviyyəli müsabiqələrdə uğurla çıxış etmiş və yaxşı nəticələr qazanmışdır. 2015- 2016- cı tədris ilində IX siniflər üzrə imtahana buraxılmış 1931 nəfər şagirdin 357 nəfərin şəhadətnamə qiyməti , XI siniflər üzrə imtahana buraxılan 1747 nəfər şagirddən isə 235 nəfərin attestat qiyməti " 5 " olmuşdur. Ali məktəbə qəbul üçün ərizə vermiş 1090 nəfərdən 674 nəfəri tələbə adını qazanmışdır. Bu il keçirilən qəbul imtahanlarında məzunlardan 157 nəfəri 500-dən, o cümlədən 61 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir.
Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2016-cı ilin 9 ayında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür.
2016-ci ilin 9 ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur. Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Şəkidə il ərzində xalqımızın zəngin mədəni irsinin təbliğinə həsr olunan müxtəlif festivalların keçirilməsi turizmin inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir. VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ukraynanın məşhur "Kiyev virtuozları" Kamera Orkestri Şəki musiqisevərləri qarşısında çıxış etmiş ,Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə III Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilmişdir. Festivalda respublikamızın 19 şəhər və rayonunun, həmçinin 8 ölkənin, o cümlədən İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşiya Respublikası, Özbəkistan, İran və Ukraynanın şirniyyatçıları iştirak ediblər.
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı sentyabrın 15-dən 24-dək Şəkidə "Üç məkan" II Beynəlxalq Teatr Festivalı keçirilmişdir. Beynəlxalq festivalda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak etmiş, ölkəmizi bu festivalda 5 teatr - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı ilə təmsil etmişdir. Festival çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı olmuş, TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin 5-ci toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Qaqauz Muxtar Vilayətinin Dövlət teatrlarının rəhbərləri iştirak etmiş, TÜRKSOY -a üzv ölkələri arasında teatr sahəsində əməkdaşlıq, Haldun Taner ili çərçivəsində həyata keçirilən tədirlər, qarşılaşılan problemlər və onların aradan qaldırılması yolları, qardaş teatrlar arasında repertuar dəyişikliyi və digər mövzular müzakirə olunmuşd

Cinayətkarlığa qarşı mübarizə sahəsində uğurlu nəticələr əldə olunur

2016-cı ilin 9 ayında Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 191 cinayət hadisəsi qeydə alınmışdır. Qeydə alınan cinayətlərdən 97,2 faizinin açılması təmin edilmişdir. Müddət ərzində Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 39 fakt aşkar edilmişdir.

Məzahir ƏHMƏDZADƏ