Mən səni görməsəm, havalanaram
Görmürsən
Yola cəsarətlə qədəm qoyursan,
Sağında-solunda qorxu görmürsən,
Sinənin qeydinə qaldığın zaman
Kürəyə yönələn oxu görmürsən.
Duz-çörək keçmişin əfsanəsidir,
İnanma, geriyə çərx dönəsidir,
Həyat ehtiyacın məngənəsidir,
Aza dəyər verib, çoxu görmürsən.
Budaq üzülmürmü gül üzüləndə,
Üzü sənə durur dərd düzüləndə,
Toxun yanağına yaş süzüləndə
Timsahı anırsan, toxu görmürsən.
Məşhurlar tanınır şəcərəsindən,
Əkinçi bar umur cücərəsindən,
Baxırsan könlünün pəncərəsindən,
Var gülür üzünə, yoxu görmürsən.
Mirdamət, Tanrıdır bəxtinin yarı,
Ucaldır könlünü göylərə sarı,
Bütün olmuşları, olacaqları
Yuxuda görürsən, yuxu görmürsən.
Ata
Yanaqların çiçək kimi
Solunca getmisən, ata,
Səni axtaran fələyin
Dalınca getmisən, ata.
Yazıb eşqin dastanını,
Ucaltmısan ad-sanını,
Ayrılıq çəkib canını
Qılınca, getmisən, ata.
Öyünüb vəfalı yarla,
Dedin parla, günəş, parla,
Səman qara buludlarla
Dolunca getmisən, ata.
Duyub acını söyüdlər,
Qardaş-bacını söyüdlər,
Salxım saçını söyüdlər
Yolunca getmisən, ata.
Çəkdiyini bilməz naşı,
Qan saçıb bağrının başı,
Yaşın peyğəmbərin yaşı
Olunca getmisən, ata.
Gəlmədir
Səmtini hər gün dəyişən
Yellər zamandan gəlmədir,
Cəhənnəm kafir yığnağı,
Cənnət imandan gəlmədir.
Ayrılsan eldən, obadan,
Qəlb evin olmaz abadan,
Şəxsiyyət ata-babadan,
Kütlə meydandan gəlmədir.
Səksənib çəkdiyin ahdan,
Bülbüllər uçdu budaqdan,
Mirdamət, ölüm Allahdan,
Zülm şeytandan gəlmədir.
Mən səni görməsəm,
havalanaram
(Ömür yoldaşıma)
Şəkərsən bu sayaq, noğulsan belə,
Bal çəkən arıyam davranışından,
Ata ocağında doğulsan belə
Sən bizim evlisən yaranışından.
Şanlıdır tarixi bu sevgimizin,
Bir el qüruruna döndüyü gündən,
Yanan çırağısan sən evimizin,
Anam günəş kimi söndüyü gündən.
Çatlayar təməli, boynunu bursan,
Zülməti səninlə devirir bu ev,
Harada dayansan, hayanda dursan,
Üzünü o səmtə çevirir bu ev.
Gülüşlə bəzəyək gəl çöhrəmizi,
Uçurlar bu evə sarı balalar,
Odlu məhəbbətlə sevirlər bizi,
Bizim sevgimizin barı balalar.
Oğul yad çəpəri, qız gül qönçəsi,
Sən gərək özünü xoşbəxt sanasan,
Bir qəşəng gəlindin illər öncəsi,
İndi də bir gözəl qayınanasan.
Zirvəyə ucalır bu eşqin izi,
Nə vaxt var, nə məkan dincliyimizə,
Övladlar bu günə bağlayır bizi,
Nəvələr aparır gəncliyimizə.
Kəhkəşan yoludur başladığımız,
Hər addım bir həyat imtahanıdır,
Səninlə bərabər yaşadığımız
İllər ilahinin ərməğanıdır.
Demərəm, üstümdən nəzərini çək,
Quş olub köksündə yuvalanaram,
Bir də bu dünyaya qayıda bilsək,
Mən səni görməsəm, havalanaram.
Darıxmışam
Kəndə gəlmək istəyirəm,
Yollar, sizsiz darıxmışam,
Saçım sığala möhtacdır,
Yellər, sizsiz darıxmışam.
Misra-misra sətirlənəm,
Hörmətlənəm, xətirlənəm,
Gündə yüz yol ətirlənəm,
Güllər, sizsiz darıxmışam.
Ayrılıq bir hava çalıb,
Ürəyimi oda salıb,
Sazım köynəyində qalıb,
Tellər, sizsiz darıxmışam.
Zərsizdir zərgər haçandır,
Yox qəlbimə yer haçandır,
Coşmur təbim gör haçandır,
Sellər, sizsiz darıxmışam.
Kökümdən üzdürüb məni,
Sərgərdan gəzdirib məni,
Tənhalıq bezdirib məni,
Ellər, sizsiz darıxmışam.
Mənim
Vaxt olur, beynimdə ildırım çaxır,
Göz yaşım sel olur, qəlbimə axır,
Üzümə baxanlar nə bilsin axı
İçimdə bir şair boğulur mənim.
Aralı gəzirəm biganələrdən,
Qalmıram xeyirdən, qalmıram şərdən,
Canımdan can kimi ayrılıb hərdən
Körpə şeirlərim doğulur mənim.
Bir yanım qanqaldır, bir yanım çiçək,
Hərə özünədir, nəyimə gərək,
Açıram qəlbimi çay süfrəsi tək,
Şirin sözlərimdir noğulum mənim.
Cövlana gətirib qəlb dənizimi,
Yenə qamçılayan çoxdur izimi,
Kədər bulud kimi tutur üzümü,
Sönür, təbəssümüm yox olur mənim.
Mirdamət, nər gərək nər yarışına,
Bələdəm bu yolun hər qarışına,
Çıxmışam aqillər axtarışına,
Cahillər gözümə soxulur mənim.
Baş qəhrəman qadındır
Yaşım yüz olsa belə,
Qadından kiçiyəm mən,
Çünki qadındır məni
Doğub ərzə gətirən.
Mələk kimi bəzənsin,
Don geysin zər-xaradan,
Göydə ulu Tanrıdır,
Yerdə qadın-Yaradan.
Yorulmuram qadınla
Aşırımlar aşanda,
Mən ona yol verirəm
Yollar çarpazlaşanda.
Duymaq üçün cənnətin
Səfasını, dadını,
Özümdən uca sandım,
Uca tutdum qadını.
Bəşərin xilaskarı
Aman-zaman qadındır,
Həyat tamaşasında
Baş qəhrəman qadındır.
Yuxu
Analar layla oxusun,
Xoş bir ifayla oxusun,
Cənnət həzzi duya-duya
Körpələr getsin yuxuya,
Yuxudan doyub qalxarlar,
Bir uşaq boyu qalxarlar.
Dünyadan köçən kəsləri,
Kəsilincə nəfəsləri,
Ahəstə verin yuxuya,
Quran oxuya-oxuya,
Ayılacaqlar nə vaxtsa,
Qayıdacaqlar nə vaxtsa.
İncitməsin
Pak saxlasın qəlb evimi,
Kəniz məni incitməsin,
Damla-damla qurudaram,
Dəniz məni incitməsin.
Adamları yaxşı tanı,
Var mələyi, var şeytanı,
Ar eyləsin, hər vicdanı
Qəliz məni incitməsin.
Üzüqoylu gedən kəslər,
Məhvə gedir nədən kəslər,
Özünə rəhm edən kəslər,
Əziz, məni incitməsin.
Evə gəlincə
Nazlana-nazlana keçdi yanımdan,
Heç üzüm gülmədi evə gəlincə,
Günəşdir könlümün asimanında,
Devirdi zülməti evə gəlincə.
Bu incə məqamı Tanrımı seçdi,
Hər nə var, o qızsız əbəsdi, heçdi,
Elə bil yanımdan ilk bahar keçdi,
Ətri çəkilmədi evə gəlincə.
Məni görər-görməz halı dəyişdi,
Döndü zəlzələyə, balı dəyişdi,
Yanımdan keçəndə yolu dəyişdi,
Nə çəkdim, bilmədi, evə gəlincə.
Sonaydı, hüsnündə su gözəlliyi,
Beləmi olurmuş qu gözəlliyi,
Nə əcəb buraxdı bu gözəlliyi,
Gözüm tökülmədi evə gəlincə.
Ayrılıq şığıdı, geri çəkildim,
Qınaqdan çəkinib gözümü sildim,
Mirdamət, yaxşı ki, yeriyə bildim,
Dizim bükülmədi evə gəlincə.
Yola cəsarətlə qədəm qoyursan,
Sağında-solunda qorxu görmürsən,
Sinənin qeydinə qaldığın zaman
Kürəyə yönələn oxu görmürsən.
Duz-çörək keçmişin əfsanəsidir,
İnanma, geriyə çərx dönəsidir,
Həyat ehtiyacın məngənəsidir,
Aza dəyər verib, çoxu görmürsən.
Budaq üzülmürmü gül üzüləndə,
Üzü sənə durur dərd düzüləndə,
Toxun yanağına yaş süzüləndə
Timsahı anırsan, toxu görmürsən.
Məşhurlar tanınır şəcərəsindən,
Əkinçi bar umur cücərəsindən,
Baxırsan könlünün pəncərəsindən,
Var gülür üzünə, yoxu görmürsən.
Mirdamət, Tanrıdır bəxtinin yarı,
Ucaldır könlünü göylərə sarı,
Bütün olmuşları, olacaqları
Yuxuda görürsən, yuxu görmürsən.
Ata
Yanaqların çiçək kimi
Solunca getmisən, ata,
Səni axtaran fələyin
Dalınca getmisən, ata.
Yazıb eşqin dastanını,
Ucaltmısan ad-sanını,
Ayrılıq çəkib canını
Qılınca, getmisən, ata.
Öyünüb vəfalı yarla,
Dedin parla, günəş, parla,
Səman qara buludlarla
Dolunca getmisən, ata.
Duyub acını söyüdlər,
Qardaş-bacını söyüdlər,
Salxım saçını söyüdlər
Yolunca getmisən, ata.
Çəkdiyini bilməz naşı,
Qan saçıb bağrının başı,
Yaşın peyğəmbərin yaşı
Olunca getmisən, ata.
Gəlmədir
Səmtini hər gün dəyişən
Yellər zamandan gəlmədir,
Cəhənnəm kafir yığnağı,
Cənnət imandan gəlmədir.
Ayrılsan eldən, obadan,
Qəlb evin olmaz abadan,
Şəxsiyyət ata-babadan,
Kütlə meydandan gəlmədir.
Səksənib çəkdiyin ahdan,
Bülbüllər uçdu budaqdan,
Mirdamət, ölüm Allahdan,
Zülm şeytandan gəlmədir.
Mən səni görməsəm,
havalanaram
(Ömür yoldaşıma)
Şəkərsən bu sayaq, noğulsan belə,
Bal çəkən arıyam davranışından,
Ata ocağında doğulsan belə
Sən bizim evlisən yaranışından.
Şanlıdır tarixi bu sevgimizin,
Bir el qüruruna döndüyü gündən,
Yanan çırağısan sən evimizin,
Anam günəş kimi söndüyü gündən.
Çatlayar təməli, boynunu bursan,
Zülməti səninlə devirir bu ev,
Harada dayansan, hayanda dursan,
Üzünü o səmtə çevirir bu ev.
Gülüşlə bəzəyək gəl çöhrəmizi,
Uçurlar bu evə sarı balalar,
Odlu məhəbbətlə sevirlər bizi,
Bizim sevgimizin barı balalar.
Oğul yad çəpəri, qız gül qönçəsi,
Sən gərək özünü xoşbəxt sanasan,
Bir qəşəng gəlindin illər öncəsi,
İndi də bir gözəl qayınanasan.
Zirvəyə ucalır bu eşqin izi,
Nə vaxt var, nə məkan dincliyimizə,
Övladlar bu günə bağlayır bizi,
Nəvələr aparır gəncliyimizə.
Kəhkəşan yoludur başladığımız,
Hər addım bir həyat imtahanıdır,
Səninlə bərabər yaşadığımız
İllər ilahinin ərməğanıdır.
Demərəm, üstümdən nəzərini çək,
Quş olub köksündə yuvalanaram,
Bir də bu dünyaya qayıda bilsək,
Mən səni görməsəm, havalanaram.
Darıxmışam
Kəndə gəlmək istəyirəm,
Yollar, sizsiz darıxmışam,
Saçım sığala möhtacdır,
Yellər, sizsiz darıxmışam.
Misra-misra sətirlənəm,
Hörmətlənəm, xətirlənəm,
Gündə yüz yol ətirlənəm,
Güllər, sizsiz darıxmışam.
Ayrılıq bir hava çalıb,
Ürəyimi oda salıb,
Sazım köynəyində qalıb,
Tellər, sizsiz darıxmışam.
Zərsizdir zərgər haçandır,
Yox qəlbimə yer haçandır,
Coşmur təbim gör haçandır,
Sellər, sizsiz darıxmışam.
Kökümdən üzdürüb məni,
Sərgərdan gəzdirib məni,
Tənhalıq bezdirib məni,
Ellər, sizsiz darıxmışam.
Mənim
Vaxt olur, beynimdə ildırım çaxır,
Göz yaşım sel olur, qəlbimə axır,
Üzümə baxanlar nə bilsin axı
İçimdə bir şair boğulur mənim.
Aralı gəzirəm biganələrdən,
Qalmıram xeyirdən, qalmıram şərdən,
Canımdan can kimi ayrılıb hərdən
Körpə şeirlərim doğulur mənim.
Bir yanım qanqaldır, bir yanım çiçək,
Hərə özünədir, nəyimə gərək,
Açıram qəlbimi çay süfrəsi tək,
Şirin sözlərimdir noğulum mənim.
Cövlana gətirib qəlb dənizimi,
Yenə qamçılayan çoxdur izimi,
Kədər bulud kimi tutur üzümü,
Sönür, təbəssümüm yox olur mənim.
Mirdamət, nər gərək nər yarışına,
Bələdəm bu yolun hər qarışına,
Çıxmışam aqillər axtarışına,
Cahillər gözümə soxulur mənim.
Baş qəhrəman qadındır
Yaşım yüz olsa belə,
Qadından kiçiyəm mən,
Çünki qadındır məni
Doğub ərzə gətirən.
Mələk kimi bəzənsin,
Don geysin zər-xaradan,
Göydə ulu Tanrıdır,
Yerdə qadın-Yaradan.
Yorulmuram qadınla
Aşırımlar aşanda,
Mən ona yol verirəm
Yollar çarpazlaşanda.
Duymaq üçün cənnətin
Səfasını, dadını,
Özümdən uca sandım,
Uca tutdum qadını.
Bəşərin xilaskarı
Aman-zaman qadındır,
Həyat tamaşasında
Baş qəhrəman qadındır.
Yuxu
Analar layla oxusun,
Xoş bir ifayla oxusun,
Cənnət həzzi duya-duya
Körpələr getsin yuxuya,
Yuxudan doyub qalxarlar,
Bir uşaq boyu qalxarlar.
Dünyadan köçən kəsləri,
Kəsilincə nəfəsləri,
Ahəstə verin yuxuya,
Quran oxuya-oxuya,
Ayılacaqlar nə vaxtsa,
Qayıdacaqlar nə vaxtsa.
İncitməsin
Pak saxlasın qəlb evimi,
Kəniz məni incitməsin,
Damla-damla qurudaram,
Dəniz məni incitməsin.
Adamları yaxşı tanı,
Var mələyi, var şeytanı,
Ar eyləsin, hər vicdanı
Qəliz məni incitməsin.
Üzüqoylu gedən kəslər,
Məhvə gedir nədən kəslər,
Özünə rəhm edən kəslər,
Əziz, məni incitməsin.
Evə gəlincə
Nazlana-nazlana keçdi yanımdan,
Heç üzüm gülmədi evə gəlincə,
Günəşdir könlümün asimanında,
Devirdi zülməti evə gəlincə.
Bu incə məqamı Tanrımı seçdi,
Hər nə var, o qızsız əbəsdi, heçdi,
Elə bil yanımdan ilk bahar keçdi,
Ətri çəkilmədi evə gəlincə.
Məni görər-görməz halı dəyişdi,
Döndü zəlzələyə, balı dəyişdi,
Yanımdan keçəndə yolu dəyişdi,
Nə çəkdim, bilmədi, evə gəlincə.
Sonaydı, hüsnündə su gözəlliyi,
Beləmi olurmuş qu gözəlliyi,
Nə əcəb buraxdı bu gözəlliyi,
Gözüm tökülmədi evə gəlincə.
Ayrılıq şığıdı, geri çəkildim,
Qınaqdan çəkinib gözümü sildim,
Mirdamət, yaxşı ki, yeriyə bildim,
Dizim bükülmədi evə gəlincə.
Digər Xəbərlər

Şəlalə Camal: Bu qapı döyülməyəcək

POEZİYAMIZIN VAQİFİ, ƏDƏBİYYATIMIZIN VAQİFİ

“Qarabağın Tutusu”nun yubiley tədbiri keçirilib - FOTOLAR

Pərviz Yəhyalı yaradıcılığına baxış

Orxan Zakiroğlu Baharlının yeni kitabı: "Qarabağın Veysəlli oymağı -Qayıbovlar"

İRSİYYƏT,AİLƏ,ƏTRAF ALƏM,MƏKTƏB,TƏHSİLİN VƏHDƏTİNDƏ FƏRDİN SOSİALLAŞMASI və ŞƏXSİYYƏT PROBLEMİ

Qırğızıstanlı dostumla söhbət - Aqşin Dadaşoğlu yazır
