adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Aprel 2017 16:24
34873
ƏDƏBİYYAT

“Leyli - Məcnun” və Ferma müdiri


(hekayə)

Stalinin qırxı təzə çıxmışdı. Milyonlarla əl dəsmalıduz dadırdı. Sovet Sosialist Respublikaları İttifaqının ucsuz-bucaqsız ərazisiuşaq bağçası təmayüllü nəhəng yetimxanaya oxşayırdı – bəlkə də oxşamırdı, eləheylə idi.

Həddi-buluğa çatmamış, böyük və qarışıq bir xalqınatası ölmüşdü – atadan yetim qalmaq pis şeydi. Bu ayaqdan götürsək, Stalinidünyanın ən çoxuşaqlı atası hesab eləmək də olar.

Uşaqlar başsız qalmışdı. Və üstündən heç əlli ilkeçməmiş Stalinin yurdunda bayquş uladı, tufağı dağılfı – İttifaqı dağıldı.

Yazağzı duza gedən qoyunlardan bəziləri duz dadan dəsmallarıyeyir, səhərə yaxın elə ağıldaca murdar olurdular. Dəsmal sahibləri isə səhər-səhərburunlarını silməyə bir şey tapmırdılar...

O vaxt mənim yaxşı yadımdadı, yeddi yaşım vardı –yekə kişiydim. Mənə elə gəlirdi ki, bütün Sovet xalqı eyni ilə bizim kənddəkikimi üzünü cıra-cıra, baş-gözünə döyə-döyə, ucadan ağlaya-ağlaya deyir, özü dəbizim dildə:

- Ay Dədə, bizi qoyub hara gedirsən oooooy!.. Ay Dədə!..Ay Dədə!.. Ay Dədə!..

Əslində isə o Dədə deyildi, Baba idi. Lenindənsonra Stalin ikinci Babamız idi – ancaq hansının ata tərəfdən, hansının ana tərəfdənBabamız olduğunu bilmirdik...

...Möhtəşəm yetimlikdən sonra ölkəyə gələn ilkinYazın lap axırıncı günündə kolxozun ferma müdiri Fəmil arvadı Nisəni dəqoltuğuna vurub getdi Bakıya.

***

Fəmil əlifbadakı otuz iki hərfdən birin dətanımırdı – tanış ola bilməmişdi, tanış eliyən olmamışdı, ancaq ikinci dünyamüharibəsində Stalin uğrunda vuruşmuşdu. Onun taleyinə orta məktəb oxumaq yox,müharibə oxumaq düşmüşdü ki, oranı "əlaçı” qurtarmasa da, sağ-salamat başavurmuşdu.

Fəmil nənəsinin toxuduğu xurcunu çiyninə alıbHitlerlə haqq-hesab çürütməyə getdiyi ilk gündən, evə qayıtdığı saata qədər həmişəürəyində Nisə ilə söhbət eləyirdi və onun bu söhbətini Nisəyə hər gün "yazdığı”məktub kimi də qəbul etmək olardı. Fəmil müharibədən qayıtdığı gün ona da möhkəminanmışdı ki, əgər o davaya getməsəydi Sovet xalqı heç vaxt faşistlərə qalib gələbilməzdi...

O, davadan üç il qabaq evlənmişdi. Müharibəyə gedəndəbir oğlu da vardı – üç ilə bir oğul, hər halda pis nəticə deyil. Qarabağın ənböyük kəndlərindən biri olan Yeddiparanın camaatı söz sözü gətirəndə - bu gün də- iyirmi birinci əsrin on yeddinci ilində "Fəmil-Nisə” məhəbbətindən ürək dolusudanışır, bəzən də öz əıavələri ilə bu sevgini əfsanə səviyyəsinə qaldırıbilahiləşdirirdilər, nəsildən nəsilə ötürürdülər. Ona görə də Yeddipara kəndiyaranandan bu günə qədər cəmisi bircə dəfə boşanma hadisəsi olub. Yaşlı adamlardanışırmışlar ki, bütün kənd yasa batmışdı bu görükməmiş hadisədən – elə bilgüclü zəlzələ olnuşdu, kənd dağıntılar altında qalmışdı, ölənlər vəyaralananlar vardı – bax, heylə...

Fəmilin əmisi oğlu deyirmiş ki, o, Nisəni ovcununiçində, üfürə-üfürə saxlayırdı, camaatın tənbehindən qorxub utanmasaydı, özüqazan asıb paltar yuyardı, xəmir yoğurardı, təndirə çörək yapardı, nehrəçalxayardı, cəhrə əyirərdi, uşaqları çimizdirərdi – camaat olmasaydı bunlarınhamısını özünə sığışdırardı, uf da deməzdi...

Fəmil Bakını iki dəfə görmüşdü, bir müharibəyə gedəndə,bir də davadan qayıdanda. Gedəndə gördüyü Bakını Allah heç kimə göstərməsin –ürəyindən qara qanlar axırdı və Nisə də qan rəngində onun gözlərinin önündəngetmirdi – hörüklərinin ucundan qan damcılayırdı. Davadan qayıdanda gördüyüBakını isə Allah hamıya qismət eləsin; nənəsinin toxuduğu, əsl sənət əsəriolan, müharibə başlayandan qurtarana qədər çiynində gəzdirdiyi xurcunun birgözündə özünə aid olan ayın-oyun, bir gözündə də Adolf Hitlerin başı... necədisizin üçün... Hər halda Fəmilə elə gəlirdi; düzünü deyim ki, elə mən də ofikirdəyəm...

Fəmili Bakıya getməyə həvəsləndirən, xeyir-dua verənəmisi oğlu, kolxozun hesabdarı Əsgər olmuşdu.

- Fəmil, sən ölmə, bax, bu canım ölsün, - əliniüzünə şapbıldatmışdı, - əstəfurulla, İmam Hüseynin müsibəti mən gördükləriminyanında toya getməlidi, get eee, get... özün görəzsən dana...

Əsgər Bakıdan bu yaxınlarda qayıdıb. O, kəndingözünün ağı-qarası şofer Maşallahla paytaxtdan kolxoz üçün "palturuka” yükmaşını gətirməyə getmişdi, özü də qəttəzə. Yeddipara camaatı bu yük maşınını"Novruz” bayramı kimi qarşılamışdı, itli-pişikli hamısı bu maşının başınayığışmışdı. Şofer qara Maşallah isə camaatın gözündə ağappaq yumurta soyutmasıkimi bir oğlan olmuşdu; indi onun hörməti-izzəti kənd camaatının gözündə bumaşını ixtira eliyənin hörmət-izzətindən də qat-qat yuxarılarda idi; hamı onabu kəndin qürur akademiyasının həqiqi üzvü kimi baxırdı; o dövrdə bu, qaraMaşallahın halal-hümmət haqqı idi. Dünyanını kəfən kimi pak, tər-təmiz,sünbülündən su daman vaxtı olmasaydı, bəlkə də qara Maşallah Sovet İttifaqı Qəhrəmanısəviyyəsində hörmət-izzət sahibi ola bilməzdi və bu, həqiqət idi...

Əsgərin arvadının dayısı Salman kişi Bakıda SerqeyMironoviç Kirov adına Azərbaycan Dövlət Universitetində "zavxoz”-təsərrüfathissə müdiri işləyirdi – hörmətli adam idi. Elə yeznəsi Əsgəri də "Leyli-Məcnun”operasına o aparmışdı, nə təhər təsirlənmişdisə, Bakıdan Yeddiparaya qədər kövrələ-kövrələ,Leylinin atasının yeddi arxa dönənini söyə-söyə gəlib çıxmışdı, yenə toxtamamışdı,səbbi alınmamışdı. Kənddə də ürəyini boşaltmaq üçün əmisi oğlu Fəmili layiqbilmişdi, çünki ona elə gəlirdi ki, sevgi-məhəbbət məsələlərində Fəmil bir nömrəlimütəxəssisdi. Fəmil də Əsgərdən eşitdiklərini gecə uşaqlar yatandan sonra neftlampasının ışığında dənəvər-dənəvər qoymuşdu Nisənin ovcuna – Nisənin ovcuyanmışdı. Fəmil də ağızdan berahat idi; Leylinin atasının ölüsünü-dirisini Nisəninqulağı eşidə-eşidə tökmüşdü çölə. Nisə də iki dahinin, Məhəmməd Füzuli iləÜzeyir Hacıbəylinin yaratdıqları bu şah əsərə biganə qala bilməzdi; odur ki, səhərinpıçalaqlı gözləri açılana qədər Leyli ilə Məcnuna ağı deyib onları ağladı – səhəridirigözlü açdı...

Nisə Əsgərxan bulağında doluxsuna-doluxsuna, təpəsindəntüstü çıxa-çıxa Fəmildən eşitdiyini bitdə-bitdə qız-gəlinə nağıl elədi – onlarda doluxsundu, onların təpəsindən çıxan tüstü ərşə dirəndi və onlar da özbildikləri kimi Leylinin atasının aşının - suyunu verdilər, özü də artıqlamasıilə...

Fəmil fermada hamını yığıb doluxsuna-doluxsuna, təpəsindəntüstü çıxa-çıxa Əsgərdən eşitdiyini bitdə-bitdə, indiki dillə desək, əməkdaşlarınanağıl elədi – onlar da doluxsundu, onların da təpəsindən çıxan tüstü ərşə dirəndivə onlar da öz bildikləri kimi Leylinin atasının aşının – suyunu verdilər, özüdə Əsgərxan bulağındakı qız-gəlindən də çox...

Əsgərxan bulağındakı qız-gəlin Nisədən eşitdikləriniyetənə nağıl eliyirdilər, eşidən-bilən Leylinin atası haqqında bacardığı, həttabacarmadığı kimi ağzına gələni deyirdi.

Fermanın "əməkdaşları” Fəmildən eşitdiklərini yetənənağıl eliyirdilər – eşidən-bilən Leylinin atası haqqında bacardığı, həttabacarmadığı kimi ağzına gələni deyirdi. Deyilənə görə fermada çobanlıq eliyən Qədimalıkişi bir az da irəli gedib, arvad-uşaq yanında Leylinin atasının goruna dasöymüşdü.

Yeddipara kəndi Leyli-Məcnun məsələsində, necə deyərlər,vahid mövqe nümayiş etdirməkdə çox israrlı idi. Vəziyyət o yerə dirənmişdi ki,uzaq olsun, bu kənd camaatından kimsə həyatından bezib özünü öldürmək istəsəydi(yenə də min ağac uzaq), onun üçün ilahi bir şans yaranmışdı; heç nə, çıxsın kəndinortalığına, camaatın gur vaxtında desin ki, "mənim yeddi kor qızım olsaydı,birini də Məcnuna verməzdim, o, əməlli başlı dəlidi ki...”, vəssalam, onudaşqalaq eləyib Azərbaycan kimi iki yerə şaqqalayardılar – 1813-cü ildəkikimi...

İlahi, Dünya Fəmil – Nisə Dövründə Körpə Gözü kimi nə qədər Pak imiş –xəbərimiz olmayıb; ona görə xəbərimiz olmayıb ki, elə bilmişik ki, belə dəolmalıdı də... Ay Allahın arxayın bəndələri...

Bakının dəmiryol vağzalında Fəmil – Nisəni, Əsgərinarvadının dayısı Salman kişi çox ürəkli qarşıladı.

Kənddən çıxanda Fəmil demişdi ki, Əsgər, narahatolma ee, arvad qohumunun yanında üzünü ağ eliyəcəm. Yanında Nisə, cibində dəbeş saz erkəyin pulu; fikirləşmişdi ki, Bakıdan uşaqlara ayın-oyun alar, bir dəƏsgərin özünə və arvadı Zərif müəllimə bahalı parça alar, tikdirib geyinsinlər.Vaqonun kupesi də ağzına qədər tıxılı-mənili, humayın ağına bükülmüş iyirmikiloluq toğlu cəmdəyi, bir bidon nehrə yağı, sərilmiş südün qaymağı, mərəçöyüd,cincilim, quzuqulağı, qazəyağı, qanqal, Qorabulaq qıjısı, dəvədabanı, noxud, təndirçörəyi, nələr... nələr... Kənd həmişə şəhəri belə sayıb-saydırıb, onun hüzurunaəlidolu, ürəyidolu gedib. Yeddipara çörəkli-sulu kənd olub həmişə - müharibəninən məşəqqətli vaxtlarında da. Aclıq-qıclıq vaxtı dağ rayonlarından çoxları bu kəndəpənah gətirib, rahatlıq tapıblar, nəticədə çönüb olublar yeddiparalı, onlardanbirirsi...

Nisə Salman kişinin dördüncü mərtəbədəki mənzilində,yataq otağındakı bədənnüma güzgünün qabağında geyinə-geyinə güzgülənirdi.Geyinib qurtarmış kimi idi – lap axırda arxalağını geyindi. Bilmirəm, özünəhansı tərəfdən baxdısa xoşuna gəldi – güzgünün qabağında fırlandı da: "bir heyləvar-dövlətinən o boyda kənddə allahın bir güzgüsü də yoxdu ki, heç olmasaayda-ildə bir dəfə beləcə durasan qabağında. Fəmilə deyəcəm gedəndə bir güzgüalsın, aparım Əsgərxan bulağına, qız-gəlin özünə baxsın. Desəm alar...”

Xalis Çin məxmərindən tikilmiş arxalığın yaxalığıda, sinəsi də əllə işlənmişdi – naxışlar göz oxşayırdı. Ətəyinə və qollarınadüzülmüş gümüş pullar araxalığın çəkisini xeyli artırmış,ağırlaşdırmışdı. İndibu arxalıq doqquz May qələbə bayramı münasibəti ilə hərbi nümayişə çıxmış,yaxasına çoxlu orden-medal taxmış müharibə veteranının kiteli qədər parlaq vəağır idi. Bu arxalığı Nisəyə toylarından üç gün sonra – yəni onun üçgünlüyündəqaynanası ona boygörüncəyi kimi bağışlamışdı. Deyilənlərə görə qaynanasına dabu arxalığı qaynanası boygörüncəyi vermişdi. Nisənin bir neçə arxalığı vardı,hamısı da geyinməli – bir-birindən gözəl; ancaq o bilə-bilə qarasını seçmişdi –tündünü; axı, o "Leyli və Məcnun” operasına baxmaqdan və qulaq asmaqdan dahaçox, elə bil ki, yas yerinə, ağlaşmaya gəlmişdi. Nisə qırağını milçə iləhördüyü, iri qara dəsmalını hələ kənddə olanda arxalığın cibinə qoymuşdu – özxasiyyətinə bələd idi... bilirdi ki, gözünün midiyini tökəcək...

Nisə qara Çin məxmərindən tikilmiş, üstü Nikolayın1898-ci ildə buraxdığı onluq qızıllarla bəzənmiş papağını başına qoydu, hörüklərinikürəyinə atdı. Bir an özünə baxıb razı qalandan sonra, sallanan yerində iriaypara, qalan hissəsi parlaq muncuqlardan hörülmüş qızıl boyunbağısını taxdı,sırğalar da öz yerindən asıldı. Özünü çox bəyəndi – Fəmil onu bəyəndiyi qədər...

Nisə, əvvəldən razılaşdıqları kimi içəridən qapınıdöydü – yəni ki, mən hazıram – onsuz da yarım saatdan çox ləngimişdi.

Fəmilin geyinməyi bir suiçim saat çəkmədi; fransızgeneralı Qalife-nin adını daşıyan şalvarı əyninə çəkdi, zabit qayışı ilə belinibağladı, müharibədən gətirdiyi, xeyirə-şərə geyindiyi, qəlfeyi şalvarı rəngdəkitelini əyninə taxıb qızılı düymələrini bağladı.

İki gün qabaq bilet almağa gedəndə Salman kişi Fəmildənyox, Nisədən soruşmuşdu ki, neçənci sıra yaxşıdı. Nisə də təəccüblənmişdi ki, Fəmiliqoyub mənnən niyə soruşur ki? Salman kişi üzünü Nisəyə tutub bir də soruşanda ocavab vermişdi:

- Salman dayı, elə yer olsun ki, onları lapyaxından görüm...

- Onlar kimdi?

- Leyliynən Məjdunu deyirəm dana... o bədbəxtləri...- Salman kişi də biletləri birinci sıraya almışdı. Salonda səs-küy idi; milçəkdəstəsi içəri girib bir ağızdan vızıldasaydı, birinin də səsi eşidilməzdi. Bəzitamaşaçılar isə deyib-gülürdülər. Nisənin deyib-gülən tamaşaçılardan bir az zəhləsigetdi: "bunlar nə təhər adamdılar, ay bajı, elə bil toya gəliblər... başımaxeyir...”

Salman kişi Fəmilin nəzərindən yayınmayan bir ədailə papağını çıxardıb dizinin üstünə qoydu. Fəmil də onu təkrar elədi –"heyvagülü” buxarasını dizinin üstünə qoydu, bir az da özünə tərəf çəkdi, deyəsənpapağın yerini rahatlayırdı.

Salon dolandan bir az sonra işıqlar öləzidi. O birdəstə milçəkdən biri içəri girib vızıldasaydı səsi eşidilərdi.

Qaranlıq elə bil yerin altından çıxmışdı; salonu ləbələbelə doldurmuşdu ki, deyəsən, bağlı qapı-pəncərənin arasından çölə tökülürdü.Qaranlıq qatı palçıq kimiydi və ürəyi sıxılan Nisə gözlərini döydükcə, əvvəlcəkirpikləri ilə qatılığı duydu, sonra da bir-birinə daraqladığı əlləri ilə hisselədi. Pərdə açıldı; salonda göz-gözü görən kimi Nisə əvvəlcə əllərinə baxdı,sonra da barmaqlarını kipriklərinə sürtüb, elə bil ki, rahatlaşdı.

Tamaşa başlamışdı. Nisə isə tamaşadan bir az sonrabaşladı – gözünün midiyini tökməyə. Nisənin duzlu, dupduru göz yaşları qara dəsmalasıxıldıqca rəngini itirsə də, duzunu saxlayırdı. Yaz ağzı duza yerikləyənqoyunlardan biri Opera və Balet teatrına gəlib çıxsaydı, Nisənin qara dəsmalınıəlindən qoparıb yeyərdi və tamaşa qurtarandan beş-altı saat sonra murdar olardıvə bu sənət məbədinin böyür-başında sülənən sahibsiz itlər, Leyli ilə Məcnunhesabına "yeyib-içərdilər.”

Ancaq, nə yazağzı duza yerikləyən qoyun Opera vəBalet teatrına gəlib çıxdı, nə Nisənin qara, nəm, duzlu dəsmalını onun əlindən qoparıbyedi, nə tamaşa qurtarandan beş-altı saat sonra murdar oldu, nə də bu sənət məbədininböyür-başında sülənən itlər Leyli ilə Məcnun hesabına yeyib-içə bildilər. Çünkitamaşanın axırına az qalmışdı, qara dəsmalı paltar yuyanlar kimi bir neçə dəfəsıxıb ehmalca çırpmışdı ki, qurusun. Ancaq qara dəsmalın qurumağı qalmışdı Nisəningöz yaşları quruyana...

Nisə imkan tapıb özünü də danladı ki, gərək məhrəbadan-zaddangötürərdim, qara dəsmal bu dərdi götürə bilməz. Sonra fikirləşəndə ki, evlərindəqara məhrəba yoxdu, məyus oldu.

Uşaq yumruğu boyda qəhər Nisənin xirtdəyinə keçibonu boğurdu. Özündən asılı olmayaraq tez-tez sağ əlinin barmaqları ilə boğazınısığıyırdı.

Fəmil də fizikadakı birləşmiş qablar kimi Nisə iləeyni vəziyyətdə idi. Bir fərq vardı ki, Fəmil Nisənin kişi variantı idi –bilmirəm, buna fərq demək olarmı...

***

Kənd təsərrrüfatının qızğın vaxtı olduğuna görə buboyda vaqonda Nisə-Fəmil cütlüyündən başqa beş-altı nəfər sərnişin vardı. Kupedəikisi idi. Qatar tərpənəndən sonra vaqon bələdçisinin, dilli-diləvar orta yaşlıerməni qadının onlara gətirdiyi iki stəkan çay buza dönmüşdü.

Sükut da buza dönmüşdü, onlar üşüyürdü. Nisə macaltapıb Salman kişi gildə qara dəsmalı yumasaydı, indi stolun üstündə, batmaqdaolan günəşin saman kimi qırıq-quruq şüalarının altında iynə ulduzu boyda çoxluparıltılar görünərdi.

Bu soyuq sükutu pozub təzədən yazmaq tək adam işideyildi. Sükut onların arasında divar kimi hörüldüyündən deyəsən Nisə-Fəmil heçbir-birini görmürdü – biri aşağı baxırdı, biri düz. Yeri gələndə Fəmil beşkişinin qabağıydı və bu "beş kişi” özünü yığışdırıb sükutu pozmaq istədi:

- Nisə...

- Nədi?

- Heç...

Sükutun heç burnu da qanamadı və onlar yenəbir-birini itirdilər, görmədilər, yenə divar...

- Nisə...

- Nədi?

- Ağlıma bir şey gəlib, - Nisənin gözlərinin içinəbaxdı.

- Nə gəlib?

- Deyirəm bir ay-zad keçsin, bir də gələk "Leyli-Məcnun”a...

- Sədr icazə verməz. – Nisə də onun gözlərinin içinəbaxdı, ancaq ümidsiz.

- Verər... – Fəmil inamla Nisənin ümidsizliyininqabağına yeridi.

- Nə bilirsən?

- Bilirəm.

Nisə ərinə o qədər inanırdı ki, yorğun-yorğun dedi:

- Deynən biz də bilək dana...

Fəmil yerini rahatlayıb yerində qurcalandı:

- Sədr heç bu dəfə də məni buraxmaq istəmirdi.Dedim ki, uzaq olsun, Nisə azarrıyıb, doxdura göstərəjəm. Onnan sonra yumşaldı,ipə-sapa yatmırdı. Yəqin məni görəndə səni soruşajax, deyəjəm ki, doxdur dava-dərmanyazdı, dedi bunnarı içsin bir aydan sonra gələrsiniz bir də yoxluyaram.

Nisə gülümsədi və onun təbəssümü küncdə-bucaqdailişib qalan sükutu da əritdi:

- Həə... onda icazə verər, - dedi, - sən də elə qurki, işini süd planında kəsir qalmasın, onda dilin də uzun olar dana.

Sükut yenə gəldi, ancaq ona üz vermədilər, o daçıxıb getdi. Birdən Nisə dedi:

- Ay Fəmil, bəs onda "Leyli-Məjdun”a baxmağımızıheç kəs bilmiyəjək axı, - və bikeflədi, - sədrinin qulağına çatsa...

- Niyə bilmir, burda nə var ki? Deyərəm ki, doxdurheylə deyənnən sonra arvad bikeflədi, mən də ürəyin açmaq üçün onu götdümapardım "Leyli-Məjdun”a. Sən arvaddara bir söz deməmisən ki? – Onun üzünəbaxdı.

- Yox... demişəm ki, gedim qayıdım onda bilərsiniz.

- Düz demisən... Elə deyərsən doxdura aparmışdı məni...sonra da getdik "Leyli-Məjdun”a... Qoy sözümüz bir olsun. Əsgərdən başqa heç kəsbilmir, o da heç kəsə söz deyən deyil.

- Ay Fəmil, Məjdun niyə qoymadı ki, o dostu... onunadı nəyidi?

- Ağız, Nəsib müəllimin oğlunun adıdı dana, Nofəl.

- Hə... Bax, niyə qoymadı ki, Nofəl qılınc gücünə olsada, gedib Leylini gətirib oturdaydı ojağının qırağında... niyə qoymadı?

- Vallah, düzünə qalsa orasını mən də başa düşmədim,-Fəmil boynuna aldı anlamadığını.

- Gərək Salman dayıdan soruşaydın... – Nisə təəssüfləndi,- şəhər adamıdı o bilərdi.

- Vallah, mənim də ürəyimdən keçdi ki, soruşum,ancaq utandım nəyisə...

- Fəmil...

- Nədi?

- Gələn dəfə "Leyli-Məjdun”a gələndə əgər... Nəsibmüəllimin oğlunun adı nədi? – Zəndinən ərinin üzünə baxdı.

- Böyüyünün adı Qeyisdi...

- Nədi?

- Qeyis

- Bu nə addı ee... birinci dəfə eşidirəm? – Təəccübləndi.Fəmilin əlinə girəvə düşmüşdü; o, deyəsən bir az da özünü dartdı. Nisəyəsavadlı olduğunu göstərməyin əsl məqamı... Arvadı özü ona əyaq vermişdi:

- Nəsib müəllim, ay Nisə, ədəbiyyat müəllimidi, onagörə də oğlunun adını Qeys qoyub.

- Noolsun ədəbiyyat dərsi deyir? – Nisə başadüşmürdü.

- O olsun ki... – deyəsən, bir balaca, xış kötüyəilişdi, - o olsun ki, Qeyisin adını "Leyli-Məjdun” kitabından götürüb dana.

Nisənin əli ağzında qalmışdı - ərinin belə məlumatlıolması onun ürəyinə sarı yağ kimi yayılmışdı – üzü kolxoz sədrinin evindəkiotuzluq çıraq kimi alışıb yanırdı; bu otuzluq lampanın əsli isə onun ürəyindəidi, vurub üzündən çıxmışdı. Otuzluq lampa dedi:

- Nəsib müəllimdə "Leyli-Məjdun” kitabı var?

- Hə... var.

- Hardan alıb?

- Sevastopoldan.

Əgər Fəmil desəydi ki, Bakıdan alıb, Nisə dirənəcəkdiki, "gələn dəfə gələndə biz də alaq” – odur ki, Nisəni azdırdı.

- O dediyin yer uzaqdı? – Nisə soruşdu.

- Dünyanını o başında.

- Sən oranı görmüsən?

- Bəs faşistdəri ordan kim basdı çıxartdı, biz elədikdana. Nəsib müəllim də mənnən bir yerdə vuruşurdu. Oğlu Qeys bizim Ayazxanla yaşıddı. Bəs, mən hardan billəmoğlunun adın. Özü dedi ki, "Leyli-Məjdun”nan götürüb uşağın adın.

Nisənin əli ağzından düşdü; bayaq onun ürəyinəyayılan sarı yağdan əsər-əlamət qalmamışdı, elə bil beş-altı pişik onun ürəyinədarışıb sarı yağı yalamışdı. Otuzluq lampa közərə-közərə söndü – ikisi də... Vəotuzluq lampalar sönən kimi Fəmil dedi:

- Bəri bax...

- Nədi?

- Bəri bax, iki gündü Məjdunnan ötrü özünü öldürürsən...heç bilirsən onun əsli adı nədi?

- Kimin?

- Kimdən ötrü özünü öldürürsən? Məjdunu deyirəm...Bilirsən əsl adı nədi?

- Əsl adı nə deməkdi ee? – Nisə gözlərini döydü.

- Metirkada (bu sözü əsgərlikdə öyrənmişdi) yazılanadı.

- Metirka nədi?

- Yaş kağızı.

- Məjdundu, dana...

- Yox, onun əsl adı yaş kağızında Qeysdi Qeyis.

Nisə - Fəmil demişkən, Məjdun yenə gəldi Fəmilgilin kupesinə, oldular üç nəfər; arxasını Fəmilə çevirib bayaqkı divarınyerində dik dayandı, gözünü zillədi Nisəyə. "Görəsən o vədə dədəm axıracan ikiayağını bir başmağa dirəyib məni Fəmilə verməsəydi, mən də onun dərdindən birtorba sümüyə dönüb ölsəydim, Məjdun Leylinin qəbrinin üstündə çıxartdığı pəstəhanıFəmil də mənim qəbrimin üstündə gözünnən bıldır-bıldır qan yaş tökə-tökəçıxardardımı? Həlbət ki... Xançalı qarnına soxardı, qanı axa-axa yıxılıb qəbrimiqucaqlayardı, yerindəcə qalardı. Fəmilin başına dönüm. Şükr, bunu yaradana.”

- Fəmil...

- Nədi?

- Fəmil, "Leyli-Məjdun”u kim yazıb?

Nisə möhkəm inanırdı ki, Fəmil bu sualın cavabınıbilir, yoxsa indiki ovqatında yüz il yüz ilə qala soruşmazdı.

- "Leyli-Məjdun”u?

- Hə...

- Nizamiynən Füzuli bir yerdə yazıb... - Nisəninüzünə baxdı, - sonra bir yerdə qulağım çaldı ki, Səməd Vurğun da kömək eliyibdeyəsən... Üçü yazıb...

Nisə ərinin bu cavabından yerdən göyə qədər vəyaxud Nizamidən Füzuliyə, Füzulidən də Səməd Vurğuna qədər razı qalıb dedi:

- Fəmil, Allah öz birriyi xətrinə səni balalarınınüstünnən əskik eləməsin – elə mənim də.

- Sənin də...

- Sağ ol, Allah canına dəyməsin.

Nisənin par-par parıldayan, gülən gözlərindəndamcılayan nəydisə dizlərinin aynasını tumanın altından yandırırdı, deyəsənotuzluq lampa damırdı, damırdı ki, sönsün – yoxsa belə yanmaq olmazdı. O, əlatıb Fəmilin əlini götürdü, onun əliylə oynamaq istəyəndə vaqon bələdçisi, ortayaşlı erməni qadını lafdan içəri girib dedi:

- Elə çayınıza dəyişdirim, maddax?

Fəmilin əli Nİsənin əlindən yerə düşən kimi ikisi dəbirağızdan:

- İşmirik, - dedi.

Bələdçi, Nisə - Fəmilə soyuyub buza dönmüş iki dolustəkan çay və bir kupe dolusu buza dönmüş sükut qoyub getdi. İkisi də eynivaxtda gözünü yerə zilləmişdi və bu soyuq sükutun lap ucunda ikisi də eynivaxtda başını qaldırıb bir-birinə baxdı, toqquşan baxışlardan qığılcım tökülə-tökülə,ikisi də birdən qəhqəhə çəkdi, iki cüt göz yaşarana qədər güldülər və inanınki, ikisi də eyni vaxtda gözlərinin bulağını silən kimi bir ağızdan dedi:

- Allah, mərdimazara nəhlət eləsin!

Erməni qadına belə "xeyir-dua” verəndən sonra, yenədə inanın ki, ikisi də eyni vaxtda buz kimi çaydan bir qurtum alıb kupeninqatlama stolunun üstünə qoydular.

Siz də mənim kimi onları belə yaxından görsəydiniz əlinizağzınızda qalardı – bu, əsl möcüzə idi.

Bu möcüzə yaxamdan tutub məni necə silkələmişdisə,qələmim ağzımda qalmışdı... Və bu andan deyəsən, əlin ağızda qalması köhnəlməyəbaşladı...

"Ərinən arvadın suyu bir yerdən götürülüb”, yaxud "ərinənarvadın xəmiri bir yerdə yoğrulub” – bunlar, indiki halda, gördükləriminmüqabilində mənə o qədər də yapışmadı – bu, ilahi məqam idi, ancaq təzəsindən...Özünüz də gördünüz, axı...

Mənim gördüklərim suyunan, xəmirinən başa gələn şeydeyil – Siz inanın ki, Allaha da xoş getsin – çünki bu Allahın haqqıdı vəAllahın haqqını yemək olmaz!!!..

Siz mən dediyimə inanın, mən də "Nisə-Fəmil”haqqında Yeddiparada qanadlanıb uçan, haqqın qapısını açan əfsanələrə - onsuzda çoxdan inanmışam...

- Nisə...

- Nədi?

- Ən çox kim xoşuna gəldi?

- Salman dayı... yaxşı adamdı...

Fəmili gülmək tutmuşdu:

- Salman kişini demirəm ee...

- Bəs, unamadım, nəyi deyirsən?

- "Leyli-Məjdun”da.

- Həəə... belə deynən dana... O iki cavana Allah rəhməteləsin, - kövrəldi, - Allah behişdik eləsin, qəbrləri nurunan dolsun...

- Səninki olmadı, - Fəmil dilləndi, - söhbət eləyirikaxı.

- ...

- ...

- Həəə... Nofəl yaxşı oğlandı, Allah canına dəyməsin,Allah öz birriyi xətrinə onu Məjduna çox görməsin...

- Amin...

- Məjdunun dədəsinə yazığım gəldi... o boyda kişiözünə yer tapa bilmirdi. Leylinin dədəsindən zəhləm getdi – xırman xotuğunaoxşuyurdu. İki cavanı bir-birindən elədi, vurğun təpəsinnən vursun onun! GörümAllah ona qotur versin, dırnaq verməsin! Allah onu taxtınnan salsın!

- Amin!

- Fəmil.

- Nədi?

- Deyirəm, ay Fəmil, bax, elə indicə, ağlıma birşey gəldi.

- Nəə?

- Desəm eliyərsən?

- İndiyənəcən bir sözünü iki eləmişəm? – Fəmilsevgi ilə, bir az da incimiş kimi soruşdu.

- Yoox, yoox... Allah təpəmə daş salar...

- Bəs onda nə deyirsən?

- Küsmə ee... Deyirəm məslahatın olsa, gedək ojağımızayetişək... hə... gələn çərşənbə üç-dörd erkək kəsək, adına günü Leyliynən Məjdunaehsan verək, camaat gəlsin yesin, onlara dua eləsin, hər ağızda bir dua var. –Gözünü Fəmilə zillədi.

- Tay sözüm yoxdu. İnanırsan, bax, Ayazxanın canıhaqqı, mən saa demək istəyirdim, sən məni qabaqladın, pah atonnan... tay sözümyoxdu...

İstəklərinin belə üst-üstə düşməsi birinci dəfəolmasa da, Fəmil məəttəl qalmışdı, yazıçı olsaydı qələmi ağzında qalardı:

- Nisə.

- Nədi?

- Elə bil qəlbimi oxuyursan ee...

- Birinci dəfə deyil ki... – Nisə işvələndi, cilvələndi,- bu sözü maa çox demisən.

- Tay sözüm yoxdu saa...

- Ancaq mənim saa sözüm var.

- De..

- İnanırsan, bax, Ayazxanın canı haqqı ürəyimədammışdı ki, əgər ehsan məsələsini mən deməsydim sən deyəjeydin. Həvsələmçatmadı, səni qabaqladım.

- Əlinin içinnən gəldi... ikimiz də bir adamıq,dana.

- Allah o cavan qardaşına rəhmət eləsin.

- Allah sənin də dədənə rəhmət eləsin, - Fəmildedi.

- Sağ ol, ay Fəmil.

- Sən də sağ ol.

Qatar dəmir nallarını dəmir yolunataqqıldada-taqqıldada dördnala çapırdı. Bu taqqıltı Nisə-Fəmilin çox xoşuna gəlirdi,Bakıya gedəndə bu taqqıltı onları "Leyli-Məcnun”a aparırdı, indi isə özocaqlarına aparır. Bu taqqıltıların sayı artdıqca onlar ocaqlarınayaxınlaşırdılar. Nisə-Fəmil Bakıdan uzaqlaşsalar da, Leyli-Məcnundanuzaqlaşmırdılar – Leyli də, Məcnun da onlarla bir yerdə idilər, Yeddiparayaqonaq gedirdilər, onları Nisə-Fəmil aparırdı – kupe də dördnəfərlik idi. Ancaqnədənsə erməni əsilli vaqon bələdçisi onları görməzliyə vurmuşdu, Leyli-Məcnunaçay verməmişdi – bəlkə də elə buna görə iki stəkan çay Leylinin qəbri və Məcnununah-naləsi kimi buza dönmüşdü...

...Və adına günü Nisə-Fəmil qonaqlarına diri-diriehsan verəcəkdilər – Allah qəbul eləsin...

- Nisə.

- Nədi?

- Ağlıma bir şey gəlib, - Fəmil nəsə tapmış adamaoxşayırdı.

- Nəəə? – Nisənin gözləri Fəmilə zilləndi.

- Nə bilim ee, vallah... deyirəm hər şey Allahın əlindədi,dana... Hər günün bir hökmü var. Bir ay da, bir aydı, dana. Şükür Allahın böyüklüyünə,deyirəm bəlkə bu bir ayda Allah Leylinin dədəsinin qəlbinə rəhim saldı, fikrindən döndərdi, o da Məjdunadedi ki, gə götür apar qızı, həə? Olar dana...

- Niyə olmur? Bax, Ayazxanın canı haqqı, saa deməkistəyirdim ki, o xırman xotuğu Allahın yoluna qayıdanacan, ildə beş-altı dəfəgedək Leyli-Məjduna baxaq, axırı bir gün bezib sən deyən kimi eliyəjək. Olar,dana...

- Niyə olmur, olar.

İkisi də səmimi qəlbdən bir-birinin dediyinəinanırdı və deyəsən burda, bir-birinin dediyinə inamdan çox, haqq-ədalətin özyerini tapması istəyi daha güclü görünürdü.

- Bəlkə elə bir aydan sonra gedəndə işdəri düzələjək.

- Allah ağzınnan eşitsin, ay Fəmil – biz dəyollarda ələm-yesir olmarıq.

- Olmarıq inşallah...

Nisə-Fəmilə inansaq, belə çıxır ki, Leyli-Məcnununtaleyi bir az da bu yeddiparalı cütlüyün Bakıya neçə dəfə gedib gəlməyindənasılıdı.

- Deyirəm, ay Fəmil, bəlkə evə çatanın səhərisigedim Molla Mahmudun yanına, deyim ki, molla, saa bir saz erkək verərəm, əgərLeylinin atasının dilin-ağzın bağlasan... ağlın nə kəsir? – Ərinə elə ümidləgözünü zillədi ki, bəlkə neçə illər bir yastığa baş qoyduğu müddətdə heç vaxtona belə baxmamışdı.

- Yaxşı olar ee... ancaq...

- Nə ancaq?

- Axı Molla Mahmud Leylinin atasın tanımır...

- Mən danışaram dana, doğruyub tökərəm... deyərəmhal-qaziyə belə-belə.

- Hə, bax, heylə olar... Özü də deynən onundilin-ağzın elə bağlasın ki, dili heç vaxt ləilahəilləlah tutmasın, ee!...

- Yaxşı, deyərəm.

...Bu münvalla bir necə ildi ki, Nisə-Fəmilyollarda qalıb ələm-yesir olmuşdular. Sonuncu dəfə onlar Leyli-Məcnun müsibətindəadama bir məhrəbalıq gözlərinin midiyini tökəndən sonra, yenə kor-peşimanBakıdan qayıdırdılar. Birdən Fəmil dedi:

- Ay Nisə, məni qınama, deyəsən axı, sən demişkən,o xırman xotuğu, bir az yumşalıb eee.

- Yumşalmayıb nağayrajax, Molla Mahmud ona elə qələmçalmayıb ki... Görmədin dili topuq vururdu?

- Gördüm... gördüm...

İkisi də qırmızı yalan deyirdi; ikisi də bir-birinətəskinlik verirdi və bu təskinlik dedikləri yalanın rəngində idi – qırmızı təskinlik– qıpqırmızı təskinlik...

- Fəmil, bilirsən nə təhər dedim?

- Nə təhər?

- Dedim Molla Mahmud, səni and verirəm Əlinin qəzəboğlu Əbülfəzl Abbasın qələm olmuş qollarından axan o qanın düşdüyü, bax butorpağa, əl mənim, ətək sənin, bu işə bir qələm çal. Saz erkək deyəndə də gözdəriparıldadı, bildim ki, Məjdun gilin işi üzü bəridi. Yazıx Leyli, tay bunnansonra toxtuyar...

- Heç Məjdunu demirsən... – Bunu da Fəmil dedi.

... Kənd günortadan başlamışdı pıqqır-pıqqır qaynamağa.Fəmil nə qədər ürəyiyumşaq olsa da, qabağından yeyən kişi deyildi. Gözünün ilk havıoğlu Ayazxanın toyuna Bakıdan məşhur bir xanəndə gətirmişdi. Kənd bəzənib-düzənibtoya hazırlaşırdı.

- Halal olsun Fəmilə, gör kimi gətirib ee toya...

- Əəə, varrığa nə darrıq...

- Deyillər, əhd eləmişmiş...

- Allah yarıyannardan eləsin...

Söz-söhbət qanad açıb kəndi dolaşırdı.

Əziz Nikita Serqeyeviç Xruşovun təzəcə dalından dəymişdilər.Pul təzə dəyişmişdsi. Beş-altı ay olardı ki, kəndə radio çəkmişdilər. Söz-söhbətgedirdi ki, gələn il kəndə işıq da çəkəcəklər.

Nisənin əli çalırdı, ayağı oynayırdı.

Fəmil, min illərdi Yeddipara kəndi ilə kişi kimiüzbəüz dayanan Qaraquzey boyda olmuşdu.

Yeddipara heç vaxt belə öyünməmişdi; sizə zarafat gəlməsin,onların toyuna radioda oxuyan xanəndə gəlmişdi.

Bu kənddə ən böyük tayfa Muradxanlılar idi – Fəmildə onlardan idi. Muradxanlı tayfasında hamının səsi vardı; oxuyan oxuyurdu,oxumayan da özü üçün zümzümə - ağnağız eliyirdi.

Toy yavaş-yavaş qızışırdı; yavaş-yavaş qızışan gecdə soyuyar. Məclisin bal dadan yerində Toybaşı, əlində də şallaq gəlib Bakıdangələn xanəndənin qabağında yanpörtü dayanıb hamının eşidəcəyi bir tərzdə dedi:

- Sədrimizin saa sözü var.

- Buyursun. – Xanəndə gülümsədi.

Toybaşı da ona qoşuldu:

- Sədrimiz deyir ki, bir "Mirzəhüseyn seygah”ıoxusun, xoşuma gəlsə ona bir cüt gəbə verərəm, biri "Üç gül” gəbə, biri də attıgəbə.

Bu sözlərdən sonra Bakıdan gələn hündürboylu, heykəlli,şaqqalı xanəndə nazik bığının altında gülümsəyib, yalnız nağaçalanın eşidəcəyipıçıltı ilə ona dedi:

- Əəə, bunların hamısını yaz eee, ağzını əngəltmə,sonra yadımızdan çıxacaq...

Çünki sədrin xahişinə qədər at ilxısının müdirininsifarişi ilə bir kilimə "Çahargah” oxumuşdu; xoşuna gəlmişdi, demişdi ki, bir fərməşdə üstəlik verəcəm. Fəmilin əmisi oğlu Əsgər də "Qarabağ şikəstəsi”nə bir xalçasöz vermişdi – indi də sədr...

Uzun sözün qısası, "Mirzə Hüseyn” gəldi nə gəldi;camaatın ağzı açıq qalmışdı, oturduqları yerdə yellənə-yellənə qulaq kəsilmişdilər.Xanəndə bunlara bir od qoymuşdu ki, axıracan belə yansalar külə dönəcəkdilər vəortada bir ot tayası boyda kül qalacaqdı. Xanəndə çox cəngavər oxuyurdu və camaataxıracan belə yandı, kül oldu və ortada ot tayası boyda, mağar dolusu külqalaqlandı. "Mübərriğə”nin axırında dayça kimi kişnədi, elə bir boğaz elədi ki,ot tayası boyda, mağar dolusu qalaqlanmış kül silkələndi və camaat təzədən zühreləyib əllərinin içi göynəyənə qədər xanəndəni alqışladılar. Camaatla birlikdəyanıb kül olan, sonra camaatla birlikdə külün içindən zühr eliyən kolxoz sədriüç barmağını göyə qaldırıb qışqırırdı:

- Üç gəbə! Üç gəbə! Üç gəbə. – Onun səsini özündənbaşqa heç kəs eşitməsə də, göyə qaldırdığı üç barmağından məsələnin nə yerdəolduğu aydın idi.

Heyif ki, xanəndənin necə oxuduğunu yazmaq mümkündeyil, axı, oxumağı necə yazmaq olar? Oxumaq yazıya gələn məsələ deyil axı...Oxumağı ancaq oxymaq olar ki, onu da xanəndə oxudu.

Camaat oynamaq istəyirdi, ona görə də xanəndə ilətarçalan durub Fəmilin daş evinin ikinci mərtəbəsindəki qonaq otağında çay içməyəgetdilər. Bu kəndin camaatı çox oynağan idi, utanmasaydılar səhərəcənoynayardılar və onlara qara zurna, bir də nağara bəs eləyirdi.

Dünyanın ən xoşbəxt atası Fəmil də onlarla çayiçirdi. Kolxoz sədri "heyvagülü” oynayırdı.

Fəmil xanəndəyə dedi:

–Yaqub, sən niyə Məjdunrolunda oxumursan?

–Oxuyaram ee, düz gəlməz, - gülümsədi.

–Niyə düz gəlməz ki? - Fəmil əl çəkmirdi

–Bilirsən eloğlu... Sən bilirsən "Leyli- Məjdun”ukim yazıb.

–Niyə bilmirəm... Nizamiynən Fizuli yazıb. Arada SəmədVurğun da onlara kömək eləyib.

Yaqub uğundu getdi, özünə gələndə dedi:

- Fizuli yazıb, - gülə-gülə başını buladı, -musiqini də Üzeyir Hacıbəyov yazıb... düz gəlməz...

- Niyə düz gəlmir ee ? - Fəmil bayaqkından da bərk yapışdı.

- Deyim niyə? – Yaqub ona tərəf əyildi.

- De...

- Əgər mən Məjdun rolunda çıxsam, onu elə oxuyramki, Leylinin dədəsi gözündən bıldır-bıldır yaş töküb deyər ki, halaldı saa,qızı götür apar. Onda da Fyzuliynən, Üzeyir Hacıbəyovun işi pozular, onlarbaşqa cür yazıblar axı... Camaat məni qınayajak ki, getdi öz uşaqlarımızınqurulu işin pozdu, ikisi də Ağcabədidəndi ee, öz uşaqlarımızdı, biribayatdandı, biri də özünnən... hə...

Fəmil tələsik dilləndi:

- Olmaz ki, bircə dəfə Məjdun olasan, dədəsi qızı versin...sonra genə ordan çıxarsan dana, oxumazsan.

- Olmaz heylə.

–Niyə?

–Hökümət qoymaz – Bu da məşhur xanəndəmiz – tayferma müdirini niyə qınayırıq ki...

Hökumətin adını eşidən kimi Fəmil səsini xırp kəsdivə çox məyus oldu.

Toyun səhərsi günü elə bil bütün kənd boşqalmışdı...

Fəmilin ürəyindən keçdi ki, Yaqubla aralarındakısöhbəti Nisəyə danışsın, ancaq danışmadı, ona qıymadı... Əvəzində Molla Mahmudaverdiyi saz erkəyi ona halal eləmədi.

Mağarı da gecəynən elə sökmüşdülər ki, elə bil heçyoxumuş...

1 aprel2017-ci il