adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Sentyabr 2014 10:45
11227
DÜNYA

Jurnalist Obamanı ittiham edib

Ötən gün internetdə yayılmış video görüntüdə amerikalı jurnalist StivenSotloff "İslam Dövləti” qruplaşması tərəfindən edam edilməzdən əvvəl ABŞprezidenti Barak Obamanın xarici siyasətini kəskin tənqid edib. 

"Obama, İraqa hücuma haqqqazandırmaq üçün siz amerikalıların həyatını və maraqlarını bəhanə etmişdiniz,bəs nə üçün sizin müdaxilənizə görə mən indi öz həyatımla cavab verirəm? Yoxsamən ABŞ vətəndaşı deyiləm?  "İslam Dövləti” ilə əvvəlki savaşlara bizamerikalı vergi ödəyicilərinin milyardlarla dollarını xərclədik və minlərləəsgərimizi qurban verdik, bəs indiki müharibədə xalqın marağı nədədir?Mənim xaricisiyasətdən anlayışım az da olsa, mən yaxşı xatırlayıram ki, sizin seçkilərdəkiqələbələriniz əsgərlərimizin İraq və Əfqanıstandan geri qaytarmaq, Quantanamohəbsxanasını bağlamaq vədləri hesabına əldə olunub. Obama, sizin prezidentlik müddətiniz sona çatmaqüzrədir, amma siz yuxarıda qeyd olunanların heç birini etmədiniz. Siz buyalanlarla bizi -Amerika xalqını, oda sürüklədirsiniz”, - deyə Sotloff edamından əvvəl nitqində bildirib. 


Qeyd edək ki, "İslam Dövləti” terrorçu qruplaşması ABŞ-ın"Time” nəşrinin müxbiri Stiven Sotloffun başının kəsilməsi səhnəsini əksetdirən videoçarxı internet vasitəsi ilə yayıb. 


Video görüntüdəterrorçular həmçinin digər əcnəbi girovun edam ediləcəyi ilə hədələyiblər. Onların növbəti qurbanının Böyük Britaniya vətəndaşı Devid Xeyns olacağıbildirilir.    


Qeyd edək ki, "İslamDövləti”  qruplaşması bundan əvvəl amerikalı jurnalist Ceyms Foulini edamediblər.