adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2019 15:16
21396
ƏDƏBİYYAT

“ Gülüstan inciləri -9“ və “Vardır intizarı xarı bülbülün” kitablarının təqdimatı keçirilib

Quba rayon MKS-də "Gülüstan” elmi-ədəbiməclisinin 9-cu toplusunun və şair Rizvan Qiblədağlının "Vardır intizarı xarıbülbülün...” ilk şeirlər kitabının təqdimatı keçirilib.Bakıdan,Xaçmazdan,Şabrandan və Qubanın özündən olan yazarların iştirak etdiyi tədbirigiriş sözü ilə "Gülüstan elmi-ədəbi məclisinin sədri, Azərbaycan YazıçılarBirliyinin üzvi Şixəmməd Seyidməmmədov açaraq, iştirakçıları salamladı.

Kitabın təqdimat mərasimində rayonMKS-nin direktoru Saməddin Nəsirov, tanınmış şair, "Şabran” ədəbi məclisinin sədri,Azərbaycan Yazıçılar Birliyinin üzvi Qafar Süleyman, yazarlardan Pirəli Rüklü,Mehrəli Qulu, Böyükağa Ağa, Asvar Tufandağlı, Mövlud Ağamməd, Cabir Albantürk, NəzərMirzəyev, Rizvan Qiblədağlı, Səxavət Ənvəroğlu, Qızbəs Oruc, Emfira Ərkli, MəmmədağaSalman, Sabir Kazımoğlu, Yusif Elli, Müşfiq Fərzəliyev, Rəfail Agah, MəhərrəmMustafa, Fizuli Baratov, Qüdrət Minhacoğlu və başqaları çıxış edərək hər ikikitab haqqında fikirlərini bildirdilər. S.Nəsirov dedi :

-"Gülüstan inciləri-9” toplusu vəRizvan Qiblədağlının "Vardır intizarı xarı bülbülün...” kitabı "Müəllim” nəşriyyatındaçap olunmuşdur. Toplunun tərtibçisi və redaktoru məclisin sədri Şixəmməd Seyidməmmədov,"Gülüstanda incilər” başlıqlı "Ön söz” müəllifi isə filologiya elmləri doktoru,professorVaqif Yusiflidir. Ümumiyyətlə şair və yazıçılarımızın bir araya gəlməsində,onların ədəbi nümunələrinin, yaradıcılıq məhsullarının bölgə,eləcə dərespublika ictimaiyyətinə çatdırılmasında "Gülüstan” elmi-ədəbi məclisinin sədri,Azərbaycan Yaçızılar və Jurnalistlər Birliklərinin üzvi Ş.Seyidməmmədovun təmənnasızrolu vardır. Sevinirəm ki, gülüstançılar əvvəlki ənənələrinə sadiq qalaraqsayca 9-cu olan bu kitab almanaxda da öz yeni şeir və hekayələri ilə oxucularıngörüşünə gəlib. İnanırıq ki, müasirlərimizin mənəvi aləmi, arzu və istəklərinə,vətənə,torpağa,el-obaya bağlılıqla yanaşı Qarabağ ağrılarına, xalqımızınsarsılmaz birliyinə, tarixi keçmişinə, bugünkü işıqlı gələcəyinə həsr olunmuşşeir və publisist yazılar dəyərli oxucularımız tərəfindən maraqlaqarşılanacaqdır. Şair Rizvan Qiblədağlını da ilk kitabı münasibəti ilə təbrikedirəm.

QafarSüleyman çıxış edərək qeyd etdi ki, insanların qəlbində ümid çırağı yandıran, zehninəbilik nuru çiləyən, minlərlə insanın ürəyinə şirin duyğular toxumu səpən, şeirləriilə insan qəlbinə dərin nüfuz edən Rizvan Qiblədağlının sadə, fəlsəfi yozumludüşüncələri hamını ovsunlayır. Şeirlərində vətən təəssübkeşliyi ön sıralardadurur. Peyğəmbərimizlə,vətənimizin bayrağı, gerbi ilə bağlı şeirlərinin hərəsiinsan qəlbini bir cür duyğulandırır. Doğma elə, obaya, təbiətə məhəbbətlə səslənir.R.Qiblədağlı elinin, xalqının kədəri ilə kədərlənən, sağlam ruhlu, qayğıkeşinsan və şairdir. "Gülüstan inciləri -9” toplunun tərtibçisi və redaktoru Şixəmmədmüəllimə də təşəkkür edir, topluda əsərləri dərc olunan yazarların hər birinəisə yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

Daha sonra şairlər yeni qələmə aldıqlarışeirlərini oxudular. Sonda Şixəmməd Seyidməmmədov və Rizvan Qiblədağlı özlərinəvə yaradıcılıqlarına, "Gülüstan” elmi-ədəbi məclisinə göstərilən diqqətə görəQuba Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, "Gülüstan inciləri – 9” toplusununərsəyə gəlməsində, təqdimetmə mərasiminin təşkilində əməyi olan hər bir kəsəminnətdarlıqlarını bildirdi və gələcək yaradıcılıq planlarından danışdılar.

Pirəli Rüklü, "Gülüstan”

elmi-ədəbi məclisinin üzvi,

şair.