adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AYB vəsiqəsi, tanımadığım adam və Rəşad Məcid

4768 | 2019-05-23 17:36

Həyətimizdəkiçik bir tikinti işi aparırdıq. Pilləkənisöküb başqa formada tikirdik. Bina evlərində yaşayanlar bilməz, həyət evlərindədaşı daş üstünə qoyanda hərəsi bir tərəfdən kostyumlu kişilər gəlir ki, bəstikə bilməzsiniz, qeyri-qanunidir, dövlət icazə vermir. Nə möcüzədir ki,istədikləri pulu versən dövlət avtomatik icazə verir. Nə isə.

Yenə belə oldu. İki-üç maşın kostyumlutökülüşüb gəldilər. Anamla qardaşım gələnlərlə mübahisə edib izah etməyəçalışırdılar ki, öz həyətimizdir, qeyri-qanuni nəsə etmirik, pilləkəninformasını dəyişirik, maneə yaradır gəliş-gedişə.

Qardaşım hüquqşünasdır. Mənim həyatımşeir oxumaqla keçdiyi kimi, onun da həyatı, Konstitusiyanı, Mülki Hüquq, nəbilim Cinayət Məcəlləsini oxuyub öyrənməklə keçib.

İsti yay günlərindən biri idi. Məndivanda şortikdə, köynəksiz uzanıb televizora baxırdım. Gördüm ki, səs-küydayanmır. Qardaşım Konstitusiyadakı bütün maddələri deyib adamlara qeyri-qanuniheç nəyin olmadığını izah etməyə çalışır, amma faydası yoxdur.

Elə şortikdəcə, köynəksiz düşdüm həyətə:

- Nə olubdur?! Nə məsələdir?! - əsəbitonda dedim.

Hamı susdu. Anam mənə "Bu nədir şortiklə, köynəksiz düşmüsənaşağı?!” baxışı ilə mənə baxsa da, heç nə deməyib nə edəcəyimi gözlədi.Bələdiyyədən gələn kostyumlu yekəqarın kişilər və yanlarındakı polislər dətəəcüblə mənə baxırdı. Əsəbi tonumu dəyişmədim:

- Siz kimsiniz?! Niyə imkan vermirsiniz camaat işini görsün?!Hamını dövlətə düşmən eləmək istəyirsiniz?!

Aralarındakı ən yekəqarın, yəni ən vəzifəli adam dilləndi:

- Sən kimsən?! Qeyri-qanunidir! Olmaz tikmək! – mənim danışdığımtonda danışmağa çalışdı.

Düz həmin kişinin qabağına gəldim:

- Adını de görüm sən kimsən?! Mən jurnalistəm! YazıçılarBirliyinin üzvüyəm, həm də Prezident təqaüdçüsüyəm! Prezident mənə təqaüdüsəninkimilər gəlib başımı xarab eləsin deyə vermir e! Nə istəyirsiniz?! Gərəksizdən şikayət edim yuxarılara?!

Kişinin yavaş-yavaş sakitləşdiyini hiss etdim. Onu da deyim ki,həmin kişinin Jek müdiri olduğunu sonradan öyrəndim.

- Adını de! Adını de, gör axşam bütün ölkə səndən danışır, yayox! – əsəbi tonda davam elədim.

Kişinin əməlli-başlı həyəcanlandığını hiss etdim. Elə yenə "Adı de demirəm sənə?!”demişdim ki, başqa bir kostyumlu keçdi qabağıma:

- Hara gedirik "jurnalistəm,yazıçıyam!" deyirlər yalandan! Biz nə bilək sən də yalan demirsən?!

Qalxıb evdən Yazıçılar Birliyi vəsiqəmigətirdim. Yalan deyib-demədiyimi öyrənmək istəyən adam vəsiqəyə baxdı, sonraüzünü yoldaşlarına tərəf çevirib, məyusluğunu əlaməti kimi başını yellədi.Sonra hamısı üzrxahlıq edib maşınlarına mindi.

Birdən həmin kişilərdən biri mənəyaxınlaşıb kənara çəkdi. "Heç olmasa şirinlik ver, gedək çay içək"deyəcəyini düşündüm.

- Dedin AYB üzvüsən. Rəşad Məciditanıyırsan?

- Hə, tanıyıram. İstəyirsiniz zəng edim- birdən vəsiqənin saxta olduğunu düşünər deyə dedim.

"Kaşelyok"unu çıxarıbYazıçılar Birliyi vəsiqəsini göstərdi:

- Mən də oranın üzvüyəm! Məndən salamdeyərsən Rəşad müəllimə!




Ulucay Akif















































 


TƏQVİM / ARXİV