adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Yanvar 2017 11:55
17886
MƏDƏNİYYƏT

ADO-da kim nəyi görmək istəyir, onu da görür

Adalet.az gənc yazar Kamal Akenin "ADO-da kim nəyi görmək istəyir, onu da görür yazısını" təqdim edir:

Hazırda Azərbaycan mədəniyyət və incəsənət sahəsində çox ciddi dönəmlərdənkeçir. İllər öncə Avropa renessans dövründə keçdiyi problemləri biz indi keçməyəçalışırıq, əgər vaxtilə Azərbaycan həmin problemlərlə qarşı-qarşıya qalıbonları dəf etməyə çalışsaydı, biz indi menatlitet, adət-ənənə kimi dəyərlərləmübarizə aparmazdıq.

Hər bir dövlətin müəyyən keçid dövrləri olur, bəzi missiyaları,aşamaları keçdikcə püxtələşir və yetkinlik halına çatır. Bizim incəsənətimiz isəhələ də "ərgənlik” dövründə ilişib qalıb, biz vaxtilə renessans dövründəyatmasaydıq, indi heç kim tamaşalardakı adi öpüşmək səhnələrini belə şişirdibqabartmazdı.

ADO-ya (Azərbaycan Dağınıq Oda Teatrı) qarşı yüzlərlə qərəzli münasibətbəsləyən insan var, səbəb isə göz qabağındadır. Ölkənin qabaqcıl dövlət teatrısayılan Akademik Milli Dram Teatrı yalnız qalmaqalları ilə ilə gündəmə gəlirsəADO kimi 40 kv. metrlik səhnəsi olan bir teatr hər tamaşasında ölkə mediasının,xalq artistlərinin dilindən düşmür. Tamaşaçıya yenilik lazımdı, artıqtamaşaçılara yüz il öncəki savadsızlığıtənqid edən pafoslu tamaşalar maraqlı deyil, tamaşaçı günümüzdəki reallığı görməkistəyir, çünki onlarda bu reallıqları özlərinə etiraf edə biləcək qədər cəsarətyoxdur, onlar bunu yalnız başqalarının dilindən eşitmək, görmək istəyirlər.Aktyor olmaq səhnədə atılıb-düşməkdən ibarət deyil, aktyor olmaq tamaşaçınıngörmək istədiyini ona çatdırmaqdır.

Tamaşa zalındakı biri-birindən fərqli düşüncələrə sahib olan tamaşaçılaronlara lazım olan məqamları özlərinə götürür və həmin məqamlar üzərində analiz aparırlar.ADO dövlət teatrları kimi cəsarətsizolmadığı üçün bütün səhnələri çılpaqlığı ilə göstərməyə qadirdir. Xeyr, çılpaqdeyəndə paltarsız insanları nəzərdə tutmuram, çılpaq deyən kimi gözünüzünqarşısına soyunmuş insanlar gəlirsə bu bizim problemimiz deyil, amma çılpaqlıqhəqiqəti olduğu kimi çatdırmağa deyilir. Əgər siz o tamaşalarda yalnız seks görmüsünüzsə bu aktyor və rejissorunproblemi deyil, porno və incəsənəti bir-birinə qatmayaq, tamaşaçı səhnədəmöhtac olduğu şeyi tapır, bu sevgi də ola bilər, mərhəmət də, azadlıq da. Yoxsiz seks görürsünzsə bunun da yalnız bir izahı var. Hər kəs səhnədə beynindəolanları, görmək istədiklərini görür.

"ADO-da açıq-saçıq seks səhnələrigöstərilir” deyən insanlar əminəm ki, STOP tamaşasındakı azadlıq hayqırışlarınıgörməyiblər, bu tamaşalara seks gözü ilə baxanlar gəlib tamaşaçı sırasındaoturub həmin səhnələrdə həzz alan insanlardır. Xalq artisti səhnəyə pamperslə çıxanAdəm və Həvva roluna görə bizim teatrın ünvanına işlətmədiyi təhqir qalmamışdı.Biz dünyaya ilk gəlmiş insanlarıqsa, sənəyə çarşabla çıxmalı idik?

Bizi yüzlərlə insan tənqid edir, amma ondan qat-qat daha çoxlarısevir bizi, bizə qarşı olan düşüncələr bizim üçün önəmli deyil, bizi tənqid edə,hətta təhqir belə edə bilərsiniz, amma heç vaxt ortaya qoyduğumuz işləri görməzlikdəngələ bilməzsiniz.

Xalq artistləri bu teatra "fahişəxana” deyir, başa düşmürəm axı sizxalq artistisiniz, siz ki, adi tamaşaçı deyilsiniz, incəsənət adamlarının budüşüncələrə sahib olması çox üzücü haldı. Hətta incəsənət adamlarından bizi təhdidedən, görüşmək istəyənlər də olur, sizi əmin edirik ki, belə hallar davametdikcə həmin insanları hüquq mühafizə orqanlarına şikayət edə bilərik, gəlinortaya qoyduğumuz işlərlə özümüzü isbat edək, incəsənət yumurta döyüşü deyil.Sayğılarla.