Türkiyənin cənubunda PKK ilə əlaqəli 17 nəfər saxlanılıb
Türkiyənin Adana vilayətində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatı ilə əlaqəli olan 17 nəfər saxlanılıb.
Adalet.az-ın məlumatına görə, saxlanılan şəxslərin PKK adından fəaliyyət göstərdikləri, təşkilatın sosial şəbəkələrdə təbliğatını apardıqları məlum olub.
Əməliyyat eyni zamanda Adanada bir neçə ünvan üzrə keçirilib.
Həmin şəxslər sorğu-sual olunması üçün polis bölmələrinə aparılıb.
Digər Xəbərlər
17 Aprel 2024 20:43