adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
04 Noyabr 2021 09:34
499
DÜNYA
A- A+

Tbilisi ilə Madrid arasında birbaşa aviareyslər açıla bilər

Gürcüstan və İspaniya iki ölkə paytaxtları - Tbilisi ilə Madrid arasında birbaşa uçuşların təşkili imkanlarını nəzərdən keçirir.

 

Adalet.az xəbər verir ki, bu məsələ haqqında Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvirişviliylə Air Europa və İberia aviaşirkətlərinin İspaniyadakı nümayəndələri arasında keçirilən görüşdə danışılıb.

 

Tərəflər görüş zamanı mülki aviasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Kvrivişvili mülki aviasiya və turizm sahələrində vəziyyətə diqqət yetirərək, Avropa aviaşirkətlərinin nümayəndələrinə Gürcüstanda iqtisadi dirçəlişin sürəti barədə məlumat verib, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin tədricən aradan qaldırılmasından sonra müşahidə olunacaq müsbət tendensiyaları qeyd edib.

 

Onun fikrincə, oktyabrın 31-dən Kutaisi ilə Barselona arasında birbaşa uçuşların bərpası Gürcüstan və İspaniya arasında iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verir, Tbilisi ilə Madrid arasında birbaşa uçuşların açılması isə turist axınının artmasına və investisiyaların cəlb edilməsinə müsbət təsir göstərəcək.