adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Noyabr 2021 16:01
1134
DÜNYA
A- A+

Əfqanıstanda 9 yaşlı qızı 55 yaşlı kişiyə ərə verdilər 

ABŞ-ın bir nömrəli xəbər agentliklərindən biri olan CNN İnternational Əfqanıstanda Talibanın idarəçiliyi ələ götürməsindən sonra yaranan insani böhranı yayımlayıb. İnsanların çarəsizlikdən uşaqlarını satışa çıxardığı ölkədə yetkinlik yaşına çatmamış uşaqlar zorla evləndirilir.

Xəbərə görə, 9 yaşlı bir qız usage 55 yaşlı bir kişiyə satılıb. 9 yaşlı qızın ailəsinin Taliban rejiminin kəndlərində dağıntılar törətməsinin ardınca məcburən köç etdiyi və atasının da bir müddətdir işsiz olduğu bildirilir. O biri uşaqlarını yaşada bilmək üçün 9 yaşlı qızlarını satmaq qərarı veriblər. Qızını satmaq məcburiyyətində qalan ata CNN-ə açıqlama verib:

“Pulum yoxdur, işim yoxdur, yeməyə heç nəyimiz yoxdur, qızımı satmağa məcbur oldum, bəli. Başqa yolum yox idi”.

Qeyd edək ki, 9 yaşlı qız usage 2100 əfqanisinə, yəni 23 dollara satılıb.

 

Eminquey