SON DƏQİQƏ:

Öhdəliklərini unudan, regionu müharibəyə sürükləyən Ermənistanın "təsəlilə"si  və cəzası - ARAŞDIRMA

  1010   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün Qubadlılarla görüşdə dediyi sözlər erməniləri əməllicə qorxuya salıb
 

Adalet.az xəbər verir ki, Prezident bildirib ki, müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər:”Biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda. Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik”.
 Digər tərəfdən isə ehtiyatda olan əsgər və zabitlərin toplanması, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən intensiz təlimlər  erməniləri “papaqlarını qarşılarına qoyub ” düşünməyə məcbur edib.  Zəngəzur dəhlizi məsələsi, Ermənistan tərəfinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarından irəli gələn tələblərin icrasını gecikdirməsi, Qarabağdan erməni silahlılarının çıxarmaması əlbəttə Azərbaycana qarşı ermənistan hökümətinin saymamazlığı kimi qiymətləndirilir

 


 O da maraqlıdır ki, 2020 –ci ilin hələ may ayında Paşinyan höküməti Şuşada yallı gedərkən  böyük bir saymamazlıq etmişdi və o saymamazlığın bədəlini 44 günlük müharibədə çox ağır ödədi.
Əslində bu dəfəki  saymamazlığının da bədəlinin ağır olacağını təxmin edirlər. Maraqlıdır ki, bilə-bilə saymamazlıq edirlər və nələrəsə arxayın olduqları bütün hərəkətlərindən bəllidir.


Ermənilərin  təskinliyi nədir?

 


 1-ci təsəlli: Erməni politolqlar Azərbaycanın hərbi gücdən istifadə imkanlarını istisna etməsələr də, bunu qarşısını Rusiya və İranın alacağı ilə təsəlli tapırlar.
İranşünas Vardan Voskanyan bildirib ki, Azərbaycan 10 noyabr bəyanatının tələblərinin icrası üçün Zəngəzura hərbi müdaxilə edə bilməz, “belədə İran dərhal məsələyə qarışacaq”.
Cavab: Azərbaycanı tez-tez dağıdacağı ilə hədələyən İran Gürcüstanın, Türkiyənin, Pakistanın onun tərəfində durmadığını, Rusiyanın isə susmasını müşahidə etdi. Həmçinin indi İranı didib-parçalamağa hazır olan qərb ölkələri, xüsusən ABŞ İranın kiməsə hücum etməsini Allahdan arzulayırlar ki, onun hücumuna müdaxiləməqsədi ilə İranı vursunlar. Bu səbəbdən Azərbaycan- Ermənistan arasında baş verəcək növbəti qarşılaşmada İran təmkin nümayiş etdirərək, münaqişədən kənarda qalmağı üstün tutacaq.


 2-ci təsəlli: Erməni ekspertlər bir çoxu Ermənistan ərazisinin KTMT çərçivəsində Rusiyanın himayəsi altında olduğunu əsas gətirərək, Azərbaycanın buna risk etməyəcəyini iddia ediblər.
Cavab: Əslində politoloqların fikrincə, KTMT-ni öz təhlükəsizliyini təmin edə bilməyən, müasir ordu yaratmağa nail olmayan və buna görə də Rusiyanın orbitində toplaşmağa məcbur qalan dövlətlərin klubu da adlandıra bilərik. Bu çarəsiz ölkələrin siyahısına uzun illərdir ki, Ermənistan başçılıq edir. KTMT Rusiyanın NATO-nun Şərqə doğru genişlənmısini mümkün qədər əngəlləmək məqsədilə yaradılan hərbi təşkilatdır. Odur ki, KTMT-də söz sahibi olan Rusiya hansısa üzv ölkənin təhlükəsizliyinin təmin edilməsi vəzifəsini prioritet hesab etmir. Üzv dövlətlər isə daha çox Rusiyanın özündən qorunmaq və Kremlin imkanlarından yararlanmaqla təhlükəsizliklərini təmin etmək məqsədilə bu bloka daxil olublar. Zəngəzur dəhlizinin açılmasında Rusiyanın da marağı olduğunu nəzərə alsaq, ermənilərin bu təsəllisi də fiaskoya uğrayır.   Yeri gəlmişkən xatırladaq:KTMT çərçivəsində Ermənistana dəstək verəcək başqa bir dövlət olacağı inandırıcı deyil. Yaxın keçmiş olan  ötən ilin sentyabr –oktyabr ayını yadınıza salın! Hansı KTMT məxsus ölkə Ermənistana ya qanuni, ya da qeyri-qanuni yardım etdi, dəstək göstərdi? 
Ordusu darmadağın edilmiş,mütəxəssislərin dediyi kimi 20 ilə özünə gəlməyə gücsüz olan Ermənistan ağlı olsa, Azərbaycan Prezidentinin  mehriban qonşuluq və iqtisadi siyasətindən yararlanar, Zəngəzur dəhlizinin açılmasını tez bir zamanda həyata keçirər.


Dünyada hər kəs, istər siyasətçi olsun, istər siyasətlə bağlı olmayan  adi insan olsun, Ermənistanın saymazyana siyasət yürütdüyünün fərqindədir və bunun bədəlini ödəyəcəyi də heç kəsə sirr deyil.


 Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK