SON DƏQİQƏ:

Sabirin adı əbədiləşən ünvan

  180   |  
Şriftin ölçüsü  

Azərbaycanın iqtisadi bölgələrindən biri də Sabirabad rayonudur. Daha çox kənd təsərrüfatı rayonu sayılan Sabirabad bir ərazi vahidi kimi yarandığı gündən ölkəmizin iqtisadi imkanlarının artımında öz sözünü zaman-zaman deyib. Əgər bu rayonun yaranma tarixinə nəzər yetirsək, onda görərik ki, Sabirabad rayonu öz ekoloji durumuna görə düzənlik ərazidə yerləşir və bu ərazidə havanın temperaturu da digər bölgələrimizdən müəyyən qədər fərqlənir. Belə olan halda Sabirabad rayonu kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin suvarılması, burada becərilmə işlərinin aparılması da həmişə müəyyən suallar qarşıya çıxarıbdı. Bu sualların əsas mahiyyəti də bölgənin su probleminin həlli ilə bağlı olubdur.

Doğrudur, bu rayon Arazla Kürün qovuşduğu bir məkanı özündə ehtiva edir. Yəni, məşhur Suqovuşan deyilən ərazi də məhz Sabirabad rayonunun coğrafiyasına aiddir. Muğan düzünün böyük bir hissəsini əhatə edən Sabirabad rayonunda  180 mindən artıq əhali yaşayır. Bu insan potensialı rayonun 74 kəndində və rayon mərkəzində məskunlaşıbdır.

Bu gün Sabirabad rayonu müasir məktəb, mədəniyyət evi, uşaq bağçası, səhiyyə müəssisəsi baxımından əvvəlki on illiklərdən xeyli fərqlənir. Yəni, Azərbaycan müstəqillik əldə edəndən sonra planlı şəkildə həyata keçirtdiyi iqtsadi reformalar, yəni, islahatlar, Sabirabadda da öz müsbət təsirini göstəribdir. Məhz bunun nəticəsidir ki, 1931-ci ildə böyük şairimiz Mirzə Ələkbər Sabirin adı verilən bu rayon həm də xalq arasında ictimai baxışda bərəkətli, çörəkli ərazi kimi tanınıbdır. Bunun da əsas səbəbi təbii ki, bu rayona məxsus münbit torpaqlardır.

Hələ Sovet dönəmində Sabirabad rayonunda pambıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilirdi. Məhz həmin illərdə Sabirabad pambıqçıları respublika üzrə məhsul toplamında həmişə ön cərgələrdə yer tuturdu. Necə deyərlər, pambıqçılıq Sabirabad rayonunu, sabirabadlıları hər zaman diqqətdə saxlayırdı. Bunun nəticəsi kimi də rayonun iqtisadi imkanları artır, sakinlərin sosial həyat tərzi zaman-zaman yaxşılaşır. Təbii ki, Sabirabadda pambıqçılığın inkişaf etdirilməsi ilə yanaşı, kənd təsərrüfatının digər sahələrinə də zaman-zaman diqqət göstərilir və bu gün də həmin sahələr inkişaf etdirilməkdədir. Bu mənada əgər rəqəmlərin dili ilə danışsaq, deyə bilərik ki, təkcə son 2019-2010-ci illərdə Sabirabad rayonunda əkinçilər kifayət qədər uğurlu nəticələrə imza atıblar. Bu sahələr təbii ki, taxılçılıq, bostan-tərəvəz, heyvandarlıq kimi önəmli sahələrdir.

 Sabirabad rayonunda əhalinin artımının göstəricisi kimi aparılan müqayisə onu deməyə əsas verir ki, həm rayon mərkəzində, həm kəndlərdə insanların həyat səviyyəsinin yüksəlməsi, onların sosial probleminin çözümü nəsil artımına öz təsirini göstərir. Deməli, əgər rayonda tikinti sahələrinin də şaxələnmiş bir formada həyata keçirilməsi özü-özlüyündə həm sosial rifahın, həm də iş yerlərinin artımı baxımından diqqətçəkəndir. Yəni, açılan yeni iş yerləri ailə büdcəsinə müsbət təsir göstərdiyi kimi, işsizliyin də aradan qaldırılmasında öz sözünü deyir. Burada bir faktı da diqqətə çatdırmaq lazımdır ki, təkcə bir müəssisədə, yəni, pambıq emalı zavodunda faktiki olaraq həm mövsümü, həm də daimi iş yerlərinin açılması həmişə mümkün olub və bu gün də həmin proses davam edir. Ümumiyyətlə isə, Sabirabadda həm pambıq emalı və həm də şirə zavodlarının fəaliyyət göstərməsi rayon sakinlərinin digər bölgələrimizə və paytaxta iş axtarışına çıxmasına müəyyən qədər mane olur. Yəni, artıq  müəyyən qism sabirabadlı öz yaşadığı ərazidə işlə təmin olunmaq şansı qazanır. Rayon icra hakimiyyətinin məlumatlarını araşdırarkən bizə məlum oldu ki, cari ilin Sabirabad taxılçıları təqribən 105 min ton məhsul əldə ediblər. Bu da ötən ildəkindən xeyli çoxdur. Aqrar sahənin təmsilçiləri arpa biçimin becərilməsində də nailiyyət qazanaraq əvvəlki illərdəkindən xeyli artıb. Təqribən hər hektardan 38 sentner məhsul götürüblər. Bax, elə taxılçılıqda qazanılan uğurlar deməyə imkan verir ki, bu gün sabirabadlılar daha çox öz becərdikləri taxılın çörəyini yeyirlər.

Sabirabad rayonu ərazisində becərilən kartof, qarğıdalı, bostan-tərəvəz məhsulları da ötən illərdəkindən nisbətən bu il daha artımlı, daha gəlirli sahələr olubdur. Ümumiyyətlə, Sabirabadda istehsal olunan bostan-tərəvəz məhsullarının ölkə bazarlarına çıxardılması artıq adi bir hala çevrilib. Bu da ondan xəbər verir ki, rayon ərazisində kənd təsərrüfatının gəlirli bir sahə olduğunu hər kəs yaxşı bilir və bundan da səmərəli istifadə edir. Məhz Azərbaycan prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, «Bu gün qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və bu sahədə əldə olunan məhsulların artıq dünya bazarlarına çıxardılması üçün mükəmməl bazalar yaradırıq. Düşünürəm ki, biz bir dövlət olaraq ölkəmizin bu sahədəki uğurları ilə də önə çıxa biləcəyik».

Bir bəlli həqiqət var. O da bundan ibarətdir ki, gözlə görünəni təqdim etməyə o qədər də ehtiyac yoxdur. Bax, bu mənada Sabirabad şəhərinin görkəminin günbəgün dəyişməsi, yeni sosial obyektlərin istifadəyə verilməsi, şəhid və qazi ailələri üçün dövlət başçısının tələblərinə uyğun şəraitin yaradılması, məktəblərin, səhiyyə ocaqlarının ən müasir avadanlıqlarla təmin edilməsi... Bax, bütün bunlar Sabirabadda da, rayon icra başçısının rəhbərliyi altında gerçəkləşdirilib. Xüsusilə, pandemiya şəraitində insanların sağlıq durumunu qorumaq şərti ilə bütün sahələr planlı şəkildə inkişaf etdirmək təbii ki, böyük məsuliyyət tələb edir.

Sabirabaddakı gerçəklikləri rayon icra hakimiyyəti aparatının bilgilərindən izlədikcə, bir daha əmin oluruq ki, bu gün böyük Mirzə Ələkbərin adını daşıyan bu bölgəmizdə Azərbaycan prezidentinin tələb və tapşırıqları ardıcıl surətdə reallaşdırılır. Yəni, Sabirabad bir şəhər, bir rayon olmaqla bütövlükdə Azərbaycanın inkişaf edən bölgələrin sırasında öz yerini uğurla qoruyur və bu uğurları davam etdirir. Son olaraq onu da vurğulamaq yerinə düşər ki, Regionların İnkişafına Dair Dövlət Proqramı ölkəmizin bütün ərazi vahidlərində reallaşdıqca, bütövlükdə ölkəmizin də görkəmi müsbət yönümdə dəyişir. Bu da o deməkdir ki, Azərbaycan yeni dünyanın öncülləri sırasına addım-addım yaxınlaşır.

Əbülfət Mədətoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK