adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Sentyabr 2021 15:59
1897
ƏDƏBİYYAT
A- A+

Adil Misirlinin şeirləri

65 yaş müdriklik yaşıdır. Şair Adil Misirli bu illəri anbaan, günbəgün qədrini bilərək yaşayıb, misralara köçürüb. Şair ona görə ömrünün hər bir məqamını şeir qədər əziz tutur, əzbər bilir. Əslində, Adilin həyatı elə şeir kimidir. Keşməkeşli, enişli, yoxuşlu...Adilin tamamlanmamış şeir ömrünün hələ neçə-neçə misraları yazılacaq, nəğmələri qoşulacaq. Bu yolda Adil Misirliyə yeni-yeni uğurlar arzulayırıq.

 

Düşüncələr

 

Ruhum

tarım çəkib səbrimi,

Qürbətdən

seyr etdi qəbrimi...

·* * * * *

Həyası var ayaqqabıların...

Dəvətsiz

içəri girməz,

Yolunu gözlər

Yalın ayaqların...

·* * * *

Ağacdələn

Beyin silkələnməsindən

öldü ağacdələn.

Mənim də

beynimi silkələdi

hər yerdən gələn.

·* * * *

Sənə baxanda

Günaha batıram...

·* * * * *

Ağlaya-ağlaya doğuldum.

Gülə-gülə öldüm....

Ruhum göydə,

Ayağım yerdə.

Özüm cənnət axtarıram...

·* * * *

Guya

yerin üstündə

çox "xöşbəxt” idim.

Məni

yerin altına tapşırdılar.

·* * * *

 

 

Dağı torpağın

qüruru dağ etdi.

·* * * *

 

 

Həyatda qazancım

Alın təri,

Əllərimin qabarı,

Bir də

ürəyimin qübarı oldu...

·* * * * *

 

 

Sən mənim

Sevgim yaşındasan...

·* * * *

 

 

Kaş bircə dəfə

Özümdən

çıxa biləydim

·* * * *

 

 

Mənim

ünvanım göylərdədir.

Sevgim göylər qədərdir...

·* * * *

 

 

Məhəbbətin odunu

atdın üstümə

Özün də

kor oldun tüstümə...

·* * * *

 

 

Payızlaşmış ağacam,

tökülübdür yarpağım.

Göz

yaşı ilə yuyulur,

Hər qarış torpağım,

·* * * *

 

 

 

Dərdin Sağlığımda

dərdini dərdim. çox əzildim.

Ürəyimin Ölən kimi

başına sərdim. başlarda gəzdim.

·* * * * * * * * *

Bəd xəbər Səni

tez yayılır. içimə axıtdığım,

Ayrıldıq, Göz yaşlarım

heç kəs bilmədi... qədər sevirəm....

·* * * * * * * * *

 

 

Anam Ölüb

yadıma düşdü. torpaq olacağam....

Dünya

əlimdən sürüşdü.

·* * * * * * * * * *

 

 

Arzularım

məndən irəlidə qaçır.

Kədərin qapısını

Ikiəlli açır...

·* *

Kipriklərin

kölgə salır gözlərimə.

Səni

görə bilmirəm....

·* * * *

 

Baxışlarının tikanı

Sənə

baxmağa qoymur.

·* * * *

 

Dünyanın

üzü məndən döndü.

Bəxt ulduzum

doğulmamış söndü.

·* * * *

 

 

Yetişdi

bütün dərdim.

Ölürəm,

artıq yox dərdim.

·* * * *

 

Ayaq altında

qaldı, öldü...

Bəxti də

kiçik oldu qarışqanın...

·* *

 

O qədər

Yaşamaq

istədim ki...

Ölüm

xilaskarım oldu...

·* * * *

 

 

Ürək

ruhsuz doğulur.

Ruhsuz

yaşamaq olmur...

·* * * *

 

 

Məndən qabaq

ölən ruhumun

Kölgəsiyəm mən...

·* * * *

 

Günahım qəlbinin

Səsinə

səs vermək oldu.

Ayrılıq

vəfasız sevginə

dəstək oldu...

*

 

Adam

özü ölmür

Adamı öldürürlər...

·* * * *

Arxamca axıtdığın

göz yaşlarına

Yazığım gəlir...

 

·* * * *

 

 

Dərdlərim

məndən böyük....

 

·* * * *

 

 

Ömrün hamısını

yaşamaq olmur.

Yaşamağa

Vaxt tapmırsan....

·* * * *

Baxışların

dar ağacı,

Yoxdur

dərdimə əlacı...

·* * * *

 

Sevgi dolu yalan

yalan olan sevgidir...

·* * * *

 

Ölüm

ünvanımı aldı,

Arzularım

yarımçıq qaldı...

·* * * *

 

Dərdlərini bölüşməyən

Kasıb mərd olur...

·* * * *

 

Həyatımı

tərk edənlər,

Ruhumun

rəngini dəyişdilər...

·* * * *

 

Gecə

doğulan misralar

İşıqlı olur...

·* * * *

 

Eşqsiz

açılan səhər,

Qədəhsiz

içilən zəhər...

 

·* * * *

 

Sevincin kədəri

Kədərin sevincidir...

·* * * *

 

Qara rəngli

Yuxularım ağarmadı...

·* * * *

 

 

Yaşamaq istəyirəm,

Ömrün sonuna qədər,

Ömrüm

olsa da hədər.

·* *

Fikirlər

öldürdü məni.

Fikirlərimin

Ölməyini istəmirəm...

·* * * * *

 

Baxışlarımla

Əllərini

tutub sığalladım

və bunun

son baxış

olduğunu anladım..

·* * * *

 

Qapımı açmayanlara

Ürəyimi açdım...

·* * * *

 

Xoruzsuz toyuqlar

Əri

müharibədən qayıtmayan

qadına bənzəyirlər...

·* *

Sevgidə

təmənna olmur.

·* * * * *

 

Sevginin qədrini

Sevənlər bilir.

·* * * *

 

Tənhalıq özünü

gözdən salıb.

 

·* * * *

 

Sənsizlik

tənhalıq deyildir...

·* * * *

 

 

Şeir

dərddən doğulmalıdır.

·* * * *

 

Çoxun azı

bəsim deyil,

Mənə azın

çoxunu ver.

·* *

Sən özün

özün deyilsən.

Təklik

səni darıxdırar...

·* * * *

 

Dünya fırlanır ki,

Biz fırlanmayaq...

·* * * *

 

Özümü tapmaq üçün

Doğuldum

Özümü tapa bilmədim...

 

·* * * *

 

Bəxtimin

qara lövhəsinə

Ağ xəttlər yazılmadı.

·* * * *

 

Qələmsiz

yox əlacım.

Qələm mənim

çörək ağacım...

·* * * *

 

Məndən bir qucaq

Sevgi istədin.

Sevgi ağuşa

sığmaz axı...

·* *

Ölüm o qədər

ucuz

oldu ki,

heç kim

ölmək istəmir...

·* * * *

 

Ölümün

hörməti yoxdur.

·* * * *

 

Ölüm

növbəsiz gəlir.

·

* * * *

 

 

 

Ölümün

gözü kordur.

O

heç kimi tanımır.

·* * * *

 

Ölümə gedən yol

Düz və hamar.

Belə ölməyə

Nə var...

·* * * *

 

Hərə

Öz dərdini çəkir.

·* * * *

Dünyanın hər qarışı

bir məzardır.

Hər bir daşı

bir başdaşıdır.

·* * * *

 

 

Yaşamağa

vaxt tapmıram...

·* * *

 

Öləndə

Sevinəcəyəm.

·* * * *

 

Göy üzündə

Qürbət gördüm..

·* * * *

 

 

 

Başımı salıb aşağı

səssiz-səmirsiz,

Ölümü gözləyirəm.

Ölümsə

vəfasız qadın kimi,

Məndən üz döndərib...

( Görüşə gəlmir)

·* * * *

 

Keçinin də

Saqqalı ağararmış...

 

·* * * *

 

 

Məni sənin

tikanlı

baxışların qocaltdı...

 

·* * * *

 

Yollar

ayaq altda yaşayır,

Ayaqüstə ölürlər...

·* * * *

 

Bürünüb

Dərdin ələminə

Sürünürəm...

·* * *

 

 

Bizi torpağa

dərd qovuşdurur.

·* * *

 

 

Ehtiyac

 

Ehtiyac

boynuma sarıldı.

·* *

 

Ehtiyac

boynumdan düşmədi.

·* *

Ehtiyac əlimi

ikiəlli sıxdı...